Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 251)
Release date: 19.02.2007
Gənc istedadlar üçün xüsusi təqaüdlər təsis edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Prezidentinin 22 iyun 1996-cı il tarixli 464 saylı Fərmanına uyğun olaraq qərara alıram:
1. «Qızıl kitab»a adları yazılmış gəncistedadların hər biri üçün Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondu hesabına 300 manat məbləğində xüsusi aylıq təqaüd təsis edilsin.
2. Müəyyən edilsin ki, bu Sərəncamın 1-ci bəndində gənc istedadlar üçün nəzərdə tutulan təqaüd onlar 25 yaşına çatanadək verilir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 13 sentyabr 1997-ci il
№ 662
«Azərbaycan» qəzetində dərc edilmişdir (14 sentyabr 1997-ci il, № 200) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 1997-ci il, № 3, maddə 251) ( «LegalActs» LLC).
19 fevral 2007-ci il tarixli, 1965 nömrəli Sərəncama əsasən əlavə və dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC