Об урегулировании заработной платы работников аппарата Азербайджанского аграрно-научного центра


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 82)

Release date: 10.01.2002

Azərbaycan Aqrar-Elm Mərkəzi aparatının işçilərinin əmək haqqının tənzimlənməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

Azərbaycan Aqrar-Elm Mərkəzi aparatının işçilərinin əmək haqqının tənzimlənməsi haqqında

Qərar № 3

Bakı şəhəri, 10 yanvar 2002-ci il.

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Azərbaycan Aqrar-Elm Mərkəzi aparatının işçilərinin əməyinin ödənilməsi şərtlərini tənzimləmək, sosial müdafiəsini gücləndirmək məqsədi ilə və Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifini nəzərə alaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Azərbaycan Aqrar-Elm Mərkəzi aparatının işçilərinin əmək haqqı Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin mərkəzi aparatının işçilərinin əmək haqqı səviyyəsində müəyyən edilsin.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu qərarın icrası ilə əlaqədar maliyyələşmə məsələsini dövlət büdcəsində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin «Elm xərcləri» bölməsi üzrə nəzərdə tutulmuş vəsait dairəsində həll etsin.

3. Bu Qərar imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 82) («LegalActs» LLC).

27 yanvar 2005-ci il tarixli, 8 nömrəli qərara əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC