TibbisığortahaqqındaAzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2020-ciil 30 marttarixli 32-VIQDnömrəliQanunununtətbiqi, AzərbaycanRespublikası PrezidentininAzərbaycanRespublikasındaicbaritibbisığortanıntətbiqinintəminedilməsiilə bağlı birsıratədbirlərhaqqında” 2018-ciil 20 dekabrtarixli 418 nömrəlivə “TibbisığortahaqqındaAzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2019-cuil 3 dekabrtarixli 1718-VQDnömrəliQanunununtətbiqivə “TibbisığortahaqqındaAzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2018-ciil 28 dekabrtarixli 1441-VQDnömrəliQanunununtətbiqivə “TibbisığortahaqqındaAzərbaycanRespublikası Qanunununtətbiqedilməsibarədə” AzərbaycanRespublikası Prezidentinin 1999-cuil 30 dekabrtarixli 241 nömrəliFərmanınınləğvedilməsihaqqındaAzərbaycanRespublikası Prezidentinin 2019-cuil 31 yanvartarixli 502 nömrəliFərmanındadəyişiklikedilməsibarədə” 2019-cuil 24 dekabrtarixli 898 nömrəlifərmanlarındadəyişiklikedilməsihaqqında
AzərbaycanRespublikası PrezidentininFərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qəraraalıram:

1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını iki gün müddətində müəyyən etsin;

1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

2. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953) 4-cü hissəsində, 5.6-cı və 6.5-ci (birinci abzasda) bəndlərində “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin.

3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1941) aşağıdakı dəyişikliklər edilsin:

3.1. 2.2-ci bənd ləğv edilsin;

3.2. 3-cü hissədən “bu Fərmanın 2.2-ci bəndi ilə müəyyən ediləcək” sözləri çıxarılsın.

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 31 mart 2020-ci il.

31 March 2020, 17:03

http://www.azertag.az

21—30 of 75

25 October 2016, 09:10

From Tomislav Nikolic, President of the Republic of Serbia   more...

29 September 2016, 11:09

His Excellency Mr Reuven Rivlin, President of the State of Israel   more...

29 September 2016, 11:09

His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia   more...

29 September 2016, 11:09

His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia   more...

29 September 2016, 11:09

Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta   more...

18 December 2015, 09:12

From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 December 2015, 09:12

From Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

18 December 2015, 09:12

His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar   more...

18 December 2015, 09:12

From Raimonds Vejonis, President of the Republic of Latvia   more...

3 December 2015, 09:12

His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina   more...