Об использовании сельскохозяйственной техники, закупленной за счет грантов, выделенных Правительством Японии


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 146)

Release date: 11.03.2002

Yaponiya Hökumətinin ayırdığı qrantların hesabına alınmış kənd təsərrüfatı texnikasının istifadəsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Yaponiya Hökumətinin ayırdığı qrantların hesabına alınmış kənd təsərrüfatı texnikasının istifadəsi haqqında

Qərar № 43

Bakı şəhəri, 11 mart 2002-ci il

Azərbaycan Respublikası Hökuməti ilə Yaponiya Hökuməti arasında 2001-ci il 9 fevral tarixində imzalanmış «Notalar Mübadiləsi»nə əsasən Azərbaycan Respublikasında ərzaq istehsalının artırılmasına kömək göstərilməsi və Yaponiya Hökumətinin ayırdığı 450 mln. iyen məbləğində qrant vəsaiti hesabına alınmış kənd təsərrüfatı texnikasının istifadəsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Müəyyən edilsin ki, Yaponiya Hökuməti tərəfindən 2002-ci il üçün ayrılmış 450 mln. iyen qrant vəsaiti hesabına alınmış kənd təsərrüfatı texnikası «Yaponiya Hökuməti tərəfindən ayrılmış Qrant hesabına alınmış texnikanın istifadəsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 aprel tarixli 70 nömrəli qərarı ilə təsdiq edilmiş «Yaponiya Hökuməti tərəfindən ayrılmış qrant hesabına alınmış texnikanın müqavilə əsasında icarəyə verilməsi və ya satılması nəticəsində əldə edilmiş vəsaitin Tərəfdaşlıq Fonduna yığılması Qaydaları»na əsasən istifadə edilir.

2. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 21 fevral tarixli 40s nömrəli sərəncamının 4-cü bəndində və 2001-ci il 14 aprel tarixli 65s nömrəli sərəncamına uyğun olaraq «Yaponiya Hökuməti tərəfindən ayrılmış Qrant hesabına alınmış texnikanın istifadəsi haqqında» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 7 aprel tarixli 70 nömrəli qərarında və həmin qərarla təsdiq edilmiş qaydalarda ismin bütün hallarında «Səhmdar Kommersiya Aqrar-Sənaye Bankı» sözləri ismin bütün hallarında «Aqrokredit» Səhmdar Bank olmayan Kredit Təşkilatı» sözləri ilə əvəz edilsin.

3. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2002-ci il, № 3, maddə 146) («LegalActs» LLC).

© LegalActs LLC