О награждении Э.И. Алиевой орденом «Шохрат»
Release date: 06.09.2016
E.İ. Əliyevanın «Şöhrət» ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasında jurnalistikanın inkişafındakı xidmətlərinə görə Elmira İsmayıl qızı Əliyeva «Şöhrət» ordeni ilə təltif edilsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 6 sentyabr 2016-cı il
№ 2310
«Azərbaycan» qəzetində dərc edilmişdir (6 sentyabr 2016-cı il, № 195) («LegalActs» LLC).
© «LegalActs» LLC