О внесении дополнений и изменений в Уголовный кодекс Азербайджанской Республики и Кодекс Азербайджанской Республики об административных проступках в связи с применением Закона Азербайджанской Республики «Об использовании и защите эмблем Красного креста и Красного полумесяца»


Release date: 16.04.2002

«Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında

«Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən istifadə və onların müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2000-ci il, № 4, maddə 251; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 24; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 455; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2002-ci il, № 1, maddə 9) aşağıdakı əlavə və dəyişikliklər edilsin:

1. 116.0.3-cü maddədə «Qızıl Xaç və ya Qızıl Aypara» sözləri «Qırmızı Xaç və Qırmızı Aypara» sözləri ilə əvəz edilsin, «nəqliyyat vasitələrinə» sözlərindən sonra «tibbi əmlaka» sözləri əlavə edilsin.

2. 119.1-ci maddənin dispozisiyası aşağıdakı redaksiyada verilsin:

«Hərbi münaqişə dövründə müdafiə nişanı və ya fərqləndirici nişan qismində Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, fərqləndirici siqnallardan, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qırmızı Xaç və Qırmızı Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar siqnallardan istifadə etmək hüququ olmayan şəxslər tərəfindən istifadə etmə».

II. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000-ci il, № 8, maddə 584; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 1, maddə 24; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 7, maddə 455; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001-ci il, № 11, maddələr 680, 698; Azərbaycan Respublikasının Qanunvericilik Toplusu 2002-ci li, № 1, maddə 9) aşağıdakı dəyişiklik edilsin:

342-ci maddənin adı və dispozisiyası aşağıdakı redaksiyada verilsin:

«Maddə 342. Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən, onların adlarından və fərqləndirici siqnallarından qanunsuz istifadə edilməsi

Hüquqi şəxslərin adlarında, əmtəə nişanlarında Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından istifadə edilməsi, dinc dövrdə Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən müdafiə nişanı və ya fərqləndirici nişan qismində, fərqləndirici siqnallardan, Beynəlxalq Qırmızı Xaç və Qırmızı Aypara hərəkatının prinsipləri ilə bir araya sığmayan məqsədlər üçün Qırmızı Xaç və Qırmızı Aypara emblemlərindən və onların adlarından, müdafiə nişanı qismində istifadə edilən Qırmızı Xaç və Qırmızı Aypara emblemləri kimi qəbul edilə biləcək hər hansı oxşar nişanlardan istifadə edilməsi».

III. Bu Qanun dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 16 aprel 2002-ci il

№ 302-IIQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (23 iyun 2002-ci il, № 141) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 iyun 2002-ci il, № 6, maddə 326) («LegalActs» LLC).

© LegalActs LLC