О создании Министерства налогов Азербайджанской Республики


«Azərbaycan» qəzetində dərc edilmişdir (12 fevral 2000-ci il, № 33) «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2000-ci il, № 2, maddə 95)

Release date: 11.02.2000

Azərbaycan Respublikası Vergilər Nazirliyinin yaradılması haqqında

Azərbaycan Respublikası Vergilər Nazirliyinin
yaradılması haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında iqtisadiyyatın idarəetmə strukturunu təkmilləşdirmək, dövlət maliyyə intizamını gücləndirmək, dövlət büdcəsinə daxilolmaların yığılmasının səmərəliliyini daha da artırmaq məqsədi ilə və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 7-ci bəndini rəhbər tutaraq qərara alıram:

1 Azərbaycan Respublikasının Baş Dövlət Vergi Müfəttişliyi ləğv edilsin və onun bazasında Azərbaycan Respublikasının Vergilər Nazirliyi yaradılsın.

2. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının Vergilər Nazirliyi Azərbaycan Respublikasında dövlət vergi siyasətinin həyata keçirilməsini, dövlət büdcəsinə vergilərin və digər daxilolmaların vaxtında və tam yığılmasını təmin edən və bu sahədə dövlət nəzarətini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanıdır.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti 15 gün müddətində:

    • Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında əsasnaməni hazırlayıb təsdiq olunmaq üçün Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Azərbaycan Respublikası Vergilər Nazirliyinin xərclər smetasını təsdiq etsin;
    • bu fərmandan irəli gələn digər məsələləri həll etsin.

4. Bu fərman imzalandığı gündən qüvvəyə minir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 11 fevral 2000-ci il

№ 281

«Azərbaycan» qəzetində dərc edilmişdir (12 fevral 2000-ci il, № 33) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (29 fevral 2000-ci il, № 2, maddə 95) («LegalActs» LLC).

© LegalActs LLC