On approval of the State Program on Small and Medium Entrepreneurship Development in the Azerbaijan Republic (2002—2005)
Release date: 17.08.2002
Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramının (2002—2005-ci illər) təsdiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Ölkə iqtisadiyyatında özəl bölmənin inkişafını sürətləndirmək, bu sahəyə investisiyaların cəlb olunmasını həvəsləndirmək, kiçik və orta sahibkarlığa dövlət köməyinin səmərəliliyini artırmaq məqsədi ilə qərara alıram:
1. Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər) təsdiq edilsin (əlavə olunur).
2. Dövlət Proqramının baş icraçısı Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyi müəyyən edilsin.
3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi məqsədilə hər ilin dövlət büdcəsinin layihəsində müvafiq vəsaitin ayrılmasını təmin etsin.
4. Azərbaycan Respublikasının Nazirlər Kabineti Dövlət Proqramının İcrasını təmin edən müvafiq qərarlar qəbul etsin.
5. Bu Fərman dərc olunduğu gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 17 avqust 2002-ci il
№ 753
«Azərbaycan» qəzetində dərc edilmişdir (18 avqust 2002-ci il, № 188) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 2002-ci il, № 8, maddə 473) («LegalActs» LLC).
Azərbaycan Respublikası Prezidentinin
2002-ci il 17 avqust
tarixli
753 nömrəli Fərmanı ilə
təsdiq
edilmişdir
Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər)
«Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığa Dövlət Köməyi Proqramı»nda (1997—2000-ci illər) müəyyən edilmiş vəzifələr əsasən yerinə yetirilmişdir. Ölkəmizdə kiçik və orta sahibkarlığın (bundan sonra – KOS) hüquqi bazası inkişaf etdirilmiş, sahibkarlığın tənzimlənməsi sahəsində əhəmiyyətli irəliləyişlər olmuşdur. KOS-lara təhsil, informasiya və məsləhət xidmətləri göstərən strukturlar genişlənmiş və onların fəaliyyəti güclənmişdir. KOS-lara maliyyə köməyi mexanizmlərinin formalaşması, sahibkarlar üçün vergi yükünün azaldılması, vergi sisteminin stimullaşdırıcı rolunun gücləndirilməsi istiqamətində zəruri addımlar atılmışdır. Sahibkarların hüquqlarının və qanuni mənafelərinin qorunması mexanizmlərinin formalaşması sahəsində məqsədli tədbirlər görülmüşdür. Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin qarşısını almaq və əsassız yoxlamaları aradan qaldırmaq məqsədilə «Nəzarət kitabçası»nın tətbiqinə başlanılmışdır. KOS-ların regional infrastrukturlarının fəaliyyəti genişlənmişdir. Sahibkarların ictimai və peşə birliklərinin formalaşması istiqamətində əhəmiyyətli nəticələr qazanılmışdır. KOS-ların inkişafı sahəsində beynəlxalq, regional və xarici dövlətlərin milli təşkilatları ilə əməkdaşlıq əlaqələri genişlənmişdir.
Dövlət əmlakının özəlləşdirilməsi və KOS-ların inkişafı sahəsində həyata keçirilən dövlət köməyi tədbirləri nəticəsində özəl sektor ölkə iqtisadiyyatında payına görə hakim mövqeyə yiyələnmişdir. 2001-ci ilin yekunlarına görə ümumi daxili məhsulda qeyri-dövlət sektorunun payı 71,0 faiz təşkil etmişdir. Sənaye istehsalının 48,3 faizi, kənd təsərrüfatı istehsalının 99,0 faizi, tikinti işlərinin 76,1 faizi, daxili əmtəə dövriyyəsinin 98,4 faizi, əhaliyə göstərilən pullu xidmətlərin 62,5 faizi, sərnişin daşınmasının 83,9 faizi, xarici ticarət dövriyyəsinin 59,0 faizi, ixracın 52,6 faizi, idxalın 69,0 faizi özəl bölmənin payına düşmüşdür. Dövlət büdcəsinin gəlirlərinin 39,6 faizi qeyri-dövlət sektorundan daxilolmalar hesabına formalaşmışdır. Ölkə üzrə əhalinin ümumi məşğulluğunda qeyri-dövlət bölməsinin payı 70,0 faiz təşkil edir. 2001-ci ilin yekunlarına görə, dövlət qeydiyyatından keçmiş qeyri-dövlət bölməsinə aid olan hüquqi şəxs statuslu təsərrüfat-maliyyə strukturlarının sayı 58,6 mini keçmişdir. Bunun 80,1 faizi kiçik və orta müəssisələrdir. Orta hesabla əhalinin hər 10 min nəfərinə dövlət qeydiyyatından keçmiş 58 kiçik müəssisə düşür. Son 5 ildə KOS-un ümumi daxili məhsulda payı 24,7 faizdən 42,7 faizə çatmışdır.
Bununla yanaşı, ölkəmizdə formalaşmış siyasi və makroiqtisadi sabitliyin yaratdığı imkanlardan KOS-ların inkişafının sürətləndirilməsi məqsədləri üçün tam istifadə olunmamışdır. Sahibkarlıq fəaliyyəti ilə məşğul olanların sayı mövcud imkanlardan azdır. Özəl sektorun ölkə iqtisadiyyatında xüsusi çəkisi yüksəlsə də, bu bölmədə hələlik strateji cəhətdən mühüm olan, struktur formalaşdırıcı potensiala malik müəssisələr zəif inkişaf edir. KOS sektorunun ölkənin ixrac potensialının gücləndirilməsinə və strukturunun təkmilləşdirilməsinə təsiri məhduddur. Sahibkarlığın regional inkişafının hazırki səviyyəsi ölkənin mövcud potensialına uyğun gəlmir. Belə ki, indi KOS müəssisələrinin 70 faizi Bakı şəhəri və onun ətrafında cəmləşmişdir. Daxili istehsalçılar arasında əlaqələr zəif inkişaf edir və KOS-larla iri müəssisələrin kooperasiyası və inteqrasiyası zəruri səviyyəyə çatmamışdır.
KOS-un inkişafının sürətləndirilməsi, bu sektorun səmərəli bazar iqtisadiyyatı sisteminin formalaşmasında və beynəlxalq iqtisadi mühitə uyğunlaşmasında, ölkənin iqtisadi və sosial problemlərinin həllində rolunun gücləndirilməsi Azərbaycan dövlətinin iqtisadi siyasətinin öncül istiqamətlərindən birini təşkil edir. Bu məqsədlə KOS sektorunun inkişafına dövlət köməyi tədbirlərinin çərçivəsi genişləndirilir və onların ünvanlılığı gücləndirilir.
Proqramın məqsədi
Proqramın məqsədi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətinin tənzimlənməsi sisteminin təkmilləşdirilməsi, KOS-un insan resursunun inkişafı, texniki, maliyyə köməyi mexanizmlərinin dərinləşdirilməsi, sahibkarlığın hüquqi təminatının gücləndirilməsi və regionlarda sahibkarlığın inkişafına əlverişli şəraitin yaradılması əsasında KOS-un inkişafını təmin etməkdir.
Proqramın qanunvericilik bazası
Proqram Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki məcəlləsinə, «Sahibkarlıq fəaliyyəti haqqında» və «Kiçik sahibkarlığa dövlət köməyi haqqında» Azərbaycan Respublikasının qanunlarına və digər qanunvericilik aktlarına uyğun hazırlanmışdır.
Proqramın vəzifələri
Proqramın məqsədlərinin həyata keçirilməsi üçün aşağıdakı vəzifələrin həlli nəzərdə tutulur:
- sahibkarlıq fəaliyyətinin dövlət qeydiyyatının, lisenziyalaşdırılmasının və KOS məhsullarının sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi;
- müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında KOS-ların bilgi (informasiya) təminatının yaxşılaşdırılması;
- gənclərin sahibkarlıq fəaliyyətinə hazırlanması sisteminin formalaşması;
- KOS-ların beynəlxalq işgüzar əlaqələrinin yaradılmasına və genişləndirilməsinə kömək göstərilməsi;
- KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalı üçün texniki, maddi və maliyyə köməyi mexanizmlərinin hazırlanması;
- KOS-ların istehsal yönümlü fəaliyyətinə maliyyə-kredit və investisiya köməyi mexanizmlərinin genişləndirilməsi;
- sahibkarlığın regional inkişafının təmin edilməsi;
- daxili istehsalçılar arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması;
- KOS sferasında texnoloji inkişafın dəstəklənməsi;
- sahibkarların hüquqlarının müdafiəsi sisteminin inkişaf etdirilməsi.
Proqramın maliyyə təminatı
Proqramın maliyyələşdirilməsinin əsas mənbələri aşağıdakılardır:
- nəzərdə tutulmuş dövlət büdcə təxsisatları üzrə ayırmalar;
- Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti;
- əhalinin məşğulluğu üzrə dövlət vəsaiti;
- bələdiyyələrin vəsaitləri;
- bəynəlxalq və xarici ölkə təşkilatlarının texniki və maliyyə köməyi;
- məqsədli layihələr;
- xarici investisiyalar;
- əhalidən könüllü daxil olan vəsaitlər.
Gözlənilən nəticələr
Azərbaycan Respublikasında kiçik və orta sahibkarlığın inkişafının Dövlət Proqramı (2002—2005-ci illər) üzrə həyata keçiriləcək əsas tədbirlər
Sıra №-si |
Tədbirlər |
Tədbirin məqsədi |
İcraçılar |
Yerinə yetirilmə müddəti | |
1. Sahibkarlığın dövlət tənzimlənməsinin təkmilləşdirilməsi | |||||
1.1. |
Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısına vaxtaşırı baxılması və lisenziya sisteminin təkmilləşdirilməsi ilə bağlı təkliflərin hazırlanması |
Lisenziyalaşdırmanın istiqamətləndirici rolunun yüksəldilməsi. Lisenziyalaşdırılan fəaliyyət növlərinə nəzarətin səmərəli təşkilinin təmin edilməsi. Xüsusi razılıq verilən (lisenziyalaşdırılan) sahibkarlıq dairəsinin səmərəli sərhədlərinin müəyyən edilməsi. |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi |
2002—2005-ci illər | |
1.2. |
KOS-lara məhsulların standartlaşdırılmasının, setifikatlaşdırılmasının həyata keçirilməsi sahəsində metodiki və təşkilati kömək göstərilməsi |
KOS sferasında istehsal olunan məhsulların və xidmətlərin keyfiyyətinin yüksədilməsi və rəqabət qabiliyyətinin artırılmasına şərait yaradılması |
İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırılma, Metrologiyp və Patent üzrə Dövlət Agentliyi |
2002—2005-ci illər | |
1.3. |
KOS sferasında istehsal olunan məhsulların və xəidmətlərin sertifikatlaşdırılması qaydalarının təkmilləşdirilməsi |
KOS məhsullarının və xidmətlərinin keyfiyyətinə səmərəli nəzarət sisteminin formalaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Standartlaşdırılma, Metrologiyp və Patent üzrə Dövlət Agentliyi |
2003-cü il | |
1.4. |
KOS subyektlərinin müəyyən edilməsi meyarlarının təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
KOS sferasının sərhədlərinin dəqiq müəyyən edilməsi üsulunun tətbiqi |
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi |
2002-ci il | |
1.5. |
Dövlət ehtiyacları üçün məhsul istehsalı və işlərin (xidmətlərin) görülməsi üzrə sifarişlərin yerinə yetirilməsində KOS subyektlərinin iştirakı mexanizmlərinin yaradılması |
Dövlət sifarişlərinin həyata keçirilməsində KOS subyektlərinin iştirakının təmin edilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi |
2002—2003-cü illər | |
2. KOS inkişafının maliyyə və investisiya təminatı | |||||
2.1. |
«Qarşılıqlı sığortalama cəmiyyətləri haqqında» Azərbaycan Respublikasının Qanun layihəsinin hazırlanması |
Qarşılıqlı sığortalamanın təşəkkülü və inkişafı üçün hüquqi bazanın yaradılması. Sahibkarlıq riskindən sığortalama sisteminin inkişafı |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi |
2003-cü il | |
2.2. |
«İnvestisiya fəaliyyəti haqqında» Azərbaycan Respublikası Qanununun yeni layihəsinin hazırlanması |
İnvestisiyalara dövlət təminatının təkmilləşdirilməsi. Regionlarda öncül sahələrə investisiya qoyulmasının stimullaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi |
2002—2003-cü illər | |
2.3. |
Kiçik sahibkarlıq subyektləri üçün sadələşdirilmiş sistem üzrə verginin tətbiqi təcrübəsinin təhlili və onun təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
Kiçik sahibkarlıq subyektləri üçün səmərəli vergi sisteminin formalaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi |
2002-ci il | |
2.4. |
KOS sferasında rüsumların və müxtəlif qeyri-vergi ödənişlərinin tətbiqinin təhlili |
KOS sferasında rüsumların və qeyri-vergi ödənişlərinin səmərəli hədlərinin müəyyənləşdirilməsi üçün təkliflərin hazırlanması |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi |
2003—2005-ci illər | |
2.5. |
Vergi siyasətinin KOS-a dövlət köməyinin digər istiqamətləri ilə əlaqələndirilməsinə dair təkliflərin hazırlanması |
KOS-a dövlət köməyi siyasətinin səmərəliliyinin yüksəldilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi |
2003-cü il | |
2.6. |
Kiçik sahibkarların kredit təminatı sisteminin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərə görə kollektiv təminat mexanizminin yaradılması, kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin təminatlıq səviyyəsinin yüksəldilməsi |
Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu |
2002—2003-cü illər | |
2.7. |
Kiçik sahibkarlıq sferasında ipoteka və girov mexanizmlərinin təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
Kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərə görə kollektiv təminat mexanizminin yaradılması, kiçik sahibkarlıq subyektlərinə verilən kreditlərin təminatlıq səviyyəsinin yüksəldilməsi |
Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Sahibkarlığa Kömək Milli Fondu |
2002—2003-cü illər | |
2.8. |
Sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq istəyən əhalinin müxtəlif sosial qrupları üçün mikrokredit sxemlərinin yaradılması |
Əhalinin sahibkarlıq fəaliyyətinə başlaması üçün ştat kapitalı əldə etməsinə imkanlar yaradılması |
Milli bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2002—2003-cü illər | |
2.9. |
Kredit ittifaqlarına köməklik göstərilməsi |
Kredit ittifaqının müstəqil olaraq öz üzvlərinin maliyyə ehtiyaclarını ödəmək imkanlarının genişləndirilməsi. KOS-un kredit bazasının genişləndirilməsi |
Milli Bank, Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2002—2005-ci illər | |
2.10. |
KOS subyektlərinin dövlət investisiya proqramlarında iştirakı mexanizminin hazırlanması |
KOS-ların dövlət investisiya resurslarının istifadəsində fəal iştirakına şərait yaradılması |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi |
2003-cü il | |
2.11. |
KOS sənaye müəssisələrinin modernizasiyasına investisiya yardımı mexanizminin hazırlanması |
Sənaye sektorunun texniki-texnoloji yeniləşdirilməsinin sürətləndirilməsi |
Maliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2002—2003-cü illər | |
2.12. |
Kommersiya banklarının KOS-un investisiya ehtiyaclarına uyğunlaşdırılması barədə təkliflərin hazırlanması |
Bank kreditlərinə KOS-ların əlyetərliyinin təmin olunması mexanizmlərinin formalaşdırılması |
Milli Bank, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2002-ci il | |
2.13. |
Kənd təsərrüfatı məhsullarının emalı sahəsində mini texnologiyaların tətbiqi üzrə pilot investisiya liyihələrinin hazırlanmasına və həyata keçirilməsinə kömək göstərilməsi |
Aqrar-sənaye komplekslərində KOS-ların perspektivli fəaliyyət sahələrinə istiqamətləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Azərbaycan Texnologiya Universiteti |
2002—2005-ci illər | |
2.14. |
Neft-kimya və kimya sənayesində yeni texnologiyaların tətbiqi üzrə pilot investisiya layihələrinin hazırlanması və həyata keçirilməsinə kömək göstərilməsi |
Neft-kimya kompleksində KOS-ların perspektivli fəaliyyət sahələrinə istiqamətləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Milli Elmlər Akademiyası, Azərbaycan Dövlət Neft Akademiyası |
2002—2005-ci illər | |
2.15. |
KOS-ların investisiya təklifləri üzrə məlumat bankının yaradılması |
KOS sferasında investisiya marağı doğuran layihələrin və investisiya mənbələrinin aşkar edilməsi, seçilməsi və səmərəli əlaqələndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi |
2002—2005-ci illər | |
2.16. |
KOS subyektlərinin innovasiya layihələrinin maliyyələşdirilməsinə kömək göstərilməsi, Vençur kapitalından istifadə mexanizminin yaradılması |
KOS sektorunda elmi-texniki naliyyətlərin, riskli layihələrin və yeni texnologiyanın tətbiqinin maliyyələşdirilməsinə kömək göstərilməsi |
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank |
2003—2005-ci illər | |
2.17. |
Xarici və Beynəlxalq maliyyə-kredit qurumları ilə kiçik sahibkarlığın maliyyələşdirilməsi sahəsində əməkdaşlığın genişləndirilməsi |
KOS sferasında investisiya resurslarının cəlb edilməsi imkanlarının artırılması |
İqtisadi İnkişaf Nazirliyi, Milli Bank, Maliyyə Nazirliyi |
2002—2005-ci illər | |
3. KOS sektorunda struktur dəyişikliklərinə və texnoloji inkişafa kömək | |||||
3.1. |
«Kiçik, orta və iri müəssisələr arasında kooperasiya əlaqələrinin inkişafının stimullaşdırılması haqqında «Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması |
Kiçik, orta və iri müəssisələr arasında kooperasiya əlaqələrinin genişləndirilməsinə kömək göstərilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Sahibkarların İctimai birliklərinin iştirakı ilə |
2003-cü il | |
3.2. |
Kiçik, orta və iri müəssisələrin kooperasiya imkanları haqqında məlumat bankının yaradılması |
Kiçik və orta müəssisələrin kooperasiya bazasının formalaşması |
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Neft Şirkəti |
2002—2005-ci illər | |
3.3. |
Kiçik, orta və iri müəssisələr arasında kooperasiya əlaqələrinin qurulmasına dair metodiki materialların hazırlanması |
Kiçik və orta müəssisələrin iri müəssisələrlə səmərəli kooperasiya əlaqələrinin qurulmasına kömək göstərilməsi |
İqtisadi İnkişaf Nazirliyi |
2002-ci il | |
3.4. |
KOS obyektlərinin məhsullarının satış-sərgi mərkəzinin yaradılması və onun fəaliyyətinə kömək göstərilməsi |
KOS-ların rəqabət qabiliyyətli ixrac məhsullarının istehsalının stimullaşdırılması, KOS sektoruna investorların cəlb olunması |
İqtisadi İnkişaf Nazirliyi, Bakı şəhər icra hakimiyyəti, Sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2002—2005-ci illər | |
3.5. |
KOS subyektlərinin ixrac fəaliyyətinə kömək mexanizmlərinin formalaşması |
Kiçik və orta müəssisələr tərəfindən ixrac yönümlü istehsalın genişləndirilməsinə şərait yaradılması |
İqtisadi İnkişaf Nazirliyi, Sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2002—2003-cü illər | |
3.6. |
KOS-ların xarici texnoloji qurumlarla işbirliyi yaratmalarına kömək göstərilməsi |
KOS sektorunda yeni texnologiyaların geniş tətbiqinə şərait yaradılması |
Xarici İşlər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi |
2002—2005-ci illər | |
4. KOS-a texniki kömək və insan amilinin inkişafı | |||||
4.1. |
KOS-ların informasiya təminatı sisteminin formalaşdırılmasının başa çatdırılması |
Müasir informasiya texnologiyasının geniş tətbiqi əsasında sahibkarların informasiya təminatının yaxşılaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2002—2005-ci illər | |
4.2. |
KOS-ların «İnternet-biznes» xidmətlərindən istifadəsinə kömək göstərilməsi. «KOS-NET» xidmətlərinin təşkili |
KOS-ların internet xidmətlərindən istifadə imkanlarının genişləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi, Rabitə Nazirliyi |
2002—2005-ci illər | |
4.3. |
KOS-lar üçün informasiya məcmuələrinin nəşri |
KOS-un informasiya təminatının yaxşılaşdırılması |
İqtisadi İnkişaf Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2002—2005-ci illər | |
4.4. |
KOS-un tədris mərkəzinin yaradılması |
KOS tədrisinin inkişaf etdirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Təhsil Nazirliyi, Maliyyə Nazirliyi |
2003-cü il | |
4.5. |
KOS təhsili üçün baza elmi-metodik və tədris proqramlarının hazırlanması |
Sahibkarların hazırlığı və yenidən hazırlığı sahəsində tədrisin təkmilləşdirilməsi |
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2003-cü il | |
4.6. |
KOS təhsili üçün tədris-metodiki və məsləhət yönümlü dərslik vəsaitlərinin hazırlanması və nəşri |
Əhalinin sahibkarlıq fəaliyyəti üçün lazımi biliklər əldə etməsinə kömək göstərilməsi |
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2002—2005-ci illər | |
4.7. |
Ümumtəhsil, peşə və ali təhsil sistemində sahibkarlıq fəaliyyəti əsaslarının tədrisinin təşkilinə dair təkliflərin hazırlanması |
Ümumtəhsil və peşə-ixtisas təhsili məktəbləri müdavimlərinin sahibkarlıq fəaliyyətinə hazırlanması |
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2003-cü il | |
4.8. |
Sahibkarlığın inkişafı tələblərinə uyğun olaraq təhsil sisteminin təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Kiçik və orta biznes üçün əsas peşələr üzrə kadr hazırlığının yaxşılaşdırılması |
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2002—2003-cü illər | |
4.9. |
Ordudan tərxis olunan gənclər üçün sahibkarlığın əsaslarına dair treyninq, məsləhət və informasiya xidmətinin təşkili |
Gənclərin sahibkarlıq fəaliyyətinə cəlb olunmasına kömək göstərilməsi |
Gənclər, İdman və Turizm Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi |
2002—2005-ci illər | |
4.10. |
KOS təhsil müəssisələrinin sertifikasiyası meyarlarının və qaydalarının hazırlanması |
KOS-lar üçün təhsilin keyfiyyətinə nəzarətin gücləndirilməsi |
Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2003-cü il | |
4.11. |
Bakı şəhərində «MDB tərəfdaşlıq» işgüzar əməkdaşlıq forumunun keçirilməsi |
KOS-ların xarici tərəfdaşlarla işgüzar əlaqələrinin yaradılmasına və inkişafına kömək göstərilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Xarici İşlər Nazirliyi, Maliyyə Nazirliyi, Bakı şəhər icra hakimiyyəti sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2002-ci il | |
4.12. |
KOS sektorunun monitorinqinin həyata keçirilməsi |
Sahibkarlığın inkişafının mühüm problemlərinin həlli gedişini nəzarətdə saxlamaq |
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi, sahibkarların ictimai birliklərinin iştirakı ilə |
2002—2005-ci illər | |
4.13. |
KOS-un inkişafı barəsində illik analitik hesabatların hazırlanması |
KOS-un inkişafı sahəsində nailiyyətlərin araşdırılması və dövlət siyasətinin həyata keçirilməsinə dair təkliflərin hazırlanması |
İqtisadi İnkişaf Nazirliyi, Dövlət Statistika Komitəsi |
2002—2005-ci illər | |
5. Sahibkarlığın regional inkişafının sürətləndirilməsi | |||||
5.1. |
Azərbaycan Respublikasının investisiya layihələri xəritəsinin tərtibi |
Regionlara investisiyaların cəlb edilməsi |
İqtisadi İnkişaf Nazirliyi |
2002-ci il | |
5.2. |
Regional iqtisadi təşviq mexanizmlərinin normativ-hüquqi bazasının formalaşdırılması və həyata keçirilməsi |
İqtisadi rayonların inkişafına fəal investisiya qoyuluşlarının cəlb edilməsinin və sahibkarlığın inkişafının sürətləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi |
2002—2005-ci illər | |
5.3. |
Dağ və sərhədyanı rayonlarda, habelə Naxçıvan Muxtar respublikasında əmək haqqına güzəştli əmsalların, enerjidaşıyıcılarına güzəştli tariflərin, vergi ödəyicilərinə müddətli tətillərin və yerli istehsalın inkişafına güzəştli kreditlərin tətbiqi barədə konkret təkliflər hazırlanması və həyata keçirilməsi |
Əhalinin məşğulluq səviyyəsinin daha da yüksəldilməsinin təmin edilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Yanacaq və Energetika Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Vergilər Nazirliyi, Milli Bank |
2002—2003-cü illər | |
5.4. |
Bölgələrdə evdə iş görənlərə texniki və təşkilati kömək sisteminin qurulması barədə təkliflərin hazırlanması |
Bölgələrdə əhalinin məşğulluq səviyyəsinin və qazanc əldə etmə mənbələrinin genişləndirilməsinə imkanlar yaratmaq |
İqtisadi İnkişaf Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, bələdiyyələr |
2002—2003-cü illər | |
5.5. |
Yerli icra hakimiyyəti orqanlarının iqtisadi inkişafa, xüsusilə yerli sahibkarlığa kömək mexanizmlərinin formalaşması məqsədilə mövcud normativ-hüquqi sənədlərdə müvafiq dəyişikliklər edilməsinə dair təkliflərin hazırlanması |
Yerli icra hakimiyyəti orqanlarının rayonların sosial-iqtisadi inkişafına təsir mexanizminin gücləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, yerli icra hakimiyyəti orqanları |
2002—2003-cü illər | |
5.6. |
Yerli özünüidarəetmə orqanlarının iqtisadi inkişaf məsələləri sahəsində fəaliyyətlərinin gücləndirilməsi məqsədilə bu sahədə mövcud normativ-hüquqi bazanın təkmilləşdirilməsinə dair təkliflərin hazırlanması |
Regionların iqtisadi inkişafının sürətləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, bələdiyyələr |
2003-cü il | |
5.7. |
Regionlar üzrə sahibkarların və sənətkarların peşə ittifaqlarının formalaşdırılmasına dair normativ-hüquqi sənədlərin layihələrinin hazırlanması |
Regionlar üzrə sahibkarların və sənətkarların peşə ittifaqının formalaşdırılmasının sürətləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, Yerli icra hakimiyyəti orqanları, Sahibkarların ictimai strukturları |
2003-cü il | |
5.8. |
Bölgələrdə sənətkarlığın bərpası və inkişafı proqramlarının layihələrinin hazırlanması və həyata keçirilməsi |
Bölgələrdə sənətkarlığın surətli inkişafının təmin olunması |
İqtisadi İnkişaf Nazirliyi, Sahibkarların regional ictimai birlikləri |
2002—2005-ci illər | |
5.9. |
Sosial-iqtisadi infrastruktur xidmətləri obyektlərinin reabilitasiyası, inkişafı və bazar iqtisadiyyatı tələblərinə uyğun olaraq fəaliyyətlərinin genişləndirilməsi |
Bölgələrdə sosial-iqtisadi infrastruktur obyektlərinin inkişafının sürətləndirilməsi |
Yanacaq və Energetika Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Rabitə Nazirliyi, Səhiyyə Nazirliyi, Təhsil Nazirliyi, Mədəniyyət Nazirliyi, Gənclər, İdman və Turizm Nazirliyi, Meliorasiya və Su Təsərrüfatı Komitəsi, «Azərenerji» SC, «Azəriqaz» SC, «Azəravtoyol» DK |
2002—2005-ci illər | |
5.10. |
Kiçik sahibkarlıq üzrə regional sahə proqramlarının hazırlanmasına və həyata keçirilməsinə kömək göstərilməsi |
Yerli resurslardan səmərəli istifadə əsasında bölgələrdə sahibkarlığın inkişafının sürətləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr |
2002—2005-ci illər | |
5.11. |
Bakı şəhərində texnoloji biznes inkubatorun yaradılması |
İnnovasiya yönümlü sahibkarlığın inkişafına əlverişli şərait yaradılması |
Standartlaşma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi, Milli Elmlər Akademiyası, Təhsil Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi |
2003—2005-ci illər | |
5.12. |
Sahibkarlığın yerli bazar infrastrukturlarının (məsləhət, tədris, informasiya, reklam və s.) formalaşdırılması |
Yerli sahibkarlığın bazar infrastrukturunun formalaşdırılmasının başa çatdırılması |
İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, sahibkarların ictimai birlikləri ilə |
2002—2005-ci illər | |
5.13. |
Maliyyə-kredit qurumlarının bölgələrdə strukturlarının yaradılmasına kömək göstərilməsi |
Bölgələrdə kiçik sahibkarların investisiya mənbələrindən istifadəsinin əlyetərliyinin təmin edilməsi |
Milli Bank, Birləşmiş Universal Səhmdar Bankı, Beynəlxalq Bank |
2002—2005-ci illər | |
5.14. |
Bölgələrdə aqroservis (texnika təmiri, kimyəvi preparatlar, baytar və aqronom xidmətləri və s.) müəssisələri şəbəkəsinin genişləndirilməsi |
Fermer təsərrüfatlarının inkişaf etdirilməsi |
Kənd Təsərrüfatı Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi |
2002—2004-cü illər | |
5.15. |
Qaçqın və məcburi köçkünlərin məskunlaşdırdıqları ərazilərdə yerli şəraitə müvafiq sahibkarlıq fəaliyyəti sahələrinin yaradılmasının genişləndirilməsi |
Qaçqın və məcburi köçkünlərin məşğulluq səviyyəsinin artırılması |
Qaçqınların və məcburi köçkünlərin işləri üzrə Dövlət Komitəsi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi |
2002—2004-cü illər | |
6. Sahibkarların hüquqlarının müdafiəsinin gücləndirilməsi | |||||
6.1. |
Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi barədə təkliflərin hazırlanması |
Təsərrüfat subyektlərinin dövlət qeydiyyatının qanunvericilikdə müəyyən edilmiş vaxt müddətində həyata keçirilməsi üçün qeydiyyat orqanlarının məsuliyyətinin yüksəldilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi |
2002-ci il | |
6.2. |
Müqavilə hüquqi normalarlarının möhkəmləndirilməsi, müqavilə üzrə mübahisələrin məhkəmə vasitəsilə həlli qaydalarının təkmilləşdirilməsi barədə təkliflərin hazırlanması |
Sahibkarların kommersiya əlaqələrində mütəşəkkilliyinin yüksəldilməsində müqavilələrin rolunun artırılması |
Ədliyyə Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyi, Milli Bank, İqtisad Məhkəməsi |
2003-cü il | |
6.3. |
«Sahibkarlıq sferasında nəzarət və yoxlamaların həyata keçirilməsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar layihəsinin hazırlanması |
Yoxlama keçirən orqanların siyahısının, hər bir orqanın yoxlamaq səlahiyyətində olduğu məsələlərin adlarının, yoxlamanın sərhədinin, dövriliyinin və yoxlama üçün əsas ola bilən halların qanunvericiliklə təsbiti |
Ədliyyə Nazirliyi, Maliyyə Nazirliyi, Vergilər Nazirliyi, İqtisadi İnkişaf Nazirliyi, Respublika Prokurorluğu, Daxili İşlər Nazirliyi, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi |
2002-ci il | |
6.4. |
«Nəzarət kitabçaları»nın tətbiqi mexanizmlərinin təkmilləşdirilməsi |
Sahibkarlıq fəaliyyətinə qanunsuz müdaxilələrin aradan qaldırılması |
İqtisadi İnkişaf Nazirliyi |
2002—2003-cü illər | |
6.5. |
«Sahibkarlıq hüququnun əsasları» seriyasında kitabların hazırlanması və nəşri |
KOS-ların hüquqi ədəbiyyatla təminatının genişləndirilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi |
2002—2005-ci illər | |
6.6. |
KOS sistemində sahibkarlara hüquqi xidmətin genişləndirilməsi |
KOS-lara güzəştli şərtlərlə hüquqi məsləhətlər göstərilməsi miqyasının artırılması |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi |
2002—2005-ci illər | |
6.7. |
Sahibkarların ictimai birliklərinin öz üzvlərinin hüquq və mənafelərinin müdafiəsinə texniki və təşkilati kömək göstərilməsi |
Sahibkarların hüquqlarının və qanuni mənafelərinin müdafiəsində KOS-ların ictimai strukturlarının rolunun yüksəldilməsi |
İqtisadi İnkişaf Nazirliyi, Ədliyyə Nazirliyi, sahibkarların ictimai birlikləri |
2002—2005-ci illər |
© LegalActs LLC