Об учреждении юбилейной медали Азербайджанской Республики об учреждении юбилейной медали Азербайджанской Республики «10-летие (1991-2001) Вооруженных сил Азербайджанской Республики»


Release date: 17.05.2002

Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalının təsis edilməsi haqqında

Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalının təsis edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalı təsis edilsin.

II. Azərbaycan Respublikasının «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalının Əsasnaməsi və təsviri təsdiq edilsin (əlavə olunur).

III. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 17 may 2002-ci il

№ 331-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (1 iyun 2002-ci il, № 123) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 257) («LegalActs» LLC).


«Azərbaycan Respublikasının
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
10 illiyi (1991—2001)» yubiley medalının
təsis edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
331-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalı haqqında
Əsasnamə

1. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı ilə 2002-ci il iyun ayının 26-na qədər Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçən və döyüş hazırlığında uğurlar qazanmış zabit, gizir və miçmanlar, habelə Silahlı Qüvvələrdən ehtiyata yaxud istefaya buraxılmış Azərbaycan Respublikası Silahlı Qüvvələrinin qurulmasında və onun möhkəmlənməsində fəal iştirak edən zabitlər təltif edilirlər.

2. «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Azərbaycan Respublikası Silahlı Qüvvələri Veteranı» medalından sonra taxılır.


«Azərbaycan Respublikasının
«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin
10 illiyi (1991—2001)» yubiley medalının
təsis edilməsi haqqında»
Azərbaycan Respublikasının
2002-ci il 17 may tarixli,
331-IIQ nömrəli Qanunu ilə
təsdiq edilmişdir

«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalının təsviri

«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» yubiley medalı milli ornamentli ensiz lövhə ilə birgə bürüncdən tökülmüş, aşağı tərəfi palıd yarpaqlarından çələng ilə haşiyələnmiş üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda Silahlı Qüvvələrin emblemi yerləşdirilmiş fiqurlu qalxandan ibarətdir.

Medalın qabarit ölçüləri 34 mm x 36 mm-dir.

Qalxanın içində, Silahlı Qüvvələrin emblemindən yuxarıda qızılı rəngdə «Azərbaycan», aşağısında isə «Silahlı Qüvvələri» sözləri yazılmışdır.

Qalxanın aşağı hissəsində ortada və çələngin üstündə ağ rəngdə «10» rəqəmi yerləşdirilmişdir. «10» rəqəmindən solda qızılı rəngdə iki tank, sağda isə iki döyüş gəmisi, qalxanın xaricində mavi fonda, çələnglərdən yuxarıda, solda üç qırıcı təyyarə, sağda isə üç zenit raketi təsvir edilmişdir.

Arxa tərəfi hamar səthlidir, ortasında «Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001)» sözləri yazılmış və milli ornamentin üzərində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir.

Medal paltarın yaxasına bərkidilmək üçün elementi olan, 27 mm x 43 mm ölçüdə düzbucaqlı xara lentə halqa və ilgək vasitəsilə birləşdirilir. Xara lentdə kənarlarından mərkəzdə doğru ardıcıl olaraq 3 mm enində göy, 4 mm enində qırmızı, 1 mm enində ağ və mərkəzdə 10 mm enində yaşıl rəngli şaquli zolaqlar təsvir edilmişdir.

Medala paltara bərkidilmək üçün elementi olan, eyni xara lentdən üz çəkilmiş 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.


«Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991—2001)» yubiley medalı


© LegalActs LLC