О внесении изменения в некоторые постановления Кабинета министров Азербайджанской Республики
Release date: 27.09.2002
Azərbaycan Respublikasının Nazirlər Kabineti
Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişiklik edilməsi barədə
Qərar № 150
Bakı şəhəri, 27 sentyabr 2002-ci il
«Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 67 və 423-cü maddələrinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 2002-ci il 11 iyun tarixli qərarının icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
I. «Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 1 fevral tarixli 31 nömrəli qərarının 5-ci bəndində və «Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarına dəyişikliklər və əlavələr edilməsi və bəzi qərarlarının və sərəncamının qüvvədən düşmüş hesab edilməsi barədə» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 9 iyul tarixli 123 nömrəli qərarının 3-cü bəndinin 4-cü abzasında «hallara» sözü «həmçinin mülki mühakimə icraatı zamanı kassasiya instansiyası məhkəməsində, məhkəmə aktlarından əlavə kassasiya qaydasında, yeni açılmış hallar üzrə işə yenidən baxıldıqda işdə iştirak edən aztəminatlı şəxslərə vəkil tərəfindən göstərilən hüquqi yardım hallarına» sözləri ilə əvəz edilsin.
II. Bu qərar imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Baş naziri
A. RASİ-ZADƏ
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 sentyabr 2002-ci il, № 9, maddə 580) («LegalActs» LLC).
© LegalActs LLC