Об учреждении Дня профессионального праздника пожарников


«Azərbaycan» qəzetində dərc edilmişdir ( 6 oktyabr 2002ci il, № 231) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 610)

Release date: 05.10.2002

Yanğınsöndürənlərin peşə bayramı gününün təsis edilməsi haqqında

Yanğınsöndürənlərin peşə bayramı gününün təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Demokratik Respublikasında 1918-ci il oktyabrın 10-da Bakı şəhər İdarəsinin tərkibində Bakı Yanğın Komandasının təsis edilməsini əsas tutaraq qərara alıram:

1. Hər il oktyabrın 10-u Azərbaycan Respublikası yanğınsöndürənlərinin peşə bayramı günü kimi qeyd edilsin.

2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 5 oktyabr 2002-ci il

№ 1052

«Azərbaycan» qəzetində dərc edilmişdir (06 oktyabr 2002-ci il, № 231) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 oktyabr 2002-ci il, № 10, maddə 610) («LegalActs» LLC).

© LegalActs LLC