О внесении изменений в Распоряжение Президента Азербайджанской Республики «О назначении полномочного органа со стороны Азербайджанской Республики по Европейской конвенции «О совместном кинопроизводстве» от 15 июля 2000 года № 475
«Azərbaycan» qəzetində dərc edilmişdir (09 yanvar 2002-ci il, № 06). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 57)
Release date: 07.01.2002«Birgə kino istehsalı haqqında» Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 475 nömrəli Sərəncamına dəyişikliklər edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
«Azərkinovideo» İstehsalat Birliyinin ləğv edilməsi haqqında» Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 aprel tarixli 688 nömrəli Sərəncamına əsasən qərara alıram:
1. «Birgə kino istehsalı haqqında» Avropa Konvensiyası üzrə Azərbaycan Respublikası tərəfindən səlahiyyətli orqanın təyin edilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 2000-ci il 15 iyul tarixli 475 nömrəli Sərəncamının 1-ci bəndində «Azərkinovideo» İstehsalat Birliyi» sözləri «Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi» sözləri ilə və 2-ci bəndində «Azərkinovideo» İstehsalat Birliyinin» sözləri «Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin» sözləri ilə əvəz edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 7 yanvar 2002-ci il.
№ 860.
«Azərbaycan» qəzetində dərc edilmişdir (09 yanvar 2002-ci il, № 06) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 2002-ci il, № 1, maddə 57) («LegalActs» LLC).
© LegalActs LLC