Ağstafa rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Ağstafa rayonunda son illərdə tarixi abidələrin bərpası və qorunması, yeni mədəniyyət obyektlərinin tikintisi sahəsində bir sıra mühüm tədbirlər həyata keçirilmiş, o cümlədən Keşikçidağ Dövlət tarixi mədəniyyət qoruğu yaradılmış, Gənclər Mərkəzi, Kitab Abidə Kompleksi, Yazıçılar evi inşa edilmiş, Səməd Vurğun, Tarixi və müasir abidələr parkları salınmışdır.

Bu istiqamətdə aparılan işlərin davam etdirilməsinin vacibliyini nəzərə alaraq, 1940-cı ildə şəhər 1 saylı məktəbin yardımçı binası kimi inşa edilmiş tikilidə fəaliyyət göstərən 200 şagird yerlik Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və 1950-ci ildə istifadəyə verilmiş 250 tamaşaçı yerlik rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Ağstafa şəhərində Uşaq Musiqi Məktəbinin yeni binasının tikintisi və rayon Mədəniyyət evinin əsaslı təmiri məqsədi ilə Ağstafa Rayon İcra Hakimiyyətinə Azərbaycan Respublikasının 2014-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan ilkin olaraq 2,0 (iki) milyon manat ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

 

Bakı şəhəri, 30 iyun 2014-cü il.

1 July 2014, 09:07

http://www.azertag.net

11—20 of 75

28 February 2018, 08:02

His Excellency Mr Danilo Medina, President of the Dominican Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Milos Zeman, President of the Czech Republic   more...

1 February 2018, 09:02

His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland   more...

16 March 2017, 09:03

From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban   more...

16 March 2017, 09:03

From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress   more...

2 December 2016, 10:12

His Excellency Mr Klaus Iohannis, President of Romania   more...

2 December 2016, 10:12

His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil   more...

2 December 2016, 10:12

His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey   more...

25 October 2016, 09:10

His Excellency Mr. Janos Ader, President of Hungary   more...

25 October 2016, 09:10

From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan   more...