О внесении изменений в некоторые Указы и Распоряжение Президента Азербайджанской Республики в связи с применением Закона Азербайджанской Республики «О внесении изменений и дополнений в некоторые законодательные акты Азербайджанской Республики»
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 485)
Release date: 24.08.2002«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi ilə əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarına və sərəncamına dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
«Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında» 2001-ci il 15 noyabr tarixə 214-IIQD nömrəli Azərbaycan Respublikası Qanunununun tətbiq edilməsi ilə əlaqədar qərara alıram:
I. «Böyük Vətən müharibəsi əlillərinə və iştirakçılarına, bəynəlmiləlçi döyüşçülərə, həlak olmuş hərbi qulluqçuların ailələrinə əlavə güzəştlər haqqında» Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 1990-cı il 31 may tarixli 3 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1990-cı il, № 11, maddə 103) beşinci abzasının birinci və ikinci cümlələri və altıncı abzasının ikinci və üçüncü cümlələri çıxarılsın.
II. «Azərbaycan SSR-in hərbi komissarlıqları tərəfindən ehtiyatdan çağırılan, Ermənistan SSR-də zəlzələnin nəticələrini aradan qaldırmaq üçün gedən və 1988-ci il dekabrın 11-də təyyarə qəzasında həlak olan hərbi qulluqçuların ailələrinə əlavə güzəştlər haqqında» Azərbaycan Sovet Sosialist Respublikası Prezidentinin 1991-ci il 9 yanvar tarixli 130 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1991-ci il, № 1-2, maddə 1) 1-ci bəndi və 2-ci bəndinin dördüncü abzası çıxarılsın.
III. «Azərbaycan Respublikasını erməni təcavüzündən müdafiə edərkən əlil olmuş şəxslərin sosial müdafiəsinin yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1994-cü il 26 avqust tarixli 193 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1994-cü il, № 16, maddə 228) 5-ci bəndinin ikinci abzası çıxarılsın.
IV. «1941—1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərinin dul arvadlarının, müharibə illərində arxa cəbhədə çalışmış, fədakar əməyinə görə orden və medallarla təltif edilmiş vətəndaşların sosial müdafiəsinin yaxşılaşdırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 2 may tarixli 323 nömrəli Fərmanının (Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı, 1995-ci il, № 9, maddə 188) 7-ci bəndi çıxarılsın.
V. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 11 yanvar tarixli 72 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə»nin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999-cu il, № 1, maddə 25) 3.16-cı bəndində «Azərbaycan Respublikasında əhalinin məşğulluğu haqqında» sözləri «Məşğulluq haqqında» sözləri ilə əvəz edilsin və 3.29-cu bəndi aşağıdakı redaksiyada verilsin:
«3.29. Hər il «Əlilliyin qarşısının alınması, əlillərin reabilitasiyası və sosial müdafiəsi haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş əlillərin sosial müdafiəsi ilə bağlı tədbirlərin məcburi dövlət sosial sığorta haqları və dövlət büdcəsi vəsaiti hesabına maliyyələşdirilməsinin və «Məşğulluq haqqında» Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş iş axtaranların və işsiz vətəndaşların sosial müdafiəsi ilə əlaqədar tədbirlərin məcburi dövlət sosial sığorta haqları hesabına maliyyələşdirilməsinin Dövlət Proqramlarına dair təkliflərini hazırlayır və bu Proqramlar təsdiq edildikdən sonra öz səlahiyyətləri çərçivəsində onları icra edir;».
VI. «Əlil olmuş və digər kateqoriyalardan olan bir qrup aztəminatlı vətəndaşlara dövlət yardımının artırılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 29 dekabr tarixli 597 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 12, maddə 861) 1-ci bəndinin sonuncu abzasında «Əlilləri Sosial Müdafiə Fondunun» sözləri «Dövlət Sosial Müdafiə Fondunun» sözləri ilə əvəz edilsin.
VII. «Məşğulluq haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 9 avqust tarixli 549 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 8, maddə 525) 1-ci bəndinin onuncu və on birinci abzasları, 2-ci bəndinin ikinci abzası və beşinci abzasından «18.6-cı» rəqəmi çıxarılsın.
VIII. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 24 avqust 2002-ci il.
№ 765.
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 avqust 2002-ci il, № 196) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 485) («LegalActs» LLC).
© LegalActs LLC