Об утверждении описания медали Азербайджанской Республики «За Родину»
Release date: 08.12.2000
Azərbaycan Respublikasının «Vətən uğrunda» medalının təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
I. Azərbaycan Respublikasının «Vətən uğrunda» medalının təsviri təsdiq edilsin (əlavə olunur).
II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir.
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 8 dekabr 2000-ci il.
№ 34-IIQ.
«Azərbaycan» qəzetində dərc edilmişdir (13 yanvar 2001-ci il, № 10).
Azərbaycan Respublikasının Qanunvericilik Toplusunda dərc edilmişdir (31 yanvar 2001-ci il, № 1, maddə 11)
Azərbaycan
Respublikasının
2000-ci il 8 dekabr tarixli
34 saylı Qanunu ilə
təsdiq edilmişdir
«Vətən uğrunda» medalının təsviri
«Vətən uğrunda» medalı bürüncdən tökülmüş, çevrəsi boyunca bəzəyi olan 36 mm diametrli girdə lövhədən ibarətdir.
Medalın mərkəzində Azərbaycan Respublikasının Gerbi yerləşdirilib, onun altında isə iki kəsişən qılınc göstərilib. Gerbin üstündə çevrə boyunca «Vətən uğrunda» sözləri yazılmışdır. Yazı və təsvirlər qabarıqdır.
Arxa tərəfi hamar səthlidir, ortasında medalın nömrəsi həkk olunmuşdur.
Medal halqa və ilgəyin vasitəsi ilə 27 mm x 43 mm tünd və açıq palıdı tonda xara lentlə bükülmüş nazik düzbucaqlı lövhəyə birləşdirilir. Lövhənin aşağı hissəsində milli ornament üslubunda təsvir olunmuş halqalı düzbucaqlı çıxıntı, arxa tərəfində isə paltara bərkidilmək üçün müvafiq bərkidici element vardır.
Medala paltara bərkidilmək üçün elementi olan, üzərində aypara və ulduz təsvir edilən eyni xara lentdən hazırlanmış 27mm x 9 mm ölçülü qəlib əlavə olunur.
«Vətən uğrunda» medalı
© LegalActs