Об утверждении поправок в Конституцию Международной миграционной организации


«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 218)

Release date: 02.04.2002

Beynəlxalq Miqrasiya Təşkilatının Konstitusiyasına düzəlişlərin təsdiq edilməsi haqqında

Beynəlxalq Miqrasiya Təşkilatının Konstitusiyasına düzəlişlərin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

I. 1998-ci il noyabrın 24-də Beynəlxalq Miqrasiya Təşkilatı Şurasının 421-ci iclasında qəbul olunmuş Beynəlxalq Miqrasiya Təşkilatının Konstitusiyasına düzəlişlər təsdiq edilsin.

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 2 aprel 2002-ci il.

№ 284-IIQ.

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 may 2002-ci il, № 107) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 218) («LegalActs» LLC).


Beynəlxalq miqrasiya təşkilatı

Şura

Əlli altıncı sessiya

997 (LXXVI) saylı Qətnamə

(Şuranın 24 noyabr 1998-ci il tarixli 421-ci iclasında qəbul edilmişdir)

Konstitusiyaya düzəlişlər

Şura,

Təşkilatın Konstitusiyasının 1953-cü il oktyabrın 19-da qəbul olunduğunu, 1954-cü il noyabrın 30-da qüvvəyə mindiyini və Konstitusiyaya dəyişikliklərin Şura tərəfindən 1987-ci il mayın 20-də qəbul olunduğunu, 1989-cu il noyabrın 14-də qüvvəyə mindiyini xatırladaraq,

Təşkilatın strukturunun gücləndirilməsi və qərar qəbuletmə prosesinin təkmilləşdirilməsi məqsədi ilə Konstitusiyanın təhlil edilməsi ehtiyacını başa düşərək,

Təşkilatın Konstitusiyasına mümkün düzəlişlərin yoxlanılması məqsədi ilə Şura Sədrinin və ya İşçi qrupu tərəfindən təyin olunmuş nümayəndənin sədrliyi altında maraqlı üzv dövlətlərin nümayəndələrindən ibarət açıq tərkibli İşçi qrupunun yaradılması məsələsinin həll olunduğu 1997-ci il 27 noyabr tarixli 973 (LXXIV) saylı Qətnaməsini bir daha xatırladaraq,

İşçi qrupunun tövsiyyəsi üzrə Baş direktor tərəfindən təqdim olunmuş mümkün düzəlişlər üzrə İşçi qrupunun Hesabatında (M C/1944) öz əksini tapmış təklif olunan dəyişiklikləri əldə edərək və yoxlayaraq,

Şura tərəfindən baxılmaqdan ən azı 3 ay qabaqcadan üzv-dövlətlərin hökumətlərinə Baş direktor tərəfindən Konstitusiyaya təklif olunan düzəlişlərin mətninin təqdim edilməli olmasını tələb edən Konstitusiyanın 30-cu maddəsinin I abzasındakı müddəanı qeyd edərək, razılaşmışdır ki,

təklif olunan dəyişikliklərin üzvlər üçün yeni öhdəliklər müəyyən etmədiyini nəzərə alaraq,

Konstitusiyanın 30-cu maddəsinin II abzasına uyğun olaraq fəaliyyət göstərərək,

ingilis, fransız və ispan dillərindəki mətnləri eyni hüquqi qüvvəyə malik olan və bu Qətnaməyə Əlavədə* göstərilmiş Konstitusiyaya düzəlişləri qəbul edir.

Üzv dövlətləri mümkün qədər tez bir zamanda onların müvafiq dövlətdaxili proseduralarına uyğun surətdə bu düzəlişləri qəbul etməyə və müvafiq şəkildə Baş direktoru məlumatlandırmağa dəvət edir.

* Praktiki məqsədlər üçün Əlavədə qeyd olunan düzəlişlər qara şriftlə verilmişdir.


Əlavə

Konstitusiyaya təklif olunan düzəlişlərin
Siyahısı

Maddə 2

Təşkilatın üzvləri olacaqlar:

(a) …

(b) bu Konstitusiyanın, dövlətdaxili prosedurlara uyğun olaraq dövlət tərəfindən qəbul edilməsi və Şurada üçdə iki səs çoxluğu qazanması əsasında dərəcəsi Şura və maraqlı dövlət tərəfindən razılaşdırılmalı olan, təşkilatın ən azı inzibati tələbləri üçün maliyyə payını təqdim etməyi öz öhdəsinə götürən, şəxslərin azad hərəkəti prinsipində məxsusi maraqları olan digər dövlətlər.

Maddə 4

1. Təşkilata maliyyə payını ödəmək borcunda olan üzv dövlət, bu borcun həcmi əvvəlki iki il üçün vergi haqqının həcminə bərabər və ya ondan çox olarsa, səsvermə hüququna malik olmayacaqdır. Bununla belə, səsvermə hüquqlarını itirməsinə səbəb olan dərəcədə maraqlı dövlətin borcda olması barədə Şuranın məlumatlandırılmasından bir il sonra səsvermə hüquqlarının itirilməsi qüvvəyə minəcəkdir və o şərtlə ki, həmin vaxt üçün üzv-dövlət hələ də qeyd olunan dərəcədə borcda olsun. Buna baxmayaraq, əgər üzv dövlətin nəzarətindən kənar səbəblərə görə ödəmək imkanının olmadığı əmin edilərsə, Şura, sadə səs çoxluğu ilə, belə üzv dövlətin səsvermə hüququnu qoruyacaq və ya bərpa edəcəkdir.

2. …

Maddə 18

1. Baş direktor və Baş direktorun müavini Şuranın üçdə iki səs çoxluğu ilə seçiləcəkdir və daha bir əlavə müddətə seçilə bilər. Onların fəaliyyət müddəti normal olaraq 5 il olacaqdır, lakin xüsusi hallarda, əgər Şuranın üçdə ikisi belə qərara gələrsə, daha az da ola bilər. Onlar Təşkilatın adından Şuranın Sədri tərəfindən imzalanacaq və Şura tərəfindən təsdiq ediləcək kontraktlar üzrə fəaliyyət göstərəcəklər.

2. …

Maddə 30

1. …

2. Təşkilatın Konstitusiyasına əsas dəyişiklikləri və ya üzv dövlətlər üçün yeni öhdəlikləri müəyyən edən düzəlişlər Şura üzvlərinin üçdə ikisi tərəfindən qəbul olunduqdan və üzv dövlətlərin dövlətdaxili prosedurlarına uyğun olaraq təsdiq edildikdən sonra qüvvəyə minəcəkdir. Konstitusiyaya əsaslı dəyişikliyi müəyyən edən düzəliş üzrə Şura üçdə iki səs çoxluğu ilə qərar çıxaracaqdır. Digər düzəlişlər Şuranın üçdə iki səs çoxluğu ilə qəbul olunduqdan sonra qüvvəyə minəcəkdir.

İcra Komitəsinə dair maddələr.

Maddə 5: (b) hərf başlığı çıxarılsın; (s) hərf başlığı ilə əvəz etmək.
Maddə 6: aşağıdakı kimi oxunmalıdır: «Bu Konstitusiyanın digər müddəalarında xatırladılanlara əlavə olaraq, Şuranın funksiyaları olacaqdır:

(a) Təşkilatın siyasətinin, proqram və fəaliyyətinin müəyyənləşdirilməsi, yoxlanılması və təhlil edilməsi;

(b) hesabatların təhlil edilməsi və hər hansı əlavə orqanın fəaliyyətinin bəyənilməsi və istiqamətləndirilməsi»;

(c) (e)-yə: dəyişiklik edilməsin.

Maddə 9: II abzasın (b) hərf başlığı çıxarılsın; (c) hərf başlığı ilə əvəz edilsin.
Maddə 10: aşağıdakı kimi oxunmalıdır: «Şura funksiyalarının lazımınca yerinə yetirilməsi üçün tələb oluna bilən əlavə orqanları yarada bilər».

V Fəsil

(12-ci maddə 16-cı maddəyə daxil edilir):

çıxarılsın.

Müvafiq fəsil və maddələrin saylarının dəyişdirilməsi.

Maddə 18: II abzasda İcra Komitəsinə istinadlar çıxarılsın.
Maddə 21: İcra Komitəsinə istinadlar çıxarılsın. «Hər hansı hazırlıq komitələri» əvəzinə «hər hansı əlavə orqanlar» yazılsın.
Maddə 22. İcra Komitəsinə istinadlar çıxarılsın.
Maddə 23. II abzasda İcra Komitəsinə istinadlar çıxarılsın.
Maddə 24. İcra Komitəsinə istinadlar çıxarılsın.
Maddə 29, I, II və III abzaslar İcra Komitəsinə istinadlar çıxarılsın. I və III abzaslarda «hər hansı hazırlıq komitələri» əvəzinə «hər hansı əlavə orqanlar» yazılsın

© LegalActs LLC