О мерах, обеспечивающих исполнение Закона Азербайджанской Республики «О присоединении Азербайджанской Республики к «Соглашению о создании Исламской корпорации по развитию частного сектора»
Release date: 16.08.2016
«Azərbaycan Respublikasının «Özəl sektorun inkişafı üzrə İslam Korporasiyasının yaradılması haqqında Saziş»ə qoşulması barədə» Azərbaycan Respublikası Qanununun icra olunmasını təmin edən tədbirlər barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. Özəl sektorun
inkişafı üzrə İslam Korporasiyası ilə
əlaqələrin saxlanılması Azərbaycan
Respublikasının İqtisadiyyat və Sənaye Nazirliyinə
həvalə edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər
Kabinetinə və Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə tapşırılsın ki,
«Özəl Sektorun İnkişafı üzrə İslam
Korporasiyasının yaradılması haqqında Saziş»in
icra olunmasının təmin edilməsi ilə əlaqədar
lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Xarici
İşlər Nazirliyi Özəl Sektorun İnkişafı üzrə
İslam Korporasiyası ilə əlaqələrin
saxlanılmasının Azərbaycan Respublikasının
İqtisadiyyat və Sənaye Nazirliyinə həvalə edilməsi
barədə Özəl Sektorun İnkişafı üzrə İslam
Korporasiyasını xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV,
Bakı şəhəri, 31 oktyabr 2002-ci il
№ 1078
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 noyabr 2002-ci il, № 253) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 633) («LegalActs» LLC).
27 iyun 2014-cü il tarixli; 16 avqust 2016-cı il tarixli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).
© LegalActs LLC