О документах, подписанных 29-30 ноября 2001 года в городе Москве на заседаниях Совета Глав Государств и Совета Глав Правительств Содружества Независимых Государств
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 308)
Release date: 29.05.20022001-ci il noyabrın 29-30-da Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının və Hökumət Başçıları Şurasının iclaslarında imzalanmış sənədlər barəsində
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
1. 2001-ci il noyabrın 30-da Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasında Azərbaycan Respublikası tərəfindən imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) «Belarus Respublikası Prezidenti seçkilərinin keçirilməsi zamanı MDB-dən olan müşahidəçilərin işinin yekunları haqqında Qərar»;
2) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərdə 2003-cü ilin Sankt-Peterburq İli elan edilməsi haqqında Qərar».
2. 2001-ci il noyabrın 29-da Moskva şəhərində Müstəqil Dövlətlər Birliyinin Hökumət Başçıları Şurasının iclasında imzalanmış aşağıdakı sənədlər təsdiq edilsin:
1) «MDB-nin iştirakçısı olan dövlətlərin qarşılıqlı ticarətində olan məhdudiyyətlərin götürülməsi üzrə işin əsas istiqamətləri haqqında, Məcmu məlumat barədə Qərar»;
2) «Malların və xidmətlərin Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin bazarlarına hərəkət etməsi üçün məlumat-marketinq mərkəzləri şəbəkəsinin yaradılmasının 2005-ci ilədək dövr üçün dövlətlərarası Proqramı haqqında Qərar» və ona dair Azərbaycan Respublikasının xüsusi rəyi;
3) «Təbii və texnogen xarakterli fövqəladə vəziyyətin nəticələri aradan qaldırılarkən MDB-nin iştirakçısı olan dövlətlərin qarşılıqlı fəaliyyət Qaydası haqqında Qərar»;
4) «MDB-nin iştirakçısı olan dövlətlərdə dabaq üzrə epizootiya vəziyyəti və onun profilaktikası və ləğv edilməsi tədbirləri haqqında Qərar»;
5) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin mədəniyyət sahəsində 2005-ci ilədək əməkdaşlığının əsas tədbirlər Proqramı haqqında Qərar»;
6) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaiti hesabına maliyyələşdirilən MDB orqanlarının 2002-ci il üçün vahid büdcəsi haqqında Qərar» və ona dair Azərbaycan Respublikasının xüsusi rəyi;
7) «Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin büdcə vəsaitləri hesabına maliyyələşdirilən MDB orqanlarının büdcə təsnifatı haqqında Qərar».
3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamın 1-ci və 2-ci bəndlərində göstərilən sənədlərin həyata keçirilməsi ilə əlaqədar lazımi tədbirlər görsün.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 29 may 2002-ci il
№ 931.
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 308) («LegalActs» LLC).
© LegalActs LLC