О документах, подписанных 20 мая 2002 года в городе Тегеран между Азербайджанской Республикой и Исламской Республикой Иран
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli, № 195) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 520)
Release date: 24.08.2002
2002-ci il mayın 20-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış sənədlər haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2002-ci il mayın 20-də Tehran şəhərində Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitkilərin karantin xidməti sahəsində əməkdaşlıq haqqında Saziş;
2) Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu;
3) Azərbaycan Respublikası Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında Memorandum;
4) Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında mədəni əməkdaşlıq haqqında Saziş;
5) Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı arasında idman sahəsində əməkdaşlıq haqqında Saziş;
6) Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair Memorandum.
2. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin 1-ci və 2-ci yarımbəndlərində göstərilən sənədlərin həyata keçirilməsini təmin etmək üçün lazımi tədbirlər görsün.
3. Azərbaycan Respublikasının Təhsil Nazirliyinə, Mədəniyyət Nazirliyinə, Gənclər, İdman və Turizm Nazirliyinə və Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndinin müvafiq olaraq 3-cü, 4-cü, 5-ci və 6-cı yarımbəndlərində göstərilən sənədlərin həyata keçirilməsi üçün lazımi tədbirlər görsünlər.
4. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə tapşırılsın ki, bu Sərəncamın 1-ci bəndində göstərilən sənədlərin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə İran İslam Respublikası Hökumətini xəbərdar etsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 24 avqust 2002-ci il
№ 1021
«Azərbaycan» qəzetində dərc edilmişdir (26 avqust 2002-ci il tarixli, № 195) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 520) («LegalActs» LLC).
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında bitkilərin karantin xidməti sahəsində əməkdaşlıq haqqında
Saziş
Bundan sonra «Razılığa gələn Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
iki ölkə arasında toxum, əkin materialları, eləcə də digər kənd təsərrüfatı məhsullarının idxal, ixrac və tranziti sahəsində əməkdaşlıq etmək,
habelə bir-birinin ərazisinə karantin orqanizmlərinin keçməsinin və onların vurduğu zərərin qarşısını almaq,
toxum, əkin materialları və digər bitki mənşəli məhsulların ticarəti və mübadiləsi məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Razılığa gələn hər bir Tərəfin müvafiq siyahılarında (bu Sazişin tərkib hissəsi hesab olunur) göstərilən ziyanvericilər, xəstəliklər və alaq otları (bundan sonra «karantin orqanizmləri» adlandırılacaq) Razılığa gələn Tərəflər üçün karantin obyekti kimi qəbul olunur.
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları gələcəkdə karantin orqanizmlərinin siyahısında dəyişiklik edə bilərlər. Siyahının dəyişməsi haqqında məlumat diplomatik kanallar vasitəsi ilə verildikdən 60 gün sonra qüvvəyə minir.
Maddə 2
Razılığa gələn Tərəflər karantin orqanizmlərinin daşıyıcısı olan yüklərin idxalı, ixracı və tranziti zamanı bir-birinin ərazisinə karantin orqanizmlərinin gətirilməsinin vaxtında qarşısını almaq məqsədi ilə aşağıdakı tədbirləri həyata keçirəcəklər:
- ərazilərində yeni karantin orqanizmi müşahidə olunduqda, yayılması və ona qarşı mübarizə tədbirləri haqqında bir-birinə yazılı məlumat verilməsi;
- karantin orqanizmlərinin daşıyıcısı olan yüklərin (məhsulların) ixracı, idxalı və tranzitini tənzimləyən, qüvvədə olan fitosanitar qaydalara əlavə və ya dəyişikliklər haqqında yazılı məlumatın təmin edilməsi;
- karantin orqanizmlərinin aşkar olunması tədbirlərinin həyata keçirilməsində qarşılıqlı elmi və texniki kömək və əməkdaşlıq edilməsi;
- karantin orqanizmlərinə qarşı mübarizə məqsədi ilə digər Tərəfin xahişi ilə bitkilərin karantin xidməti sahəsi üzrə mütəxəssis qrupunun göndərilməsi.
Maddə 3
Razılığa gələn Tərəflər karantin orqanizmlərinin yayılmasına səbəb ola biləcək əkinə yararlı toxumların, bitki məhsullarının və digər malların ixracı, idxalı və tranzit daşınması zamanı hər birinin ərazisində karantinə dair qanun və qaydalara riayət etməyi öhdələrinə götürürlər. Bu Sazişə aid edilən malların idxalı, ixracı və tranziti zəruri hallarda Razılığa gələn hər iki Tərəfin aidiyyəti orqanları tərəfindən əvvəlcədən müəyyən olunan sərhəd-keçid məntəqələrində həyata keçiriləcəkdir.
Maddə 4
Karantin orqanizmlərinin daşıyıcısı olan, fitosanitar nəzarət tələb olunan hər yük partiyası yola salınan vaxt ixrac edən Razılığa gələn Tərəfin səlahiyyətli orqanları yükün fitosanitar tələblərinə cavab verməsi və canlı karantin orqanizmlərinin olmamasını təsdiq edən fitosanitar sertifikatı, yükü idxal edən Razılığa gələn Tərəf isə qarşılıqlı olaraq idxal karantin icazəsi verəcəkdir.
Maddə 5
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları karantin orqanizmlərinin daşıyıcısı olan xüsusi malların idxalı zamanı həmin mallara qanunda nəzərdə tutulmuş qaydada əlavə fitosanitar tələblər qoymaq hüququna malikdirlər.
Maddə 6
Karantin nəzarətində olan yüklərin ixracı zamanı qablaşdırıcı material kimi karantin obyektlərinin daşıyıcısı olmayan (torpaqdan azad) kağız, plastik və qeyri-bitki mənşəli materiallardan istifadə oluna bilər. Karantin orqanizmlərinin yayıcısı olan yükləri daşıyan nəqliyyat vasitələri diqqətlə təmizlənməli və lazım gəldikdə zərərsizləşdirilməlidir.
Maddə 7
Razılığa gələn Tərəflərin müvafiq orqanları fitosanitar nəzarət zamanı karantin nəzarətində olan yüklərdə karantin orqanizmi aşkar etdikdə, onu ixrac edən ölkəyə geri qaytara və ya zərərsizləşdirə bilər. Zərərsizləşdirmək imkanı olmadıqda, öz ölkəsinin bitki karantini qaydalarına müvafiq şəkildə onları məhv edirlər.
İdxal edən ölkənin səlahiyyətli orqanları görülmüş tədbirlər barədə müvafiq məlumatları yazılı şəkildə Razılığa gələn digər Tərəfin səlahiyyətli orqanlarına göndərir.
Karantin orqanizmləri ilə sirayətlənmiş yükün geriyə qaytarılmasına, məhv edilməsinə, yaxud zərərsizləşdirilməsinə çəkilən xərcləri yükü göndərən Tərəf və yaxud onun nümayəndəsi ödəməlidir.
Maddə 8
Razılığa gələn Tərəflərin müvafiq səlahiyyətli orqanları qarşılıqlı əsasda öz dövlətlərinin ərazisində lazım gəldikdə (2 ildə bir dəfədən az olmayaraq), bu Sazişdəki öhdəliklərin həyata keçirilməsi ilə əlaqədar olan mübahisələrin həll edilməsi, habelə bitki karantini sahəsində qarşılıqlı məlumat və təcrübə mübadiləsi məqsədi ilə məsləhət xarakterli görüşlər və iclaslar keçirəcəklər;
Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları iclasların tarixi və yerini, müzakirəyə qoyulan məsələlərin siyahısını müəyyən edəcəklər. İclaslar arasındakı dövr ərzində bitki karantin xidmətinə aid aktual məsələlərlə əlaqədar təkliflərin hazırlanması üçün Razılığa gələn Tərəflərin qarşılıqlı razılığı əsasında xüsusi işçi qrup yaradıla bilər;
İclasların keçirilməsi, nümayəndələrin yemək və qalma xərcini iclası təşkil edən dövlət ödəyir.
Razılığa gələn Tərəflərdən hər biri öz nümayəndəsinin yol xərcini ödəyir.
Maddə 9
Razılığa gələn Tərəflərin aşağıdakı müvafiq orqanları bu Sazişin həyata keçirilməsini təmin edəcəklər:
- Azərbaycan tərəfindən: Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi;
- İran tərəfindən: İran İslam Respublikasının Kənd Təsərrüfatı Nazirliyi.
Bu Sazişin həyata keçirilməsi məqsədi ilə Razılığa gələn Tərəflərin səlahiyyətli orqanları diplomatik kanallar vasitəsi ilə əlaqə saxlayacaqlar.
Bu Sazişin həyata keçirilməsi zamanı qarşıya çıxa biləcək mübahisələr Razılığa gələn Tərəflərin mütəxəssisləri tərəfindən məsləhətləşmələr yolu ilə həll ediləcəkdir. Bu yolla istənilən nəticələrin əldə olunmadığı təqdirdə, məsələlər diplomatik kanallar vasitəsi ilə həll ediləcəkdir.
Maddə 10
Bu Saziş Razılığa gələn Tərəflərin beynəlxalq təşkilatlar və üçüncü ölkələrlə əlaqələrindən irəli gələn hüquq və öhdəliklərinə xələl gətirməyəcəkdir.
Maddə 11
Bu Saziş Razılığa gələn Tərəflərin onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə diplomatik kanallarla son yazılı xəbərdarlığın alındığı tarixdən 30 gün sonra qüvvəyə minir və 5 il müddətində qüvvədə qalır.
Əgər Razılığa gələn Tərəflərdən heç biri müvafiq müddətin qurtarmasına 6 ay qalmış Sazişin qüvvəsini ləğv etmək niyyəti barədə diplomatik kanallarla yazılı xəbərdarlıq etməzsə, Sazişin qüvvəsi avtomatik olaraq növbəti 5 illik müddətə uzadılır.
Saziş Tehran şəhərində 2002-ci il mayın 20-də, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə iki əsl nüsxədə hər biri Azərbaycan, fars və ingilis dillərində imzalanmışdır. Hər üç mətn eyni qüvvəyə malikdir.
Bu mətnlərin təfsirində fikir ayrılığı olarsa, ingilis dilindəki mətnə üstünlük veriləcəkdir.
Razılığa gələn Tərəflərin razılaşdırdıqları bu Sazişin əsas mətni Razılığa gələn hər iki Tərəfin bitki karantin orqanizmlərinin siyahısı olan iki nüsxədə iki əlavə ilə tamamlanmışdır.
Azərbaycan Respublikası |
İran İslanı Respublikası |
(imza) |
(imza) |
Annex 1.
LIST
OF NOT FOUND AND LESS SPREAD QUARANTINE OBJECTS IN THE TERRITORY OF THE REPUBLIC OF AZERBAIJAN
A.l. NOT FOUND QUARANTINE OBJECTS IN THE REPUBLIC OF AZERBAIJAN
Pests
Asiya pambıq sovkası |
Spodoptera litura Fabr. |
Amerika yonca minyoru |
Liriomyza trifolii (Burg) |
Ağhaşiyəli böcək |
Pantormorus leucoloma Boh. |
Aralıq dənizi meyvə milçəyi |
Ceratitis capitata Wied. |
Alma milçəyi |
Rhaqoletis pomonella Walsh. |
Alma qızılböcəyi |
Agrilus mali Mats |
Armud odlucası |
Numonia pyrivorella Mats. |
Böyük narıngi milçəyi |
Tetradacus citri Chen. |
Qərb qarğıdalı böcəyi |
Diabrotica virgifera virgifera |
|
le Conte |
Əncir mumlu yalançı |
Ceroplastes rusci L. |
Qalxanlı yastıcası |
|
Yaponiya böcəyi |
Popillia japonica Newm |
Kapro böcəyi |
Trogoderma qranarium Ev. |
Kartof güvəsi |
Phthorimaea operculella Zell. |
Misir pambıq sovkası |
Spodoptera littoralis Boisd. |
Portağal qalxanlı yastıcası |
Unaspis citri Comst. |
Pambıq güvəsi |
Pectinophora qossypiella Saund |
Palma tripsi |
Thrips palmi Karny |
Tut qalxanvari yastıcası |
Pseudaulacaspis pentagona Targ. |
Unlu sitrus yastıcası |
Pseudococcus gahani Green |
Çin toxumyeyəni |
Callosobruchus chinensis L. |
Tək ipək sarıyan (Asiya rasası) |
Lymantria dispar L (asian race) |
Şaftalı meyvəyeyəni |
Carposina niponensis Wlsghm. |
Şərq sitrus qalxanlı yastıcası |
Unaspis yanonensis Kuw. |
Şərq unlu yastıcası |
Pseudococcus citriculus Green. |
Şərq pambıq uzunburunu |
Anthonomus grandis Baheman |
Tüklü ağqanadlısı |
Aleurothrixus floccosus Mask |
Pambıq ağqanadlısı |
Bemisia tabaci Gennadius |
Qərənfil yarpaqbükəni |
Cocoecimorpha pronubana Herbest |
Qara sitrus ağqanadlısı |
Aleurocanthus woglumi Ashby |
Meyvə uzunburunu |
Conotrachelus nenuphar Herbst |
Balqabaq milçəyi |
Dacus ciliatus Loew |
Zolaqlı meyvə güvəsi |
Anarsia lineatella Zeller |
Pambıq sovkası |
Heliothis armigera Hübner |
Qara yalançı qalxanlı yastıcası |
Parasaissetia nigra Nietner |
Minalayıcı sitrus güvəsi |
Phyllocnistis citrella Stainton. |
Zeytun yalançı qalxanlı yastıcası |
Saissetia oleae Olivier |
Tikanlı yastıca |
Earias insulana Boisd |
Əməköməci güvəsi |
Pectinophora malvella Hb. |
Pambıq ağqanadlısı |
Bemisia tabaçi |
Şərq yemiş milçəyi |
Bactrocera cucurbitae |
Nematodes
Qızılı kartof nematodu |
Globodera rostochiensis (Woll) M. et St. |
Kolumbiya kök fır nematodu |
Meloidogyne chitwoodi Golden et al. |
Solğun kartof nematodu |
Globodera pallida (Stone) Mulvey et Stone. |
Şam gövdə nematodu |
Bursaphelenchus xylophilus (Steiner et Buhrer) Nickle. |
Buğda nematodu |
Anquina tritici Steinb |
Düyü nematodu |
Aphelenchoides besseyi Christie |
Kartof gövdə nematodu |
Ditylenchus destructor Thorne |
Gövdə nematodu |
Ditylenchus dipsaci (Kiihn) Feli |
Plant morbifics fungues
Buğdanın Hindistan sürməsi |
Tilletia (Neovossia) indica Mitra. |
Qarğıdalıda cənub helmintosporiozu, T-rassası |
Cochliobolus Heterostrophus (Drechsler) Drechsler Pasa T. (Helmintosporium maydis Nisicado et Miyake). |
Qarğıdalıda diplodioz |
Stenocarpella macrospora Sutton. (Stenocarpella maydis Sutton). |
Qarğıdalı yarpağının ləkəlikliyi |
Cochliobolus carbonum R.R. Nelson |
Günəbaxanda fomopsis |
Phomopsis helianthi |
Kartof xərçəngi |
Synchytrium endobioticum (Schilb.) Percival. |
Pambığın antraknozu |
Glomorella qossypii (South) Edgerton. |
Payızgülü (xrizantem) askoxitozu |
Didymella chrysanthemi. (Tassi) Gar. et. Gull. |
Payızgülünün ağ pası |
Puccinia horiana P. Henn. |
Kartof (yumrulannın) sürməsi |
Anqiosorus solani Thirumet. O-Brien |
Texas kök çürüməsi |
Phymatotrichopsis omnivorum (Schear) Duggar. |
Malsekko - infeksion quruma |
Deuterophoma tracheipnila Petri |
Sitrus bitkilərinin ziyilliliyi |
Elsinoe fawcettil Bitanjourt |
Qərənfıldə fialofonoz soluxma |
Phialophora cinerescens (Wollenweber) van Beyma |
Kartofda qanqrena, Famos |
Phoma exigua var. fovcata |
Buğdanın karlik sürməsi |
Tilletia cotroversa Kuhn |
Qladiolusda pas |
Uromuces tansversalis |
Bacteria
Qarğıdalının bakterial soluxması (vilt) |
Erwinia stewartii (Smith) Dye. |
Düyüdə bakterial zolaqlılıq |
Xanthomonas oryzae pv. oryzicola (Fang et al) Swings et al. |
Düyünün bakterial yanığı |
Xanthomonas oryzae pv. oryzae (Ishiyama) Swings et al |
Kartof yumrularında halqavari bakterial çürümə |
Clavibacter michiganensis subsp sepedonicum (Spieckermann and Kotthoff) Davis et al. |
Kartofun qonur çürüməsi |
Ralstonia solanasearum (Smith) Yabuuchi et al. |
Meyvə ağaclarının yanığı |
Erwinia amylovora (Burrill) Winslow et al |
Sitrus bitkilərinin xərçəngi |
Xanthomonas campestris pv. citri. |
Qərənfildə bakterial soluxma |
Pseudomonas caryophylli Burkholder |
Fındıqda bakterioz |
Xanthomonas campectris pv. Corylina |
Lobyada bakterial yanıq |
Xanthomonas campectris pv. Phaseoli |
Pomidorda bakterial dəmgil |
Xanthomonas campestris pv. Vesicatori |
Şabalıd gövdə yanığı |
Oruphonectria parasitica |
Viruces
Sitrus virusu |
Tristeza virus |
Weeds
Ağçiçəkli senxrus (lövbərli) |
Cenhrus pauciflorus Benth |
|
(tribuloides L.). |
Zolaqyarpaqlı quşüzümü |
Solanum elaeaqnifolium Cav.. |
Karolina quşüzümü |
Solanum carolinense L. |
Striqa (bütün növləri) |
Striqa (sp. sp.). |
Tumurcuqlu gəndalaş |
Iva axillaris Pursh. |
Üçrəngli quşüzümü |
Solanum triflorum L. |
Üçdilimli ambroziya |
Ambrosia trifida L. |
Çoxillik ambroziya |
Ambrosia psilostachya D.C. |
A 2. LESS SPREAD QUARANTINE OBYECTS IN TNE REPUBLIC OF AZERBAIYAN
Pests
Avstraliya şırımlı yastıcası |
Icerya purchasi Mask. |
Amerika ağ kəpənəyi |
Hyphantria cunea Drury. |
Şərq meyvəyeyəni |
Grapholitha molesta Busck. |
Kaliforniya qalxanlı yastıcası |
Quadraspidiotus perniciosus |
|
Comst. |
Kolorado kartof böcəyi |
Leptinotarsa decemlineata Say. |
Komstok yastıcası |
Pseudococcus comstocki Kuw. |
Yaponiya yalançı qalxanlı |
Ceroplastes japonicus Green. |
mumlu yasticası |
|
Yaponıya çöpvari qalxanlı yastıcası |
Lopoleucaspis japonica Ckll |
Sitrus ağqanadlısı |
Dialeurodes citri Ashm. |
Filoksera |
Viteus vitifolii Fitch. |
Dördləkəli dənyeyən |
Callosobruchus maculatus F. |
Weeds
Yovşan yarpaqlı ambroziya |
Ambrosia artemisiifolia L. |
Sarı sarmaşıq |
Cuscuta sp.sp. |
Sürünən kəkrə (çəhrayı) |
Acroptilon repens D.C. |
Tikanlı quşüzümü |
Solanum rostratum Dun. |
Annex 2.
LIST OF QUARANTINE RESTS OF IRAN (AL)
Bacteria:
Citrus greening bacterium (Liberobacter spp.)
Clavibacter michiganensis sub sp.insidiosus Davis et al.
Clavibacter michiganensis sub sp. michiganensis Davis et al.
Clavibacter michiganensis sub sp.sepedonicus Davis et al.
Clavibacter xyli var. xyli Davis et al.
Curtobacterium flaccumfaciens pv. flaccumfaciens Collins & Jones
Erwinia stewartii Mergaret et al.
Pseudomonas caryophylli Starr & Burkholder
Pseudomonas savastanoi Gardan et al.
Pseudomonas syringae pv. lachrymans Young et al.
Pseudomonas syringae pv. persicae Young et al.
Pseudomonas syringae pv. pisi Young et al.
Pseudomonas syringae pv. sesami Young et al.
Ralstonia solanacearum Race:I & II
Xanthomonas albilineans Dowson
Xanthomonas axonopodis pv. Citri Dye
Xanthomonas campestris pv. glycines Dye
Xanthomonas campestris pv. hyacinthi Dye
Xanthomonas campestris pv. pruni Dye
Xanthomonas campestris pv. sesami Dye
Xanthomonas campestris pv. vasculorum Dye
Xanthomonas fragariae Kennedy & King
Xanthomonas oryzae pv. oryzae Swings et al.
Xanthomonas oryzae pv. oryzicola Swings et al.
Xylella fastidiosa Wells et al.
Xylophilus ampelinus Willems et al.
Mycoplasma-like-organisms(Phytoplasmas)
Apple proliferation
Apricot chlorotic leafroll
Cherry lethal yellows
European Stone fruit yellows
Grapevine yellows disease
Lime witches broom(Phytoplasma aurantifoli)
Palm lethal yellowing
Peach x disease
Peach rosette
Peach yellows
Pear decline
Potato stolbur
Sugarcane grassy shoot
Fungi:
Ceratocystis fagacearum Hunt
Ceratocystis fimbriata f. sp.platani
Colletotrichum lagenarium Ell&Halsled
Cryphonectria parasitica Barr
Deuterophoma tracheiphila Kantachveli&Gikachvili
Diaporthe helianthi Muntanola- Cvetkovic/ Mihaljcevie& Petrov
Diaporthe phaseolorum var.caulivora Athow & Caldwell
Didymella chrysanthemi Garibildi & Gullino
Endocronartium harknessii Y.Hiratsuka
Exobasidium vexans Massee
Fusarium oxysporum f.sp. albedinis Gordon
Fusarium oxysporum f.sp.ciceris Matuo &Sato
Glomerella gossypii Edgerton
Guignardia bidwellii Viala & Ravaz
Guignardia citricarpa Kiely
Gymnosporangium asiaticum Miyabe ex Yamam
Gymnosporangium joniperi-virginianae Schwein
Mycosphaerella arachidis Deighton
Mycosphaerella dearnessii Barr
Mycosphaerella fijiensis M . Morelet
Mycosphaerella melonis Rehm
Mycosphaerella musicola R . Leach ex J . L . Mulder
Phaeoramularia capsicicola Deighton
Phialophora gregala W . Gams
Phomopsis sclerotioides V. Kesteren
Phomopsis viticola Sacc
Phymatotrichopsis omnivora Hennebert
Phytophthora cinnamomi Rands
Phytophthora fragariae var. fragariae Hickman
Phytophthora megasperma f.sp.glycines TL Kuan & Erwin
Plasmopara halstedii Berl & de Toni
Peronosclerospora maydis C. Shaw
Peronosclerospora philippinensis C. G. Shaw
Peronosclerospora sacchari Shirai & Hara
Peronosclerospora sorghi C.G.Shaw
Puccinia arachidis Speg.
Puccinia kuehnii Butler
Puccinia melanocephala H.&P.Sydow
Puccinia pittieriana Henn
Sclerophthora macrospora
Septoria lycopersici
Sphaceloma arachidis Bitancourt & Jenkins
Stenocarpella macrospora (Earle)B.Sutton
Stenocarpella maydis (Berk.)B. Sutton
Synchytrium endobioticum (Schilb.)Percival
Thecaphora solani Barrus
Tilletia barclayana (Bref.) Sacc&P.Syd.
Ustilago scitaminea (Syd.) Sydow
Insects & other arthropods
Acrobasis pirivorella
Adoxophyes orana Fischer von Roeslerstamm
Aleurocanthus spiniferus Quaintance
Anastrepha fraterculus Wiedemann
Anastrepha ludens Loew
Anastrepha obliqua Macquart
Anastrepha suspensa Loew
Anthonomus grandis Boheman
Bactrocera cucurbitae Coquillett
Bactrocera dorsalis Hendel
Bactrocera oleae Gmelin
Bactrocera tryoni Froggatt
Blastophagus minor Hartig
Blastophagus piniperda Linnaeus
Blitopertha orientalis Waterhouse
Bupalus piniarius Linnaeus
Cacoecimorpha pronubana H-bner
Carposina niponensis Walsingham
Ceratitis capitata Wiedemann
Ceratitis rosa Karsch
Cicadulina mbila Naud.
Coccus viridis Green
Conotrachelus nenuphar Herbst
Contarinia sorghicola Coquillett
Cosmopolites sordidus Germar
Cryptophlebia leucotrata Meyrick
Cydia molesta Busck
Cydia prunivora Walsh
Dendroctonus micans Kugelann
Diaphorina citri Kuwayana
Diarthronomyia chrysanthemi
Diatraea saccharalis
Diprion pini Linnaeus
Earias fabia Stoll
Empoasca devastans Diatant
Eotetranychus sexmaculatus Riley
Epiphyas postvittana Walker
Epitrix tuberis Gentner
Eriophyes tulipae Keifer
Frankliniella occidentalis Pergande
Gilpinia hercyniae Hartig
Gonipterus scutellatus Gyllenhal
Graphognatus leucoloma Boheman
Helicoverpa zea Boddie
Hylobius abietis Linnaeus
Hyphantria cunea Drury
Ips amitinus Echihoff
Ips cembrae Heer
Ips duplicatus Sahlberg
Ips pini Say
Ips typographus Linnaeus
Iridomyrmex humilis
Liriomyza huidobrensis Blanchard
Liriomyza sativae Blanchard
Lyniantria monacha Linnaeus
Mayetiola destructor Sey
Metamasius hemipterus Linnaeus
Monochamus alternatus Hope
Opogona sacchari Bojer
Otiorhynchus sulcatus Fabricius
Parabemisia myricae Kuwana
Paramyelois lransitella Walker
Parasaissetia nigra Nietner
Pecfiniphora scutigera Holdaway
Pentalonia nigronervosa Coquerel
Perkinsiella saccharicida Kirkaldy
Phoracantha semipunctata Fabricius
Phylloxera vastatrix Planch
Pissodes castaneus Degeer
Popillia japonica Newman
Prays citri Milliere
Prays oleae Bernard
Pristiphora abietina Christ
Prostephanus truncatus Horn
Pseudococcus gahani Green
Rhagoletis pomonella Walsh
Scirtothrips aurantii Faure
Sesamia inferens Walker
Sirex noctilio Fabricius
Spodoptera eridania Cramer
Spodoptera frugiperda J.E.Smith
Spodoptera litura Fabricius
Steneotarsonemus laticeps Halbert
Sternochetus mangiferae
Thaumatopoea pityocampa Fabricius
Thrips palmi Karny
Toxoptera citricidus Kirkaldy
Trioza erytreae Del Guercio
Unaspis yanonensis Kuwana
Viruses & Viroids
Andaen potato latent tymovirus
Andaen potato mottle comovirus
Arabis mosaic nepovirus
Barley stripe mosaic hordeivirus
Bean pod mottle comovirus
Broad bean mottle bromovirus
Broad bean true mosaic comovirus
Citrus leaf rugose ilarvirus
Citrus ringspot virus
Citrus tatter leaf capillovirus
Citrus vein enation virus
Grapevein chrome rnosaic nepovirus
Indian peanut clump furovirus
Maize straek geminivirus
Onion yellow dwarf potyvirus
Pea early browning tobravirus
Pea seed-born mosaic potyvirus
Peach latent mosaic viroid
Peach rosette mosaic nepovirus
Peanut stripe potyvirus
Plum pox potyvirus
Potato spindle tuber viroid
Potato yellow dwarf rhabdovirus
Potato yellow mosaic gemivirus
Raspberry ringspot nepovirus
Rice black - streaked dwarf fijivirus
Rice hoja blanca tenuivirus
Rice tungro badnavirus
Rice yellow mottle sobemovirus
Satsuma dwarf nepovirus
Strawberry latent ringspot nepovirus
Strawberry vein bandig caulimovirus
Sugarcane fiji disease figivirus
Tomato ringspot nepovirus
Tomato spotted wilt tospovirus
Tomato yellow leaf curl geminivirus
Nematodes
Anguina agrostis Filipjev
Anguina funesta
Anguina graminis
Aphelenchoides fragariae Christie
Aphelenchoides oryzae Yokoo
Aphelenchoides ritzemabosi steiner & Buhrer
Belonolaimus spp.
Bursaphelenchus mucronatus
Bursaphelenchus xylophilus Nickle
Ditylenchus angustus Filipjev
Globodera rostochiensis Behrens
Globodera pallida Behrens
Heterodera cajani
Heterodera glycines Ichinohe
Heterodera oryzae Luc & Berdon Brizuela
Heterodera punctata Thorne
Heterodera tabacum
Heterodera zeae Koshy et al.
Hirschmanniella oryzae Luc & Goodey
Longidorus elongatus Micoletzky
Meloidogyne chitwoodi Golden, O`Bannon, Santo & Finley
Meloidogyne graminocola Golden & Birchfield
Meloidogyne naasi Franklin
Nacobbus spp.
Paratrichodorus christiei Siddiqi
Pratylenchus cocophilus
Pratylenchus coffeae Filipjev & Steckh
Pratylenchus goodeyi Sher & Allen
Pratylenchus vulnus Allen & Jensen
Radopholus similis Thorne
Radopholus citrophilus Thorne
Rhadiaphelenchus sp.
Rotylenchulus reniformis Linford & Oliveira
Xiphinema americanum Cobb
Weeds
Aeshynomene indica L.
Acanthospermum hispidum D.C.
Amaranthus blitoides S.Wats
Ambrosia artemisiifolia L.
Ambrosia maritima L.
Ambrosia psilostachya D.C.
Ambrosia trifida L.
Axyris amaranthoides L.
Bidens bipinnata L.
Cassia occidentalis L.
Cassia tora L.
Cenchrus pausiflorus Benth
Croton capitatus Michx
Cuscuta approximata Bab.
Cuscuta epilinum Weiche
Cuscuta epithymum Murr
Cuscuta europaea L.
Danthonia calycina Rehb
Diodia terres Walt
Emex australis Steinh
Emex spinosa Campdera
Euphorbia dentata Michx
Euphorbia marginata Pursh
Helianthus californicus D.C.
Helianthus ciliaris D.C.
Helianthus lenticularis Dougl
Helianthus petiolaris Nutt
Helianthus sacabrrimus Benth
Ipomoea hederacea Jacq
Iva axillaris Pursh
Jacquemontia tamnifolia Griseb
Orobanche spp.
Polygonum pensilvanicum L.
Raimania laciniata Hill.
Salvia lanceifolia Poir
Sesbania exaltata cory
Sesbania macrocarpa Muhl ex Rafin
Solanum carolinense L.8
Solanum elaeagnifolium Cav
Solanum heterodoxum
Solanum rostratum Dum
Solanum triflorum Nutt
Striga euphrasioides Benth
Striga hermonthica Benth
Striga lutea Lour
Striga orobanchoides Benth
Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında baytarlıq sahəsində əməkdaşlıq haqqında
Anlaşma Memorandumu
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti,
öz ölkələrində baytarlıq sahəsində xəstəliklərin aradan qaldırılması və profilaktikasında qarşılıqlı əməkdaşlığı təşviq edərək,
aşağıdakılar haqqında razılığa gəldilər:
Maddə 1
Tərəflər heyvanların və quşların xəstəliklərinin aradan qaldırılması və buna nəzarət üzrə informasiya mübadiləsini həyata keçirəcəklər.
Maddə 2
Tərəflər texniki, profilaktiki, sağlamlıq tələbləri və habelə baytarlıq məlumatları, məhsulları, vaksinlər və dərmanlara dair protokollar hazırlayacaqlar. Bu protokollar Anlaşma Memorandumunun tərkib hissələri olacaqdır.
Maddə 3
Tərəflərin baytarlıq təşkilatları dövlətdaxili qanunlarına uyğun olaraq, heyvanların sağlamlığı və onunla əlaqədar məsələlər haqqında məlumat verən mərkəz kimi fəaliyyət göstərəcək, digər Tərəfin ölkəsinə ixrac olunmamışdan əvvəl heyvan və quşların sağlamlığı haqqında, habelə heyvandarlıq məhsullarının keyfiyyətinə zəmanət verən baytarlıq sertifikatları verəcəklər.
Maddə 4
Tərəflər baytarlıq sahəsində tədqiqatların aparılması, tədris, elmi işlərin görülməsi üçün avadanlıqların alınması və heyvanların sağlamlığı, texniki və profilaktiki tədbirlərin mübadiləsi üzrə baytarlıq mütəxəssislərini bir-birinin ölkəsinə ezam edəcəklər.
Maddə 5
Bu Anlaşma Memorandumunun həyata keçirilməsi zamanı yaranacaq mübahisələr Tərəflər arasında danışıqlar yolu ilə həll olunacaqdır.
Maddə 6
Bu Anlaşma Memorandumuna Tərəflərin qarşılıqlı razılığı əsasında dəyişikliklər edilə bilər. Həmin dəyişikliklər bu Anlaşma Memorandumunun tərkib hissəsi hesab ediləcəkdir.
Maddə 7
Anlaşma Memorandumu Tərəflərin digər razılaşmalarına və ya beynəlxalq və regional öhdəliklərinə xələl gətirməyəcəkdir.
Maddə 8
Bu Anlaşma Memorandumu Tərəflərin müvafiq dövlətdaxili prosedurlarının tamamlandığını bir-birinə xəbər verəcəkləri iki bildirişdən sonuncusunun alınması tarixindən qüvvəyə minəcəkdir.
Maddə 9
Bu Anlaşma Memorandumu qüvvəyə mindiyi tarixdən dörd il müddətində qüvvədədir və əgər Tərəflərdən biri digər Tərəfə bu müddətin qurtarmasına ən azı altı ay qalmış yazılı şəkildə Anlaşma Memorandumunun qüvvəsini ləğv etmək və ya maddələrinə yenidən baxmaq istəyini bildirməzsə, onun qüvvədə olma müddəti bir il uzadılacaqdır.
Bu Anlaşma Memorandumu Tehran şəhərində 2002-ci il mayın 20-də müvafiq olaraq 30 ordibehşt 1381-ci ildə iki əsl nüsxədə Azərbaycan, fars və ingilis dillərində tərtib olunmuşdur. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Bu Anlaşma Memorandumunun təfsirində fikir ayrılığı olduğu təqdirdə, ingilis mətninə istinad olunacaqdır.
Azərbaycan Respublikası |
İran İslanı Respublikası |
(imza) |
(imza) |
Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi arasında təhsil və tədqiqat sahəsində əməkdaşlıq haqqında
Memorandum
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Təhsil Nazirliyi və İran İslam Respublikasının Elm, Tədqiqat və Texnologiya Nazirliyi,
bu dövlətlərin xalqları arasında tarixi dostluq köklərinə əsaslanaraq,
ənənəvi Azərbaycan-İran əlaqələrini nəzərə alaraq,
bərabərhüquqlu əməkdaşlığa ikitərəfli marağı dərk edərək,
təhsil və elm sahəsində qarşılıqlı əməkdaşlığı inkişaf etdirməyə və dəstəkləməyə çalışaraq,
qarşılıqlı münasibətlərində və təhsil siyasətində ümumbəşəri dəyərlərin üstünlüklərini qeyd edərək;
dövlət təhsil və elm sistemini hər iki dövlətin vətəndaşlarının hərtərəfli inkişafına xidmət edən mühüm bir sistem kimi qəbul edərək,
elmi, təşkilati-metodiki və informasiya sahəsində əməkdaşlığa hazır olduqlarını bildirərək,
aşağıdakılar haqqında razılığa gəldilər:
Maddə 1
Tərəflər hər bir ölkədə mövcud qanunvericiliyə və beynəlxalq hüquq normalarına uyğun olaraq iki dövlətin universitetləri və ali təhsil müəssisələri arasında bərabər hüquq və qarşılıqlı hörmət prinsipləri əsasında təhsil, elm və tədqiqat sahələrində əməkdaşlığı inkişaf etdirəcək və ona yardım edəcəklər.
Maddə 2
Tərəflər öz səylərini əməkdaşlığın aşağıdakı istiqamətlərinə yönəldəcəklər:
ali təhsil daxil olmaqla təhsilin idarəetmə və planlaşdırma kimi mühüm sahələrində təcrübə mübadilələrinin həyata keçirilməsi;
stajkeçmə, ixtisasartırma və doktorantura səviyyəsində ekvivalent mübadilə əsasında mütəxəssislərin hazırlanması;
humanitar, təbiət, texniki, pedaqoji elmlər sahəsində qarşılıqlı maraq kəsb edən sahələr üzrə, xüsusilə bu dövlətlərin xalqlarının tarixi keçmişi ilə əlaqədar birgə elmi tədqiqatların həyata keçirilməsi;
Azərbaycan, fars dili və ədəbiyyatı kafedralarının hər iki ölkənin universitetlərində və ali təhsil müəssisələrində yaradılması və inkişaf etdirilməsi;
Maddə 3
Tərəflər hər iki dövlətin universitetləri və ali təhsil müəssisələri tərəfindən təhsil, ixtisas, elmi dərəcə və adlar barədə verilmiş sənədlərin tanınması ilə bağlı məsələləri nizama salmaq məqsədi ilə lazımi işlərin aparılması üçün Komissiya yaradılmasına köməklik göstərəcəklər.
Maddə 4
Tərəflər bir-birinin universitetləri və ali təhsil müəssisələrində Azərbaycan dili və ədəbiyyatı və fars dili və ədəbiyyatının öyrənilməsi üçün qısamüddətli kursların təşkilinə kömək edəcəklər.
Kurslar yuxarıda qeyd olunanlara uyğun olaraq qarşılıqlı mübadilə əsasında ezam edən Tərəfin vəsaiti ilə təşkil olunacaqdır.
Maddə 5
Tərəflər hər il hər iki ölkənin müəyyən sayda tələbəsini öz ölkəsinin ali təhsil müəssisələri və universitetlərinə mövcud olan tələbə qəbulu qaydaları əsasında qəbul edəcəklər.
Tələbələrin maliyyə təminatı, seçilməsi və qəbulu qaydaları hər il diplomatik kanallar vasitəsi ilə müəyyən olunacaqdır.
Maddə 6
Tərəflərdən hər biri digər Tərəfin vətəndaşlarının öz ali təhsil müəssisələri və universitetlərində mövcud olan qəbul qaydaları əsasında ödənişli təhsilinə köməklik göstərəcəkdir.
Maddə 7
Tərəflər öz ölkələrinin universitet və ali təhsil müəssisələri alimlərinin elm, təhsil və tədqiqat sahələrində beynəlxalq proqram və layihələr çərçivəsində əməkdaşlıqlarının genişlənməsinə və onların müştərək seminarlarda, konfranslarda, mühazirələr oxumasında və digər tədbirlərdə iştirak etmələrinə kömək göstərəcəklər.
Maddə 8
Tərəflər bir-birinin universitet və ali təhsil müəssisələrinin alimlərinin mübadiləsinə, hər iki ölkənin ali məktəbləri arasında əməkdaşlığın genişləndirilməsinə yardım edəcəklər.
Maddə 9
Tərəflər ali təhsil müəssisələri arasında aşağıdakı istiqamətlər üzrə birbaşa əməkdaşlığın inkişaf etdirilib möhkəmləndirilməsinə yardım edəcəklər:
- pedaqoji fəaliyyət sahəsində təcrübə mübadiləsi;
- elmi informasiya mübadiləsi;
- müştərək təhsil proqramlarının hazırlanması;
- idman və bədii özfəaliyyət kollektivlərinin mübadiləsi;
- yaradıcılıq müsabiqələrinin və fənn olimpiadalarının keçirilməsində əlaqələrin genişləndirilməsi;
- qarşılıqlı maraq kəsb edən mövzular üzrə müştərək elmi tədqiqatların yerinə yetirilməsi.
Maddə 10
Tərəflər əlaqələri möhkəmlətmək, təcrübə mübadiləsi aparmaq, gələcək əməkdaşlığı müzakirə etmək, həmçinin bu Memorandumun yerinə yetirilməsi və əməkdaşlığın müxtəlif sahələrində mübadilə formaları və təcrübə keçməyən digər şərtləri göstərilən illik icra proqramlarının hazırlanması, başqa şərtlərin razılaşdırılması və nümayəndə heyətlərinin mübadiləsini həyata keçirmək haqqında razılığa gəlmişlər.
Maddə 11
Tərəflər müvafiq müzakirələrdən sonra bu Memorandumun icrası ilə bağlı diplomatik kanallar vasitəsi ilə bu sənədə əlavələr edə bilərlər.
Maddə 12
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirilməsini təsdiq edən sonuncu bildiriş tarixindən qüvvəyə minir və 5 il müddətində qüvvədədir. Əgər Tərəflərdən biri Memorandumu ləğv və ya dəyişmək niyyətində olduğu barədə digər Tərəfi müvafiq müddətin başa çatmasına ən azı altı ay qalmış yazılı şəkildə xəbərdar etməzsə, onun qüvvəsi avtomatik olaraq növbəti 5 il müddətinə uzadılacaqdır.
Bu Memorandumun qüvvəsi dayandırılarsa, orada icra olunmalı layihə və proqramlara aid bütün müddəalar tam yerinə yetirilənədək qüvvədə qalacaqdır.
Bu Memorandum 2002-ci il mayın 20-də, 30 ordibeheşt 1381-ci ildə Tehran şəhərində Azərbaycan və fars dillərində olmaqla, iki əsl nüsxədə tərtib olunmuşdur. Bütün mətnlər eyni qüvvəyə malikdir.
Azərbaycan Respublikası Təhsil Nazirliyi adından |
İran İslam Respublikası Elm, Tədqiqat və Texnologiya Nazirliyi adından |
(imza) |
(imza) |
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi arasında mədəni əməkdaşlıq haqqında
Memorandum
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi ilə İran İslam Respublikasının Mədəniyyət və İslami İrşad Nazirliyi
mədəni əlaqələri inkişaf etdirmək məqsədi ilə,
habelə 1994-cü ildə mədəniyyət sahəsində əməkdaşlığa dair imzalanmış dövlətlərarası Sazişə əsaslanaraq,
Memorandumu imzaladılar.
Maddə 1
Tərəflər qarşılıqlı hörmət şəraitində və hər iki dövlətin daxili qanun və qərarlarına müvafiq olaraq, bütün mümkün vasitələrlə iki ölkə arasında mədəni əlaqələri daha da inkişaf etdirib genişləndirməyə çalışacaq və elmi, mədəni və təhsil sahələri üzrə qəbul edilmiş Memorandumun icrası üçün səylər göstərəcəklər.
Maddə 2
Tərəflər mədəniyyət və incəsənət əlaqələrini və yaradıcılıq əməkdaşlığını aşağıdakı yollarla inkişaf etdirəcəklər:
iki ölkənin mədəniyyət qurumları, incəsənət mərkəzləri, incəsənət xadimləri və ekspertləri arasında əməkdaşlığın yaradılması ilə,
mədəniyyət və kino günləri və həftələrinin, festival, sərgi və müsabiqələrinin keçirilməsi ilə,
mətbuat, çap və həmçinin mədəniyyət və incəsənət əsərlərinin nəşr olunması haqqında məlumat mübadiləsi ilə,
mədəniyyət və incəsənət işlərinin seminar, toplantı və görüşlərinin təşkil edilməsi ilə.
Maddə 3
Tərəflər əlaqələrin yaradılması və iki ölkədə olan mədəniyyət və incəsənət nailiyyətlərini inkişaf etdirərək, onların mübadiləsinin zəruriliyini vurğulayırlar.
Maddə 4
Tərəflər incəsənət sahəsində fəaliyyətin, folklor musiqi festivallarının, konsert proqramlarının genişləndirilməsində əməkdaşlığa yardımın vacibliyini qeyd etdilər.
Maddə 5
Tərəflər hər iki ölkənin kitabxanaları və muzeyləri arasında bilavasitə əlaqələrin və əməkdaşlığın yaradılmasında, təşkilində və mütəxəssislərin hazırlanmasında qarşılıqlı tədbirlər görəcəklər.
Maddə 6
Tərəflər yaradıcılıq ittifaqları, cəmiyyətləri və fondları, mədəniyyət və incəsənət müəssisələri, təhsil ocaqları, dövlət və qeyri-dövlət təşkilatlarının birbaşa əlaqələrinin yaradılması haqqında razılığa gəldilər.
Maddə 7
Tərəflər mədəniyyət nümayəndə heyətləri, incəsənət qrupları, ədəbiyyat xadimləri, şair və yazıçıların mübadiləsi üzrə lazımi tədbirləri həyata keçirəcəklər.
Maddə 8
Tərəflər hər iki ölkədə mədəniyyət mərkəzlərinin açılmasına və dostluq cəmiyyətlərinin təsis edilməsinə diqqət yetirəcəklər.
Maddə 9
Tərəflər ustad Şəhriyar və iki ölkənin digər ədəbiyyat və mədəniyyət xadimlərinin xatirəsinin anılması məqsədi ilə hər il Azərbaycan Respublikasında və İran İslam Respublikasında poeziya gecələri keçirmək barəsində razılığa gəlmişlər.
Maddə 10
Hər iki Tərəf mədəniyyət və incəsənət sahəsində kadr hazırlığı məqsədi ilə müəllim və tələbə mübadiləsi üçün lazımi tədbirləri həyata keçirəcəklər.
Bu məsələ əlaqədar qurumlar tərəfindən razılaşma və danışıqlar yolu ilə həll ediləcəkdir.
Maddə 11
Tərəflər hər iki ölkədə keçiriləcək sərgilərdə, bayramlarda, beynəlxalq mədəniyyət və incəsənət festivallarında iştirak etmək üçün nümayəndələrin dəvət edilməsi barədə razılığa gəldilər.
Maddə 12
Tərəflər mədəniyyət və incəsənətin müxtəlif sahələrində əldə edilmiş son nailiyyətlər haqqında bilik və təcrübə mübadiləsi aparacaqlar.
Maddə 13
Tərəflər məşhur və görkəmli incəsənət xadimlərinin lentə alınmış musiqi əsərlərinin audio kaset, kompakt disk və video kasetlər vasitəsi ilə mübadiləsi barədə razılığa gəldilər.
Maddə 14
Tərəflər bir-biri ilə mədəniyyət və incəsənət tarixi və muzey işi tarixi üzrə elmi əsərlər, kitablar, kataloqlar, diopozitivlər, mikrofilmlər və elmi materialların mübadiləsi sahəsində əməkdaşlıq edəcəklər.
Maddə 15
Tərəflər iki ölkənin unikal xalçaçılıq muzeylərinin və tətbiqi sənətin tanınması və öyrənilməsi üzrə tədbirlər görülməsi barədə öhdəlik götürürlər.
Maddə 16
Tərəflər qarşılıqlı surətdə xalq sənəti sərgiləri təşkil etməyi öhdələrinə götürürlər.
Maddə 17
Tərəflər hər iki ölkədə mövcud tarixi abidələrin restavrasiyası və yenidən bərpası üçün ekspert və mütəxəssis mübadiləsinə lazımi şərait yaradılması barədə razılığa gəldilər.
Bu Memorandum 17 maddədən ibarət olmaqla, 2002-ci il mayın 20-də, 30 ordibeheşt 1381-ci ildə Tehran şəhərində Azərbaycan və fars dillərində olmaqla, iki nüsxədə imzalanmışdır. Hər iki nüsxə eyni qüvvəyə malikdir.
Mətnlərlə əlaqədar fikir ayrılığı iki Tərəfin nümayəndələrinin iştirakı ilə müzakirə ediləcək və qarşılıqlı razılıq əsasında aradan qaldırılacaqdır.
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili proseduraların yerinə yetirilməsini bildirən sonuncu bildiriş tarixindən qüvvəyə minir və iki il müddətində qüvvədədir.
Azərbaycan Respublikası |
İran İslam Respublikası |
(imza) |
(imza) |
Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı arasında idman sahəsində əməkdaşlıq haqqında
Saziş
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi ilə İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı,
aralarında mövcud olan dostluq əlaqələrinə əsaslanaraq,
iki ölkənin idman əlaqələrini qarşılıqlı anlaşma əsasında gücləndirmək məqsədi ilə,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflər idman sahəsində yüksək vəzifəli şəxslərin səfərlərini qarşılıqlı şəkildə təşviq edəcəklər.
Maddə 2
Tərəflər öz ölkələrində keçirilən yarış və beynəlxalq idman festivallarında qarşılıqlı iştirakı təşviq edəcəklər. Tərəflər öz ölkələrində keçirilən idman-elmi seminarlarda iştirak edəcəklər.
Maddə 3
Tərəflər öz ölkələrində təşkil olunan təlimlərdə və beynəlxalq hakimlik məşğələlərində, həmçinin olimpiya həmrəylik kurslarında hakim və məşqçilərin iştirakı üçün lazımi şəraiti təmin edəcəklər.
Maddə 4
Tərəflər üstünlük verdiyi sahələrdə idman yarışlarının və yoldaşlıq görüşlərinin (həm kişi, həm də qadınlar üçün) təşkil edilməsi üçün idman komandalarını mübadilə edəcəklər.
Ezametmə qaydaları və şərtləri hər iki ölkənin müvafiq idman təşkilatları və federasiyaları tərəfindən müzakirə ediləcəkdir. Eyni zamanda, qadınların idman fəaliyyəti beynəlxalq konvensiyaların müddəalarına uyğun olaraq həyata keçiriləcəkdir.
Maddə 5
Tərəflər bir-birinin xahişi ilə informasiya və təlim, idman və elmi təcrübə mübadiləsi üçün lazımi şərait təmin edəcəklər.
Maddə 6
Tərəflər hər iki ölkənin idman-məşq mərkəzlərinə, idman qurğularının istehsalı ilə məşğul olan müəssisələrə və bədən tərbiyəsinin təşkilatı planları ilə tanış olmaq məqsədilə ekspert nümayəndə heyətlərini ezam edəcəklər.
Maddə 7
Tərəflər idman məhsullarına və digər qurğulara olan tələbatın ödənilməsi üçün lazımi şəraiti təmin edəcəklər. Hər iki Tərəf texniki və idman qurğularının inşası təcrübəsindən istifadə məqsədi ilə lazımi şəraiti təmin edəcəkdir.
Maddə 8
Tərəflər beynəlxalq idman təşkilatlarına aid məsələlərdə fikir mübadiləsi və əlaqələndirmə aparacaqlar.
Maddə 9
Bu Sazişin həyata keçirilməsini Azərbaycan Respublikasının Gənclər, İdman və Turizm Nazirliyi və İran İslam Respublikasının Bədən Tərbiyəsi Təşkilatı təmin edəcəklər.
Maddə 10
Bu Saziş onun qüvvəyə minməsi üçün Tərəflərin dövlətdaxili prosedurlarının yerinə yetirilməsi barədə bir-birinə diplomatik kanallar vasitəsi ilə göndərdikləri sonuncu bildirişin alındığı tarixdən qüvvəyə minir və 5 il müddətində qüvvədədir. Bu müddətin başa çatmasına 3 ay qalmış Tərəflərdən biri onun ləğvinə dair yazılı müraciət etməzsə, bu Saziş avtomatik olaraq növbəti 5 il müddətinə uzadılacaqdır.
Bu Saziş Tehran şəhərində 2002-ci il mayın 20-də, uyğun olaraq 30 ordibeheşt 1381-ci ildə Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə imzalanmışdır. Bütün mətnlər eyni qüvvəyə malikdir. Təfsirində fikir ayrılığı olduqda, ingilis dilində olan mətnə istinad ediləcəkdir.
Azərbaycan Respublikası |
İran İslam Respublikası |
(imza) |
(imza) |
Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi ilə İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu arasında standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əməkdaşlığa dair
Memorandum
Bundan sonra «Tərəflər» adlandırılan Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu (İSİRİ),
iki ölkə arasında tarixən formalaşmış dostluq əlaqələrini nəzərə alaraq,
ticarət-iqtisadi münasibətlərində texniki maneələri aradan qaldırmaq, məhsulların uyğunluğunu, qarşılıqlı mübadiləsini və onların həyat, sağlamlıq, istehlakçıların əmlakı və ətraf mühit üçün təhlükəsizliyini təmin etmək məqsədi ilə,
standartlaşdırma, sertifikatlaşdırma və metorologiya sahəsində əməkdaşlıqlarını bu sahədəki beynəlxalq təşkilatların prinsip və normaları əsasında inkişaf etdirməyi arzu edərək,
aşağıdakılar barədə razılığa gəldilər:
Maddə 1
Tərəflərdən birinin, yaxud onların hər ikisinin razılığı əsasında başqa bir uyğun standartın qəbul edilməsi ilə milli standartların harmonizə edilməsi.
Maddə 2
Tərəflər beynəlxalq metodlara uyğun olaraq, standartların hazırlanması, sertifikatların verilməsi və metrologiya sahəsində, xüsusilə də standartlar və metrologiya metodlarının hazırlanması sahəsində fəaliyyətlərinin əlaqələndirilməsində əməkdaşlığın genişləndirilməsi və möhkəmləndirilməsi üzrə tədbirlər görəcəklər.
Tərəflər iki Dövlət arasında mübadilə olunan məhsulların (qida, toxuculuq, plastik, metallurgiya məhsulları və yuyucu vasitələr) standartlarının harmonizə edilməsi məqsədi ilə normativ sənədlərin və standartların mübadiləsini həyata keçirəcəklər və lazım gəldikdə, hazırlanmış təkliflər paketini digər Dövlətin dövlət nəzarəti orqanlarına təqdim edəcəklər.
Maddə 3
Tərəflər aşağıdakılar barədə razılığa gəldilər:
- Tərəflərin standartlaşdırma, sertifikatlaşdırma metrologiya sahələri üzrə fəaliyyətlərinin beynəlxalq qaydalara uyğun olaraq əlaqələndirilməsi və bu sahələrdə məlumat mübadiləsi;
- digər Tərəfin məhsullara verdiyi sertifikatların tanınması məqsədi ilə ümumi qaydaların qəbul edilməsi;
- Tərəflərin sertifikatlaşdırma, akkreditasiya, ölçmə vasitələrinin dövlət sınaqlarının nəticələri, növlərin təsdiqi sahəsində, sınaq laboratoriyaları və mərkəzlərinin xidməti və təcrübə mübadiləsi sahəsində birgə fəaliyyəti.
Maddə 4
Tərəflər beynəlxalq sertifikatlaşdırma sistemlərində müstəqil iştirak edirlər. Bu Memorandum Tərəflərin beynəlxalq sertifikatlaşdırma sistemi qaydalarından irəli gələn hüquq və öhdəliklərinə təsir etmir.
Maddə 5
Tərəflər qarşılıqlı olaraq standartlaşdırma, metrologiya, uyğunlaşdırma sertifikatının verilməsi, akkreditasiya sahələrində texniki informasiya mübadiləsinin, habelə müvafiq beynəlxalq təşkilatlara dair təcrübə və informasiya mübadiləsinin təşviqində əməkdaşlıq edəcəklər.
Maddə 6
Tərəflər əməkdaşlıqlarının peşəkar səviyyəsinin artırılması sahəsində təlim keçirmək, mütəxəssis mübadiləsi etmək, standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində normativ texniki sənədlərin hazırlanmasının təşkil edilməsi üçün müəssisələr, iş adamları, ictimai təşkilatlar arasında birbaşa əlaqələr yaratmaq istiqamətində əməkdaşlıq edəcək və bu əməkdaşlıq üçün əlverişli şərait yaradacaqlar.
Tərəflər praktiki təcrübə keçmək məqsədi ilə qarşılıqlı olaraq mütəxəssis qruplarının mübadiləsini həyata keçirəcəklər. Bütün yaşayış və yemək xərcləri dəvət edən təşkilat tərəfindən ödəniləcəkdir.
Maddə 7
Tərəflər standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində müxtəlif beynəlxalq təşkilatlarla əməkdaşlıq edəcək və bir-birini bu təşkilatların işi haqqında məlumatlandıracaqlar. Beynəlxalq standartların mətnləri, ehtiyac olduğu təqdirdə, ardıcıl surətdə mübadilə olunacaqdır.
Tərəflər bu Memorandum çərçivəsində alınmış sənədlərin və informasiyanın, habelə əldə olunmuş elmi və texniki nəticələr haqda məlumatların məxfiliyini təmin edəcəklər.
Maddə 8
Əməkdaşlıq dövründə Tərəflərdən birinin aldığı elmi və texniki informasiya onu təqdim edən Tərəfin razılığı olmadan üçüncü tərəfə təqdim edilə bilməz.
Maddə 9
Zəruri hallarda ildə bir dəfə əməkdaşlığın nəticəsi, gələcək əməkdaşlığın yeni formalarının, metodlarının və planlarının əlaqələndirilməsinin müzakirə edilməsi məqsədi ilə nümayəndə heyətlərinin görüşləri təşkil olunacaqdır.
Maddə 10
İşlərin əlaqələndirilməsini və bu Memorandumun müddəalarının yerinə yetirilməsini Azərbaycan Respublikası Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi və İran Standartlar və Sənaye Tədqiqatları İnstitutu (İSİRİ) həyata keçirəcəkdir.
Maddə 11
Bu Memorandum Tərəflər standartlaşdırma, sertifikatlaşdırma və metrologiya sahəsində əvvəllər imzaladıqları sazişlərdən irəli gələn öhdəliklərinə təsir etmir.
Bu Memorandumun həyata keçirilməsi və təfsirinə dair bütün mübahisələr müzakirə yolu ilə həll ediləcəkdir.
Bu Memorandum çərçivəsində görülən bütün işlər Tərəflərin milli qanunvericiliyinə uyğun olaraq həyata keçirilir.
Bu Memorandum onun qüvvəyə minməsi üçün zəruri dövlətdaxili prosedurların yerinə yetirilməsi barədə Tərəflərin bir-birinə göndərdiyi iki bildirişdən sonuncusunun alındığı tarixdən qüvvəyə minəcəkdir.
Əgər Tərəflərdən biri bu müddətin başa çatmasına altı ay qalmış onun qüvvəsini ləğv etmək niyyəti barədə diplomatik kanallarla yazılı şəkildə bildiriş verməzsə, Memorandumun qüvvəsi növbəti beşillik müddətlərə uzadılacaqdır.
Tehran şəhərində 2002-ci il mayın 20-də, müvafiq olaraq 30 ordibeheşt 1381-ci ildə Azərbaycan, fars və ingilis dillərində iki əsl nüsxədə tərtib olunmuşdur, bütün mətnlər eyni qüvvəyə malikdir.
Mətnlərin təfsirində fikir ayrılığı olduqda, ingilis dilindəki mətnə istinad olunacaqdır.
Azərbaycan Respublikası |
İran |
(imza) |
(imza) |
© LegalActs LLC