О внесении изменения в Закон Азербайджанской Республики «Об исполнительных чиновниках»
Release date: 13.02.2015
«İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 6-cı bəndini rəhbər tutaraq, «İcra məmurları haqqında» Azərbaycan Respublikasının Qanununu «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikasının 2014-cü il 20 iyun tarixli 1010-IVQD nömrəli Qanununa uyğunlaşdırmaq məqsədi ilə qərara alır:
«İcra məmurları haqqında» Azərbaycan Respublikası Qanununun (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, № 1, maddə 18; 2001, № 11, maddə 687, № 12, maddə 731; 2003, № 1, maddə 23; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 11, maddə 928; 2007, № 1, maddə 4, № 7, maddə 712; 2010, № 7, maddə 591; 2011, № 6, maddə 477, № 7, maddə 584, № 12, maddə 1092; 2013, № 7, maddə 788) 7-ci maddəsinin ikinci hissəsinin ikinci abzasından «andlı iclasçıların,» sözləri çıxarılsın.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 13 fevral 2015-ci il
№ 1190-IVQD
«Respublika» qəzetində dərc edilmişdir (20 mart 2015-ci il, № 63) («LegalActs» LLC).
«Azərbaycan» qəzetində dərc edilmişdir (1 aprel 2015-ci il, № 66) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (
31 mart 2015-ci il, № 3, maddə 252) («LegalActs» LLC).
© «LegalActs» LLC