Об утверждении постановления «О заявлении Глав государств - участников Содружества Независимых Государств относительно ситуации вокруг Афганистана»
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyul 2002-ci il, № 169) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 389)
Release date: 04.06.2002
«Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının Əfqanıstan ətrafındakı vəziyyətə dair Bəyanatı haqqında» Qərarın təsdiq edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının 2001-ci il noyabrın 30-da Moskva şəhərində keçirilmiş iclasında Azərbaycan Respublikası adından imzalanmış «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının Əfqanıstan ətrafındakı vəziyyətə dair Bəyanatı haqqında» Qərar təsdiq edilsin.
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 4 iyun 2002-ci il.
№ 338-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (27 iyul 2002-ci il, № 169) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 iyul 2002-ci il, № 7, maddə 389) («LegalActs» LLC).
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı
olan dövlətlərin başçılarının Əfqanıstan ətrafındakı vəziyyətə
dair
Bəyanatı
Biz, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçıları, beynəlxalq koalisiyanın Əfqanıstandakı antiterror əməliyyatın gedişini müsbət qiymətləndiririk. Qeyd edirik ki, bu əməliyyatının Birləşmiş cəbhənin qüvvələrinin uğurlu hərbi əməliyyatları ilə əlaqələndirilməsi taliblər də daxil olmaqla Əfqanıstan ərazisindəki qlobal terrorizmin və ekstremizmin infrastrukturuna ciddi zərbə vurmağa imkan yaratmışdır və ümumregional təhlükəsizliyin və beynəlxalq sabitliyin möhkəmlənməsinə kömək edir.
Biz, qətiyyətlə ona tərəfdar çıxırıq ki, dünya birliyinin qlobal terrorizmə qarşı mübarizəsi beynəlxalq hüquqa, ilk növbədə isə BMT Nizamnaməsinə uyğun olaraq kompleks şəkildə və uzunmüddətli əsasda aparılsın. Əfqanıstandakı qeyri-sabitlik mənbəyinin kökünün kəsilməsi üçün terror, ekstremizm və narkotika təhlükələrinin qaynaqlarına təsiri güc, siyasət, hüquq və iqtisadiyyat tədbirlərinin çevik şəkildə əlaqələndirilməsi zəruridir. Qeyd edirik ki, konkret milli və dini siması olmayan terrorizmlə qarşıdurma islama və ya ayrı-ayrı ölkələrə qarşı mübarizə deyildir.
Biz, BMT TŞ-nin 1378 saylı Qətnaməsinə uyğun olaraq, BMT-nin himayəsi altında Əfqanıstanda hakimiyyət strukturlarında təmsil olunma hüququnu itirmiş «Taliban» rejiminin dəyişdirilməsinə və ölkədə polietnik və geniş təmsilli hökumət yaradılmasına doğru aparan siyasi tənzimləmə prosesini dəstəklədiyimizi bəyan edirik. Biz Əfqanıstanın gələcəyini müəyyən etməyin, öz qonşuları ilə və bütövlükdə beynəlxalq ictimaiyyətlə sülh şəraitində və həmahəng yaşayan yeniləşdirilmiş dövlət qurmalı olan əfqanların müstəsna və ayrılmaz hüququ olduğunu qeyd edir, əfqan xalqına humanitar yardımı artırmağa və Əfqanıstanın milli iqtisadiyyatının hərbi əməliyyatlardan sonrakı bərpası üçün geniş beynəlxalq proqramlar hazırlamağa çağırırıq.
Biz, təsdiq edirik ki, MDB-nin iştirakçısı olan dövlətlərin ərazisində təhlükəsizliyin təmin edilməsi üçün bütün zəruri addımları atmaq, BMT-nin və onun Təhlükəsizlik Şurasının aparıcı rol oynaması şərti ilə maraq göstərən bütün ölkələrlə və beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq şəraitində terrorizmə qarşı əks tədbirlərin qlobal sisteminin yaradılmasında fəal iştirak etmək dövlətlərimizin qəti niyyətidir.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin
başçılarının Əfqanıstan ətrafındakı vəziyyətə dair Bəyanatı
haqqında
Qərar
Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurası qərara aldı:
1. Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin başçılarının Əfqanıstan ətrafındakı vəziyyətə dair Bəyanatının mətni qəbul edilsin.
2. Bu Bəyanatın mətni Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin mətbuatında dərc edilsin.
3. MDB-nin İcraiyyə Komitəsinə tapşırılsın ki, Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin xarici işlər nazirlikləri ilə birlikdə Bəyanatın mətninin BMT–də, ATƏT-də və digər beynəlxalq təşkilatlarda yayılması üçün müvafiq tədbirlər görsünlər.
2001-ci il 30 noyabr Moskva şəhərində bir əsl nüsxədə rus dilində tərtib edilmişdir. Əsl nüsxə Müstəqil Dövlətlər Birliyinin İcraiyyə Komitəsində saxlanılır və o, Qərarı imzalamış hər bir dövlətə onun təsdiq edilmiş surətini göndərəcəkdir.
Azərbaycan Respublikası
adından |
Moldova Respublikası
adından |
Ermənistan Respublikası
adından |
Rusiya Federasiyası
adından |
Belarus Respublikası
adından |
Tacikistan Respublikası
adından |
Gürcüstan adından |
Türkmənistan adından |
Qazaxıstan Respublikası
adından |
Özbəkistan Respublikası
adından |
Qırğızıstan Respublikası
adından |
Ukrayna
adından |
© LegalActs LLC