Об утверждении «Меморандума взаимопонимания между Правительством Азербайджанской Республики и Правительством Республики Албания о сотрудничестве в развитии Генерального Плана по газификации Албании»
Release date: 19.02.2015
Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında Anlaşma Memorandumunun təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 17-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikasının Hökuməti ilə Albaniya Respublikasının Hökuməti arasında Albaniyanın qazlaşdırılmasına dair Baş Planın inkişafında əməkdaşlıq haqqında 2014-cü il dekabrın 19-da Tirana şəhərində imzalanmış Anlaşma Memorandumu təsdiq edilsin.
2. Azərbaycan Respublikasının Energetika Nazirliyi bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumunun müddəalarının həyata keçirilməsini təmin etsin.
3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Albaniya Respublikası Hökumətinə bildiriş göndərsin.
Azərbaycan Respublikasının Prezidenti
İlham ƏLİYEV
Bakı şəhəri, 19 fevral 2015-ci il
№ 475
«Azərbaycan» qəzetində dərc edilmişdir (21 fevral 2015-ci il, № 41) («LegalActs» LLC).
«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (
28 fevral 2015-ci il, № 2, maddə 137) («LegalActs» LLC).
© «LegalActs» LLC