Об утверждении «Соглашениея между Правительством Азербайджанской Республики и Кабинетом министров Украины о безвизовых поездках граждан»
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il № 194) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 462)
Release date: 02.07.2002Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında «Vətəndaşların vizasız gediş-gəlişi haqqında» Sazişin təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında «Vətəndaşların vizasız gediş-gəlişi haqqında» 2002-ci il fevralın 14-də Kiyev şəhərində imzalanmış Saziş təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 2 iyul 2002-ci il
№ 354-IIQ
«Azərbaycan» qəzetində dərc edilmişdir (25 avqust 2002-ci il № 194)
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 462) («LegalActs» LLC)
Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların vizasız gediş-gəlişi haqqında
Saziş
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti və Ukrayna Nazirlər Kabineti,
iki dövlət arasında dostluq münasibətlərini inkişaf etdirmək məqsədi ilə,
iki ölkənin vətəndaşlarının qarşılıqlı gediş-gəliş rejimini tənzimləmək arzusunu rəhbər tutaraq,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Bir Tərəfin dövlətinin vətəndaşları onların daimi yaşayış yerindən asılı olmayaraq, digər Tərəfin dövlətinin ərazisinə, həmin dövlətdə qüvvədə olan orada qalmaq və qeydiyyat qaydalarına riayət etməklə, bu Sazişin 1 və 2 saylı Əlavələrində qeyd olunan sənədlərdə vizasız gəlmək, oradan tranzitlə keçmək, getmək və orada qalmaq hüququna malikdirlər.
Maddə 2
1. Bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisində bu Sazişin 1 və 2 saylı Əlavələrində qeyd olunan sənədləri itirdikləri halda, sənədlərin itirilməsi barədə təcili surətdə həmin dövlətin səlahiyyətli orqanlarına bildirməlidirlər. Bu orqanlar sənədlərin itirilməsi barədə ərizəni təsdiq edən arayış verirlər.
2. Bu maddənin 1-ci bəndində göstərilən vətəndaşlara müvafiq Tərəfin diplomatik nümayəndəliyi və yaxud konsulluqları vətəndaşı olduqları dövlətə qayıtmaq üçün etibarlı sənəd verəcəklər. Belə şəxslərin olduqları dövlətin ərazisindən çıxmaları üçün əlavə icazə barədə yazılar tələb olunmur.
Maddə 3
Bu Sazişin qüvvəsi şamil edilən bir Tərəfin dövlətinin vətəndaşları digər Tərəfin dövlətinin ərazisinə beynəlxalq gediş-gəliş üçün açıq olan sərhəd-buraxılış məntəqələrindən gəlir, gedir və oradan tranzitlə keçirlər.
Maddə 4
1. Bu Saziş imzalandıqdan sonra, lakin qüvvəyə minənədək, Tərəflər bu Sazişin 1 və 2 saylı Əlavələrində qeyd olunmuş sənədlərin nümunələrini diplomatik kanallarla mübadilə edəcəklər.
2. Yeni sənədlər qəbul edildiyi və ya Bu Sazişin 1 və 2 saylı Əlavələrində göstərilən sənədlərə dəyişikliklər edildiyi halda Tərəflər yeni sənədlərin və ya qüvvədə olan sənədlərə dəyişikliklər edilməsinin tətbiqindən əvvəl 30 gündən gec olmayaraq bu barədə bir-birinə diplomatik kanallarla məlumat verəcək, yeni və ya dəyişdirilmiş sənədlərin nümunələrini göndərəcəklər.
Maddə 5
1. Tərəflərdən hər biri dövlət təhlükəsizliyinin təmin edilməsi, ictimai asayişin və ya əhalinin sağlamlığının qorunması üçün zəruri olarsa, Bu Sazişin qüvvəsini bütövlükdə və ya qismən dayandırmaq hüququna malikdir.
2. Tərəflər bu maddənin 1-ci bəndində göstərilmiş tədbirlərin görülməsi və ya ləğv olunması barədə bir-birinə vaxtında diplomatik kanallarla məlumat verəcəklər.
Maddə 6
Tərəflər bu Sazişin müddəalarının tətbiqi ilə bağlı məsələlər üzrə informasiya mübadiləsi edəcək və zərurət yarandıqda məsləhətləşmələr aparacaqlar.
Maddə 7
Tərəflər qarşılıqlı razılaşma əsasında, bu Sazişin ayrılmaz hissəsi olan və 8-ci maddəyə uyğun olaraq qüvvəyə minən ayrı-ayrı protokollarla və ya notalar mübadiləsi ilə bu Sazişə dəyişikliklər və əlavələr edə bilərlər.
Maddə 8
1. Bu Saziş, qeyri-müəyyən müddətə bağlanır və Tərəflər onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə notaları mübadilə etdikləri tarixdən otuz gün sonra qüvvəyə minir.
2. Tərəflərdən hər biri digər Tərəfə yazılı surətdə bildirməklə, bu Sazişin qüvvəsini ləğv edə bilər. Bu halda Saziş belə bildirişin alındığı tarixdən üç ay sonra qüvvəsini itirir.
Kiyev şəhərində 14 fevral 2002-ci ildə hər biri Azərbaycan, Ukrayna və rus dillərində olmaqla, iki nüsxədə imzalanmışdır, bütün mətnlər autentikdir.
Bu Sazişin müddəalarının təfsirində fikir ayrılığı yarandıqda, rus dilindəki mətndən istifadə edilir.
Azərbaycan Respublikası |
Ukrayna |
Azərbaycan Respublikası Hökuməti
və Ukrayna Nazirlər Kabineti arasında
vətəndaşların vizasız gediş-gəlişi haqqında
Sazişə
Əlavə №-1
Ukrayna vətəndaşlarının Azərbaycan Respublikası ərazisində gediş-gəlişi və yer dəyişmələri üçün
Sənədlərin Siyahısı
1. Xaricə getmək üçün Ukrayna vətəndaşının pasportu.
2. Ukraynanın diplomatik pasportu.
3. Ukraynanın xidməti pasportu.
4. Uşaq üçün səfər sənədi.
5. Dənizçinin şəxsiyyət vəsiqəsi (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə).
6. Hava gəmisinin heyət üzvünün vəsiqəsi (heyət tərkibində uçuş zamanı).
7. Ukraynaya qayıdış şəhadətnaməsi (yalnız Ukraynaya qayıdış üçün).
Azərbaycan Respublikası |
Ukrayna |
Azərbaycan Respublikası Hökuməti
və Ukrayna Nazirlər Kabineti arasında vətəndaşların
vizasız gediş-gəlişi haqqında
Sazişə
Əlavə №-2
Azərbaycan Respublikası vətəndaşlarının Ukraynanın ərazisində gediş-gəlişi və yer dəyişmələri üçün
Sənədlərin Siyahısı
1. Azərbaycan Respublikası vətəndaşının ümumvətəndaş xarici pasportu.
2. Azərbaycan Respublikası vətəndaşının diplomatik pasportu.
3. Azərbaycan Respublikası vətəndaşının xidməti pasportu.
4. Azərbaycan Respublikasının dənizçi kitabçası (gəminin şəxsi heyətinin siyahısı və ya ondan çıxarış olduğu təqdirdə).
5. Azərbaycan Respublikası hava gəmisinin heyət üzvünün vəsiqəsi (heyət tərkibində uçuş zamanı).
6. Azərbaycan Respublikasına qayıdış şəhadətnaməsi (yalnız Azərbaycan Respublikasına qayıdış üçün).
Azərbaycan Respublikası |
Ukrayna |
© LegalActs LLC