Об Особой службе государственной охраны Азербайджанской Республики
«Azərbaycan» qəzetində dərc edilmişdir (07 may 2002-ci il, № 103). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 5, maddə 292)
Release date: 06.05.2002Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 31-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Baş Mühafizə İdarəsi Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti adlandırılsın.
2. Azərbaycan Respublikası Prezidentinin İcra Aparatı və Xüsusi Dövlət Mühafizə Xidməti bir ay müddətində Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətinin Əsasnaməsinin layihəsini və strukturu ilə bağlı təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsinlər.
3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri öz səlahiyyətləri daxilində həll etsin.
4. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV
Bakı şəhəri, 6 may 2002-ci il
№ 913.
«Azərbaycan» qəzetində dərc edilmişdir (07 may 2002-ci il, № 103) ( «LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2002-ci il, № 5, maddə 292) («LegalActs» LLC).
© LegalActs LLC