Об учреждении Нахчыванского отделения Национальной академии наук Азербайджана


«Azərbaycan» qəzetində dərc edilmişdir (8 avqust 2002-ci il, № 179) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 502)

Release date: 07.08.2002

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında

Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsinin təsis edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

Azərbaycan Milli Elmlər Akademiyasının müraciətini nəzərə alaraq, Naxçıvan Muxtar Respublikasında elmi-tədqiqat qurumlarının fəaliyyətinin gücləndirilməsi, mövcud elmi potensialdan istifadə olunmasının səmərəliliyinin artırılması, Naxçıvanın tarixi, arxeologiyası, etnoqrafiyası və təbii sərvətlərinin öyrənilməsi üçün daha əlverişli şəraitin yaradılması məqsədilə qərara alıram:

1. Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi təsis edilsin. Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan bölməsi Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunu, İncəsənət, Dil və Ədəbiyyat İnstitutunu, Təbii Ehtiyatlar İnstitutunu, Bioresurslar İnstitutunu, Əlyazmalar Fondu və Batabat Astrofizika Rəsədxanasını əhatə edir.

2. Müəyyən edilsin ki, Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin sədri Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti statusuna malikdir.

3. Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin maliyyələşdirilməsi hər il Azərbaycan Respublikasının dövlət büdcəsində ayrıca sətirlə göstərilsin.

4. Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti bir ay müddətində Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan bölməsinin səmərəli fəaliyyəti üçün lazım olan binaların və digər maddi-texniki vəsaitin ayrılmasını təmin etsin.

5. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 7 avqust 2002-ci il

№ 1003

«Azərbaycan» qəzetində dərc edilmişdir (8 avqust 2002-ci il, № 179) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 502) («LegalActs» LLC).

© LegalActs LLC