О внесении изменения в Избирательный кодекс Азербайджанской Республики


Release date: 03.04.2015

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 2-ci, 3-cü, 4-cü və 7-ci bəndlərini rəhbər tutaraq, Azərbaycan Respublikasının Seçki Məcəlləsini «Azərbaycan Respublikasının vətəndaşlığı haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 30 may tarixli 973-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:

Azərbaycan Respublikasının Seçki Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2003, № 6, maddə 274, № 12, I kitab, maddə 680; 2004, № 6, maddə 416, № 11, maddə 891; 2005, № 2, maddə 62, № 4, maddə 278, № 7, maddələr 576, 584, № 12, maddə 1091; 2007, № 7, maddə 712; 2008, № 6, maddə 457; 2009, № 2, maddə 44; 2010, № 4, maddə 276, № 7, maddə 592; 2011, № 3, maddə 163; 2012, № 5, maddə 409; 2013, № 6, maddə 592) 22.4.3-cü maddəsində «vətəndaşlığını itirdikdə» sözləri «vətəndaşlığına xitam verildikdə» sözləri ilə əvəz edilsin.

Azərbaycan Respublikasının Prezidenti

İlham ƏLİYEV

Bakı şəhəri, 3 aprel 2015-ci il

№ 1243-IVQD

«Azərbaycan» qəzetində dərc edilmişdir (6 may 2015-ci il, № 96) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 may 2015-ci il, № 5 (215), maddə 490) («LegalActs» LLC).

© «LegalActs» LLC