“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikasının Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 5, maddə 413; 1999, № 5, maddə 284, № 7, maddə 396, № 10, maddə 570; 2001, № 5, maddə 292, № 6, maddə 379, № 7, maddə 455; 2002, № 1, maddə 4, № 12, maddə 706; 2003, № 6, maddə 278; 2004, № 2, maddə 57, № 3, maddə 133, № 4, maddə 199, № 8, maddələr 597, 598, № 9, maddə 669; 2005, № 1, maddə 7, № 8, maddə 686; 2006, № 1, maddə 4, № 12, maddə 1005; 2007, № 5, maddələr 439, 446, № 7, maddə 712, № 11, maddə 1078, № 12, maddə 1222; 2008, № 3, maddə 163, № 7, maddə 609; 2009, № 2, maddə 46, № 11, maddə 878; 2010, № 7, maddə 596, № 10, maddə 842; 2011, № 4, maddə 265; 2013, № 1, maddə 21; 2014, № 2, maddə 85, № 7, maddələr 782, 784; 2015, № 2, maddə 98, № 4, maddə 346, № 5, maddə 483, № 11, maddə 1286; 2016, № 6, maddə 1004, № 11, maddə 1789, № 12, maddə 2033; 2017, № 6, maddə 1034, № 7, maddə 1305, № 11, maddə 1965; 2018, № 1, maddə 12, № 3, maddə 395, № 5, maddə 888, № 7 (I kitab), maddə 1442, № 12 (I kitab), maddə 2525; 2019, № 1, maddə 22) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 106-cı maddə üzrə:
1.1.1. birinci hissəyə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilsin;
1.1.2. birinci hissənin ikinci abzasında “2280 manat” sözləri “Azərbaycan Respublikası Milli Məclisi Sədrinin aylıq vəzifə maaşı” sözləri ilə əvəz edilsin;
1.1.3. üçüncü hissə aşağıdakı redaksiyada verilsin:
“Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.”;
1.2. 107-ci maddənin birinci hissəsinin ikinci cümləsi aşağıdakı redaksiyada verilsin və həmin hissəyə aşağıdakı məzmunda üçüncü cümlə əlavə edilsin:
“Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Məzuniyyət haqqının hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir.”.
Maddə 2. Bu Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minir.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 12 iyul 2019-cu il.
24 July 2019, 08:076 May 2015, 09:05
Her Excellency Ms Angela Merkel, Federal Chancellor of the Federal Republic of Germany more...
6 May 2015, 09:05
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
6 May 2015, 09:05
His Excellency Mr. Hassan Rouhani, President of the Islamic Republic of Iran more...
6 May 2015, 09:05
His Holiness Pope Francis more...
6 May 2015, 09:05
His Excellency Mr. Tony Tan, President of the Republic of Singapore more...
6 May 2015, 09:05
H.E. Mr. Prokopis Pavlopoulos, President of the Hellenic Republic more...
6 May 2015, 09:05
His Excellency Mr. Beji Caid Essebsi, President of the Tunisian Republic more...
6 May 2015, 09:05
His Excellency Mr Michael Higgins, President of Ireland more...
10 December 2014, 09:12
H.E. Mr. Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...
10 December 2014, 09:12
Decree of the President of the Republic of Azerbaijan on the application of Law of the Republic of Azerbaijan No 1051-IVQD dated 30 September 2014 “On the introduction of changes to the Law of the Republic of Azerbaijan on the management of municipal lands” more...