О замене выходных дней 17 и 18 марта 2001 года


«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, № 3, maddə 219)

Release date: 15.03.2001

2001-ci il 17 və 18 mart istirahət günlərinin dəyişdirilməsi haqqında

Azərbaycan Respublikasının Nazirlər Kabineti

2001-ci il 17 və 18 mart istirahət günlərinin dəyişdirilməsi haqqında

Qərar № 65

Bakı şəhəri, 15 mart 2001-ci il

Azərbaycan Respublikası Əmək Məcəlləsinin 105-ci maddəsinin 3-cü hissəsinə əsasən Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. Beşgünlük iş həftəsi tətbiq edilən müəssisə, idarə və təşkilatlarda 2001-ci il mart ayının 17-si — istirahət günü mart ayının 19-na keçirilsin və mart ayının 17-si iş günü elan edilsin.

2. Altıgünlük iş həftəsi tətbiq edilən müəssisə, idarə və təşkilatlarda mart ayının 18-i — istirahət günü mart ayının 19-na keçirilsin və mart ayının 18-i iş günü elan edilsin.

Azərbaycan Respublikasının Baş naziri

A. RASİ-ZADƏ.

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, № 3, maddə 219) («LegalActs» LLC).

© LegalActs LLC