О предоставлении Нахчыванскому государственному университету статуса самоуправления
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 iyun 2002-ci il, № 133) «Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 357)
Release date: 12.06.2002Naxçıvan Dövlət Universitetinə özünüidarə statusunun verilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Naxçıvan Dövlət Universitetində təhsilin ən yüksək standartlar səviyyəsinə qaldırılması, dünyanın qabaqcıl təhsil və elm ocaqları ilə inteqrasiyanın dərinləşdirilməsi, mütəxəssis hazırlığı işinin Naxçıvan Muxtar Respublikasının ehtiyaclarına müvafiq olaraq daha çevik aparılması və idarəetmənin operativ həyata keçirilməsi məqsədilə qərara alıram:
1. Naxçıvan Dövlət Universitetinə özünüidarə statusu verilsin.
2. Naxçıvan Dövlət Universitetinin maliyyələşdirilməsi Azərbaycan Respublikasının dövlət büdcəsinin layihəsi hazırlanarkən ayrıca sətirlə verilsin.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 12 iyun 2002-ci il
№ 950
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 iyun 2002-ci il, № 133) («LegalActs» LLC).
«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 357) («LegalActs» LLC).
© LegalActs LLC