О применении Закона Азербайджанской Республики «О внесении изменений и дополнений в Закон Азербайджанской Республики «Об охране окружающей среды» в связи с применением Закона Азербайджанской Республики «Об особо охраняемых природных территориях и объектах»
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 309)
Release date: 30.05.2002«Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq edilməsini təmin etmək məqsədilə qərara alıram:
1. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bir ay müddətində:
- qüvvədə olan qanunvericilik aktlarının «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
- Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
- öz səlahiyyətləri daxilində «Xüsusi mühafizə olunan təbiət əraziləri və obyektləri haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar «Ətraf mühitin mühafizəsi haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının Qanunundan irəli gələn digər məsələləri həll etsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 30 may 2002-ci il
№ 932.
«Azərbaycan» qəzetində dərc edilmişdir (2 iyun 2002-ci il, № 124) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 309) («LegalActs» LLC).
© LegalActs LLC