О комиссии по вопросам помилования при Президенте Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, № 137) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 406)

Release date: 28.07.2004

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyası haqqında

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyası haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 22-ci bəndində nəzərdə tutulmuş səlahiyyətlərin həyata keçirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Prezidenti yanında Əfv məsələləri komissiyasının yeni tərkibi təsdiq edilsin.

Komissiyanın sədri:
Ramiz Mehdiyev Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının rəhbəri
Komissiyanın üzvləri:
Ramil Usubov Azərbaycan Respublikasının daxili işlər naziri
Namiq Abbasov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Eldar Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri
Fikrət Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri
Fuad Ələsgərov Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının hüquq-mühafizə orqanları ilə iş şöbəsinin müdiri
Hacı Allahşükür Paşazadə Şeyxülislam, Qafqaz Müsəlmanları İdarəsinin sədri
Zahid Qaralov Azərbaycan Elmi Tədqiqat Pedaqoji Elmlər İnstitutunun direktoru, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Turan Cavid H. Cavidin xaritə muzeyinin direktoru
Zəlimxan Yaqubov şair, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Elmira Axundova jurnalist, Azərbaycan Yazıçılar Birliyi idarə heyətinin üzvü
Əbülfəz Qarayev Azərbaycan Respublikasının gənclər, idman və turizm naziri
Vaqif Səmədoğlu yazıçı, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Bəxtiyar Əliyev Bakı Dövlət Universitetinin Psixologiya kafedrasının müdiri, Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Səttar Mehbalıyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri
Elmira Süleymanova Qadın və İnkişaf Mərkəzinin rəhbəri
Azay Quliyev qeyri-hökumət təşkilatları forumunun rəhbəri
Ağamusa Axundov Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutunun direktoru
Məlahət Həsənova Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Cəmilə Ramazanova Azərbaycan Respublikasının əməkdar müəllimi
Komissiyanın katibi:
Kəmalə İsmayılova hüquq-mühafizə orqanları ilə iş şöbəsinin əfv məsələləri sektorunun böyük referenti

2. Komissiyaya tapşırılsın ki, Azərbaycan Respublikasında əfvetmə haqqında əsasnaməni bir ay müddətində hazırlayıb Azərbaycan Respublikasının prezidentinə təqdim etsin.

3. Azərbaycan Respublikası Ali Məhkəməsinin sədrinə və Azərbaycan Respublikasının baş prokuroruna tövsiyə olunsun ki, komissiyanın iclaslarında iştirak etsinlər.

4. «Azərbaycan Respublikasının Prezidenti yanında Bağışlama məsələləri komissiyasının yaradılması haqqında» Azərbaycan Respublikası Prezidentinin 1995-ci il 4 may tarixli 326 nömrəli fərmanı qüvvədən düşmüş hesab edilsin.

5. Bu Fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 19 iyun 2001-ci il

№ 508

«Azərbaycan» qəzetində dərc edilmişdir (20 iyun 2001-ci il, № 137) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (30 iyun 2001-ci il, № 6, maddə 406) («LegalActs» LLC).

28 iyul 2004-cü il tarixli, 93 nömrəli Fərmana əsasən dəyişikliklərlə («LegalActs» LLC).

© LegalActs LLC