“Tibbisığortahaqqında” AzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2020-ciil 30 marttarixli 32-VIQDnömrəliQanunununtətbiqi, AzərbaycanRespublikası Prezidentinin “AzərbaycanRespublikasındaicbaritibbisığortanıntətbiqinintəminedilməsiilə bağlı birsıratədbirlərhaqqında” 2018-ciil 20 dekabrtarixli 418 nömrəlivə “Tibbisığortahaqqında” AzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2019-cuil 3 dekabrtarixli 1718-VQDnömrəliQanunununtətbiqivə “Tibbisığortahaqqında” AzərbaycanRespublikasınınQanunundadəyişiklikedilməsibarədə” AzərbaycanRespublikasının 2018-ciil 28 dekabrtarixli 1441-VQDnömrəliQanunununtətbiqivə “Tibbisığortahaqqında” AzərbaycanRespublikası Qanunununtətbiqedilməsibarədə” AzərbaycanRespublikası Prezidentinin 1999-cuil 30 dekabrtarixli 241 nömrəliFərmanınınləğvedilməsihaqqında” AzərbaycanRespublikası Prezidentinin 2019-cuil 31 yanvartarixli 502 nömrəliFərmanındadəyişiklikedilməsibarədə” 2019-cuil 24 dekabrtarixli 898 nömrəlifərmanlarındadəyişiklikedilməsihaqqında
AzərbaycanRespublikası PrezidentininFərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 19-cu və 32-ci bəndlərini rəhbər tutaraq, “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2020-ci il 30 mart tarixli 32-VIQD nömrəli Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiqini təmin etmək məqsədilə qəraraalıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
1.1. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 16-4.1-ci maddəsinə uyğun olaraq, icbari tibbi sığortanın ölkənin inzibati ərazi vahidləri üzrə tətbiqi ardıcıllığını iki gün müddətində müəyyən etsin;
1.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
2. “Azərbaycan Respublikasında icbari tibbi sığortanın tətbiqinin təmin edilməsi ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli 418 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 12 (I kitab), maddə 2575; 2019, № 6, maddə 1012, № 12, maddələr 1937, 1953) 4-cü hissəsində, 5.6-cı və 6.5-ci (birinci abzasda) bəndlərində “2020” rəqəmləri “2021” rəqəmləri ilə əvəz edilsin.
3. “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 3 dekabr tarixli 1718-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 28 dekabr tarixli 1441-VQD nömrəli Qanununun tətbiqi və “Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 dekabr tarixli 241 nömrəli Fərmanının ləğv edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 31 yanvar tarixli 502 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 24 dekabr tarixli 898 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, № 12, maddə 1941) aşağıdakı dəyişikliklər edilsin:
3.1. 2.2-ci bənd ləğv edilsin;
3.2. 3-cü hissədən “bu Fərmanın 2.2-ci bəndi ilə müəyyən ediləcək” sözləri çıxarılsın.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 31 mart 2020-ci il.
31 March 2020, 17:0310 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on measures to ensure more effective organization of the process of acquisition of rights over land parcels and other immovable property as part of the South Caucasus Pipeline Expansion project more...
10 December 2014, 09:12
H.E. Mr. Kim Jong-un, First Secretary of the Workers' Party of Korea, First Chairman of the National Defence Commission of the Democratic People's Republic of Korea, Supreme Commander of the Korean People's Army more...
21 February 2014, 12:02
Order of the President of the Republic of Azerbaijan on awarding A.M.Pashayev with the "Istiglal" Order more...
19 November 2013, 17:11
Order of the President of the Republic of Azerbaijan on appointment of A. T. Rasi-zade as Prime Minister of the Republic of Azerbaijan more...
7 June 2013, 15:06
Azerbaijani President signs decree on measures for nominating Baku to host European Football Championship in 2020 more...