Böyükşor gölünün ekoloji vəziyyətinin yaxşılaşdırılması, mühafizəsi və istifadəsi sahəsində əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 4 may tarixli 1490 nömrəli Sərəncamında nəzərdə tutulmuş “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək Tədbirlər Planı”nın 2.1.21-ci yarımbəndinin icrası, habelə Böyükşor gölünün bərpa edilməsi, mühafizəsi və istifadəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi məqsədi ilə qərara alıram:

1. Bakı şəhərində yerləşən Böyükşor gölünün (bundan sonra - Göl) istifadəsi və mühafizəsi sahəsində idarəetmə Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilsin.
2. Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyi:
2.1. Gölün (onun mühafizə zonasının) bərpa edilməsini (o cümlədən Göldə (onun mühafizə zonasında) mövcud olan istehsalat və məişət tullantılarının kənarlaşdırılmasını), mühafizəsini, ekoloji vəziyyətinin yaxşılaşdırılmasını və gələcəkdə ondan səmərəli istifadə olunmasını təmin etsin, habelə qorunub saxlanılmasına nəzarəti həyata keçirsin;
2.2. bu Fərmanın 3-cü və 4-cü hissələrində nəzərdə tutulmuş işlərin idarə edilməsini təmin etsin;
2.3. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
3. “Azərsu” Açıq Səhmdar Cəmiyyəti və Azərbaycan Respublikasının Dövlət Neft Şirkəti Gölə (onun mühafizə zonasına) tullantı sularının axıdılmasının qarşısının alınması üçün zəruri tədbirlər görsünlər.
4. Bakı Şəhər İcra Hakimiyyəti Gölə (onun mühafizə zonasına) istehsalat və məişət tullantılarının atılmasının, Gölün səthinin azalmasına səbəb olan kənar yerlərdən torpaq qruntunun daşınması və yayılmasının qarşısının alınmasını təmin etsin.
5. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
5.1. bir ay müddətində Gölün (onun mühafizə zonasının) sərhədlərini dəqiqləşdirsin;
5.2. Azərbaycan Respublikası İqtisadiyyat və Sənaye Nazirliyinin əsaslandırılmış hesablamalarına uyğun olaraq bu Fərmanın 2.1-ci bəndində və 3-cü hissəsində nəzərdə tutulmuş işlərin həyata keçirilməsinin maliyyələşməsini təmin etsin;
5.3. Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
5.4. Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.5. mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
5.6. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.
6. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi Gölə aid bütün sənədləri və digər məlumatları bir ay müddətində Azərbaycan Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə təhvil versin.
7. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat versin.

İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 26 dekabr 2013-cü il.

27 December 2013, 09:12

http://www.azertag.net

31—40 of 75

3 December 2015, 09:12

His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic   more...

20 November 2015, 11:11

His Highness Qaboos bin Said, Sultan of Oman   more...

20 November 2015, 11:11

His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia   more...

4 November 2015, 13:11

His Excellency Mr. Klaus Iohannis, President of Romania   more...

4 November 2015, 12:11

His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey   more...

18 August 2015, 10:08

His Excellency Mr Xi Jinping, President of the People's Republic of China   more...

18 August 2015, 10:08

His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore   more...

18 August 2015, 10:08

His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire   more...

18 August 2015, 10:08

President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend   more...

18 August 2015, 10:08

H.E. Mr. Barack Obama, President of the United States of America   more...