Об организационном обеспечении деятельности посольства Азербайджанской Республики в Японии (в городе Токио)


«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 737)

Release date: 06.12.2002

Azərbaycan Respublikasının Yaponiyadakı (Tokio şəhərində) səfirliyinin fəaliyyətinin təşkilati təminatı haqqında

Azərbaycan Respublikasının Yaponiyadakı (Tokio şəhərində) səfirliyinin fəaliyyətinin təşkilati təminatı haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Respublikasının Yaponiyadakı (Tokio şəhərində) səfirliyinin fəaliyyətinin təmin edilməsi məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi 3 gün müddətində Azərbaycan Respublikasının Yaponiyadakı (Tokio şəhərində) səfirliyinin strukturunu və ştat cədvəlini təsdiq etsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti 10 gün müddətində Azərbaycan Respublikasının Yaponiyadakı (Tokio şəhərində) səfirliyinin maddi-texniki təchizatı və maliyyələşdirilməsi məsələlərini həll etsin.

3. Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 6 dekabr 2002-ci il.

№ 1104.

«Azərbaycan» qəzetində dərc edilmişdir (11 dekabr 2002-ci il, № 284) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2002-ci il, № 12, maddə 737) («LegalActs» LLC).

© LegalActs LLC