Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Əhalinin sosial müdafiəsinin yaxşılaşdırılması ölkədə həyata keçirilən sosialyönümlü siyasətin əsas istiqamətlərindən biridir. Son illərdə ölkəmizdə əhalinin, xüsusilə Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin daha da gücləndirilməsi, bu qəbildən olan insanların sağlamlıq, reabilitasiya və yaşayış şəraitinin yaxşılaşdırılması üçün mühüm tədbirlər həyata keçirilmişdir və bu istiqamətdə işlər uğurla davam etdirilir. 1997–2018-ci illər ərzində dövlət Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə 6500-dən çox mənzil vermişdir.
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı tədbirlərin davam etdirilməsi məqsədilə qərara alıram:
1. Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün mənzillərin alınması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.18.3-cü yarımbəndində göstərilən vəsaitin 35,0 (otuz beş) milyon manatı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ayrılsın.
2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 yanvar 2019-cu il.
29 January 2019, 08:013 December 2015, 09:12
His Excellency Mr Choummaly Sayasone, President of the Lao People's Democratic Republic more...
20 November 2015, 11:11
His Highness Qaboos bin Said, Sultan of Oman more...
20 November 2015, 11:11
His Excellency Mr Raimonds Vējonis, President of the Republic of Latvia more...
4 November 2015, 13:11
His Excellency Mr. Klaus Iohannis, President of Romania more...
4 November 2015, 12:11
His Excellency Mr Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 August 2015, 10:08
His Excellency Mr Xi Jinping, President of the People's Republic of China more...
18 August 2015, 10:08
His Excellency Mr. Tony Tan Keng Yam, President of the Republic of Singapore more...
18 August 2015, 10:08
His Excellency Mr. Alassane Ouattara, President of the Republic of Cote d'Ivoire more...
18 August 2015, 10:08
President Ilham Aliyev allocates AZN 5mln for reconstruction of Azerbaijan State Drama Theater in Derbend more...
18 August 2015, 10:08
H.E. Mr. Barack Obama, President of the United States of America more...