Об условной финансовой единице


«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2000-ci il, № 300) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2000-ci il, № 12, maddə 835)

Release date: 26.12.2000

Şərti maliyyə vahidi haqqında

Şərti maliyyə vahidi haqqında

Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqlarının, dövlət rüsumlarının, birdəfəlik rüsumların, cərimələrin, maliyyə sanksiyalarının və digər ödənişlərin hesablanması qaydalarını müəyyən edir.

Maddə 1

Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında aylıq əmək haqqının minimum məbləği əsasında hesablanan əmək haqları, dövlət rüsumları, birdəfəlik rüsumlar, cərimələr, maliyyə sanksiyaların və digər ödənişlər, əgər mütləq rəqəmlərlə müəyyən edilmirsə, şərti maliyyə vahidi ilə hesablanır.

Maddə 2

Şərti maliyyə vahidi 5500 manat məbləğində müəyyən edilsin.

Maddə 3

Bu qanun qüvvəyə minənədək qəbul edilmiş Azərbaycan Respublikasının qanunlarında bu qanunun 1-ci maddəsində göstərilən hallarda «minimum əmək haqqı» sözləri ismin müvafiq hallarında «şərti maliyyə vahidi» sözləri ilə əvəz edilsin.

Maddə 4

Bu Qanun 2001-ci il yanvarın 1-dən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 26 dekabr 2000-ci il

№ 48-IIQ

«Azərbaycan» qəzetində dərc edilmişdir (30 dekabr 2000-ci il, № 300) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 2000-ci il, № 12, maddə 835) («LegalActs» LLC).

© LegalActs LLC