О применении Закона Азербайджанской Республики «О местном опросе мнения»


«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 1999-cu il, № 298) «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 714)

Release date: 24.08.2002

«Yerli rəy sorğusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

«Yerli rəy sorğusu haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«Yerli rəy sorğusu haqqında» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun tətbiq olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikası Nazirlər Kabineti bir ay müddətində:

    • qüvvədə olan qanunvericilik aktlarının «Yerli rəy sorğusu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması barədə təkliflərini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
    • Nazirlər Kabinetinin və müvafiq mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu haqda Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;
    • «Yerli rəy sorğusu haqqında» Azərbaycan Respublikası Qanunundan irəli gələn digər məsələləri öz səlahiyyəti hüdudlarında həll etsin.

2. Müəyyən edilsin ki:

    • «Yerli rəy sorğusu haqqında» Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinin üçüncü və beşinci hissələrində və 32-ci maddəsinin yeddinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi və Naxçıvan Muxtar Respublikası ərazisində Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi həyata keçirirlər;
    • həmin Qanunun 24-cü maddəsinin birinci hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 24 dekabr 1999-cu il

№ 234

«Azərbaycan» qəzetində dərc edilmişdir (29 dekabr 1999-cu il, № 298) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 dekabr 1999-cu il, № 12, maddə 714) («LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli, 758 nömrəli Fərmana əsasən dəyişikliklər və əlavələrlə («LegalActs» LLC).

© LegalActs LLC