On Privatization within the Framework of «The Second State Program of Privatization of State Property in the Republic of Azerbaijan» of the Enterprises and Objects Announced Open for Privatization according to «The State Program of Privatization of State Property in the Republic of Azerbaijan in 1995—1998», but not Completely Privatized


Release date: 02.07.2010

«Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq özəlləşdirməyə açıq e`lan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin «Azərbaycan Respublikasında dövlət ə

«Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı» çərçivəsində özəlləşdirilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq özəlləşdirməyə açıq elan edilmiş, lakin özəlləşdirilməsi başa çatmamış müəssisə və obyektlərin «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı» çərçivəsində özəlləşdirilməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Müəyyən edilsin ki:

    • «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq, dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin səhmlərinin 15 faizinin əmək kollektivinə güzəştli satışı üzrə qapalı abunə yazılışı «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı» qüvvəyə minənədək keçirilməmişdirsə, həmin səhm zərfinin satışı «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»nın 4.2-ci bölməsinə uyğun olaraq həyata keçirilir;
    • «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq özəlləşdirilən kiçik müəssisə və obyektlərin nizamnamə kapitalının dövlət özəlləşdirmə çekləri ilə ödənilməli olan 15 faizi «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı» qüvvəyə minənədək ödənilməmişdirsə, özəlləşdirmə çeklərinin təqdim edilməsi «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»nın 4.2-ci bölməsinə uyğun olaraq həyata keçirilir.

2. «Azərbaycan Respublikasında 1995—1998-ci illərdə dövlət mülkiyyətinin özəlləşdirilməsinin dövlət proqramı»na uyğun olaraq dövlət müəssisələrinin çevrilməsi nəticəsində yaranmış səhmdar cəmiyyətlərinin pullu hərraclarda satılmamış səhmlərinin satışı qaydası aşağıdakı kimi müəyyən edilsin:

    • Satılmamış səhmlər «Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin II dövlət proqramı»nın 4.4.2-ci bəndinə uyğun olaraq hərraclara və ya investisiya müsabiqələrinə yönəldilir və həmin hərraclarda müəyyən edilmiş minimum start qiyməti ilə satılmamış səhm»lər ixtisaslaşdırılmış pul hərraclarına çıxarılır.

3. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi bu fərmanın icrası ilə bağlı tədbirlərin həyata keçirilməsini təmin etsin.

4. Bu fərman dərc olunduğu gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 22 mart 2001-ci il.

№ 449.

«Azərbaycan» qəzetində dərc olunmuşdur (23 mart 2000-ci il, № 64).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 mart 2001-ci il, № 3, maddə 157) («LegalActs»).

11 oktyabr 2001-ci il tarixli, 587 nömrəli; 6 iyul 2006-cı il tarixli, 426 nömrəli; 2 iyul 2010-cu il tarixli, 291 nömrəli Fərmanlara əsasən dəyişikliklərlə («LegalActs»).

© LegalActs