Об утверждении описания медали Азербайджанской Республики «За отвагу»
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2001-ci il, № 10). Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 12)
Release date: 08.12.2000Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının «İgidliyə görə» medalının təsviri təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 8 dekabr 2000-ci il.
№ 35-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2001-ci il, № 10).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 12)
Azərbaycan
Respublikasının
2000-ci il 8 dekabr tarixli
35-IIQ saylı Qanunu ilə
təsdiq edilmişdir
«İgidliyə görə» medalının təsviri
«İgidliyə görə» medalı bürüncdən tökülmüş, 36 mm diametrli girdə lövhədən ibarətdir.
Medalın üstündə səkkizguşəli ulduzun fonunda başında dəbilqə və əlində süngülü tüfəng olan əsgərin yandan görünüşü təsvir edilmişdir. Əsgər təsvirinin solunda, çevrə boyunca «İgidliyə görə» sözləri həkk olunmuşdur. Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal halqa və ilgəyin vasitəsi ilə 27 mm x 43 mm tünd və açıq yaşıl fonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27 mm x 9 mm ölçülü qəlib əlavə olunur.
«İgidliyə görə» medalı
© LegalActs