Pediatriya cəmiyyətlərinin IV beynəlxalq konqresinin keçirilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 146)
Release date: 18.08.1997Pediatriya cəmiyyətlərinin IV beynəlxalq konqresinin keçirilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Pediatriya cəmiyyətlərinin növbəti beynəlxalq konqresinin Bakı şəhərində keçirilməsi haqqında müraciəti və ölkələr arasında elmi-praktiki əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi işində bu konqresin əhəmiyyətini nəzərə alaraq qərara alıram:
1. Pediatriya cəmiyyətlərinin IV beynəlxalq konqresi 1997-ci il sentyabrın 21—25-də Bakı şəhərində keçirilsin.
2. Konqresin hazırlanması və keçirilməsi məqsədi ilə aşağıdakı tərkibdə Təşkilat Komitəsi yaradılsın:
Təşkilat Komitəsinin fəxri sədrləri
Heydər Əliyev — Azərbaycan Respublikasının Prezidenti
İhsan Doğramacı — Türkdilli ölkələrin milli pediatriya cəmiyyətləri birliyinin fəxri prezidenti
Təşkilat Komitəsinin sədri
Elçin Əfəndiyev — Azərbaycan Respublikası Baş nazirinin müavini
Təşkilat Komitəsi sədrinin müavini
Əli İnsanov — Azərbaycan Respublikasının səhiyyə naziri
Təşkilat Komitəsinin üzvləri
Rəfael Allahverdiyev — Bakı şəhər İcra hakimiyyətinin başçısı
Fərəməz Maqsudov — Azərbaycan Elmlər Akademiyasının prezidenti
Həsən Həsənov — Azərbaycan Respublikasının xarici işlər naziri
Fatma Abdullazadə — Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı humanitar siyasət şöbəsinin müdiri
Əli Nağıyev — Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri
Polad Bülbüloğlu — Azərbaycan Respublikasının mədəniyyət naziri
Sirus Təbrizli —Azərbaycan Respublikasının mətbuat və informasiya naziri
Fikrət Yusifov — Azərbaycan Respublikasının maliyyə naziri
Əbülfəs Qarayev — Azərbaycan Respublikasının gənclər və idman naziri
Nizami Xudiyev — Azərbaycan Respublikasının Dövlət Teleradio Verilişləri Şirkətinin sədri
Hadı Rəcəbov — Azərbaycan Respublikası Milli Məclisi Sosial siyasət komissiyasının sədri
Adilə Namazova — Azərbaycan milli pediatriya cəmiyyətinin sədri
Əhliman Əmiraslanov— Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin rektoru
Mirməmməd Cavadzadə — Əziz Əliyev adına Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru
Zəhra Quliyeva — Nəriman Nərimanov adına Azərbaycan Tibb Universitetinin professoru, «Sevil» Azərbaycan Qadınları Məclisinin sədr müavini
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 18 avqust 1997-ci il
№ 649
«Azərbaycan» qəzetində dərc edilmişdir (19 avqust 1997-ci il, № 177) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1997-ci il, № 2, maddə 146) («LegalActs» LLC).
© LegalActs LLC