“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2018-ci il 30 oktyabr tarixli 1298-VQD nömrəli Qanununun icrası ilə əlaqədar qərara alıram:
1. “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 25 avqust tarixli 386 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 8 (III kitab), maddə 609; 2001, № 10, maddə 640; 2003, № 8, maddə 435, № 10, maddə 552; 2004, № 6, maddə 435; 2005, № 2, maddə 64, № 5, maddə 403; 2006, № 7, maddə 590, № 12, maddə 1034; 2007, № 3, maddə 228, № 6, maddə 606, № 11, maddə 1110, № 12, maddə 1246; 2008, № 6, maddə 493; 2009, № 3, maddə 163, № 5, maddə 324; 2010, № 5, maddə 399, № 7, maddələr 610, 628; 2011, № 8, maddə 751; 2012, № 6, maddə 535; 2014, № 6, maddə 626; 2016, № 9, maddə 1464, № 12, maddə 2071; 2017, № 2, maddə 186; 2018, № 1, maddə 43, № 2, maddə 171, № 7 (I kitab), maddə 1448) 3.18-ci bəndi ləğv edilsin.
2. Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatası “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.3-1-ci maddəsində nəzərdə tutulan elektron sistem fəaliyyətə başlayana qədər dövlət qeydiyyatına alınan daşınmaz əmlak üzərində ipoteka hüququnu təsbit edən ipoteka kağızları barədə üç iş günü müddətində Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsinə məlumat versin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 10 aprel 2019-cu il.
11 April 2019, 08:0428 February 2018, 08:02
His Excellency Mr Danilo Medina, President of the Dominican Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Milos Zeman, President of the Czech Republic more...
1 February 2018, 09:02
His Excellency Mr Sauli Niinisto, President of the Republic of Finland more...
16 March 2017, 09:03
From Aniko Levai, wife of Hungarian Prime Minister Viktor Orban more...
16 March 2017, 09:03
From Patricia Gimenez, second Vice President of the Chamber of Deputies of Argentine National Congress more...
2 December 2016, 10:12
His Excellency Mr Klaus Iohannis, President of Romania more...
2 December 2016, 10:12
His Excellency Mr Michel Temer, President of the Federative Republic of Brazil more...
2 December 2016, 10:12
His Excellency Mr Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
25 October 2016, 09:10
His Excellency Mr. Janos Ader, President of Hungary more...
25 October 2016, 09:10
From Mamnoon Hussain, President of the Islamic Republic of Pakistan more...