“Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında”, “Əmanətlərin sığortalanması haqqında”, “Əmanətlərin tam sığortalanması haqqında” və “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu, 15-ci və 27-ci bəndlərini rəhbər tutaraq, “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikasının 2018-ci il 18 may tarixli 1143-VQ nömrəli Qanununun icrası ilə əlaqədar qərara alır:
Maddə 1. “Auditorun peşə məsuliyyətinin icbari sığortası haqqında” Azərbaycan Respublikasının Qanununa (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 8, maddə 747; 2008, № 11, maddə 960; 2015, № 4, maddə 350; 2016, № 3, maddə 418) aşağıdakı məzmunda 2.3-cü maddə əlavə edilsin:
“2.3. Ələt azad iqtisadi zonasında auditorun peşə məsuliyyətinin icbari sığortası sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 2. “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 2, maddə 79; 2009, № 6, maddə 400, № 7, maddə 517; 2016, № 3, maddələr 394, 421; 2017, № 7, maddə 1310) 1-ci maddəsinə aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:
“Ələt azad iqtisadi zonasında əmanətlərin sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 3. “Əmanətlərin tam sığortalanması haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, № 3, maddə 395) 6-cı maddəsinin mətni 6.1-ci maddə hesab edilsin və aşağıdakı məzmunda 6.2-ci maddə əlavə edilsin:
“6.2. Ələt azad iqtisadi zonasında əmanətlərin tam sığortalanması sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
Maddə 4. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995, № 23-24, maddə 368; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 11, maddələr 676, 683, 686; 2002, № 5, maddə 241; 2003, № 1, maddə 1; 2004, № 1, maddə 6, № 2, maddə 57; 2005, № 8, maddə 684, № 12, maddə 1083; 2007, № 8, maddə 745; 2011, № 11, maddə 984; 2012, № 9, maddə 842; 2014, № 10, maddə 1157; 2017, № 5, maddə 722; 2018, № 6, maddə 1169) 2-ci maddəsinə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilsin:
“Ələt azad iqtisadi zonasında istehlakçıların hüquqlarının müdafiəsi sahəsində münasibətlər “Ələt azad iqtisadi zonası haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğun olaraq tənzimlənir.”.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 28 dekabr 2018-ci il.
29 January 2019, 08:0125 October 2016, 09:10
From Tomislav Nikolic, President of the Republic of Serbia more...
29 September 2016, 11:09
His Excellency Mr Reuven Rivlin, President of the State of Israel more...
29 September 2016, 11:09
His Highness Mohammed bin Naif bin Abdulaziz Al Saud, Crown Prince, deputy Prime Minister and Minister of Interior of the Kingdom of Saudi Arabia more...
29 September 2016, 11:09
His Highness Salman Bin Abdulaziz Al Saud, Custodian of the Two Holy Mosques, King of Saudi Arabia more...
29 September 2016, 11:09
Her Excellency Ms Marie-Louise Coleiro Preca, President of the Republic of Malta more...
18 December 2015, 09:12
From Ahmet Davutoglu, Prime Minister of the Republic of Turkey more...
18 December 2015, 09:12
From Recep Tayyip Erdogan, President of the Republic of Turkey more...
18 December 2015, 09:12
His Highness Sheikh Tamim bin Hamad Al Thani, Emir of the State of Qatar more...
18 December 2015, 09:12
From Raimonds Vejonis, President of the Republic of Latvia more...
3 December 2015, 09:12
His Excellency Mr. Mauricio Macri, President-elect of the Republic of Argentina more...