Об утверждении правил лицензирования некоторых видов деятельности с ценными бумагами

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 noyabr 1999-cu il, № 11, maddə 618).

Release date: 08.11.1999

Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinin lisenziyalaşdırılması qaydalarının təsdiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Azərbaycan Respublikasında qiymətli kağızlarla fəaliyyət sahəsində dövlət tənzimlənməsini təmin etmək məqsədi ilə qərara alıram:

1. Qiymətli kağızlarla fəaliyyət sahəsində aşağıda göstərilən fəaliyyət növlərinin lisenziyalaşdırılması qaydaları təsdiq edilsin (əlavə olunur):

    • «Bütün növ qiymətli kağızların blanklarının hazırlanması fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Depozitar fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Diler fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Broker fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Fond birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Dövlət özəlləşdirmə paylarının (çeklərinin) alqı-satqısı üzrə fəaliyyətə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «İxtisaslaşdırılmış çek investisiya fondlarının fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları»;
    • «Bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi Qaydaları».

2. Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun məbləği və rüsumun ödənilməsi Qaydaları təsdiq edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti və Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsi bir ay müddətində bu Fərmandan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 8 noyabr 1999-cu il.

№ 202.

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (30 noyabr 1999-cu il, № 11, maddə 618).

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Bütün növ qiymətli kağızların
blanklarının hazırlanması fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və bütün növ qiymətli kağızların blanklarının hazırlanması fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra «ərizəçilər») bütün növ qiymətli kağızların blanklarının hazırlanmasını həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün ərizəçi QKDK-ə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin — adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş təsis sənədlərinin surəti;

2.1.3. hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.6. Lisenziya verilməsi üçün tələb olunan zəruri şərait və şərtlər haqqında:

  • qiymətli kağızlar blanklarının və möhür formalarının nümunələrinin, onların nömrələnməsinin və işlənməsinin, habelə onların saxtalaşdırılması və digər sui-istifadə hallarından yüksək mühafizəsini təmin edən xüsusi texnologiya və avadanlıqların mövcudluğu;
  • buraxılan qiymətli kağızlar blanklarının bütün nümunələrinin qorunmasının təmin edilməsi;
  • qiymətli kağızlar blanklarının istehsalı zamanı onların qorunub saxlanılmasının təmin edilməsi üçün şəraitin və uçot sisteminin mövcudluğu;
  • müvafiq fəaliyyət növü ilə məşğul olmaq üçün uyğun ixtisaslar üzrə mütəxəssislərin olması.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydada göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-ə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə hüquqi şəxsə verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə QKDK-ə verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. QKDK-in rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-in adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-in rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-in möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 3 (üç) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri bu fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. bütün növ qiymətli kağızlar blanklarının hazırlanması qaydalarına və şərtlərinə əməl etmək.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-in səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-in nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-in nümayəndələri və lisenziya sahibi (müəssisənin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın fəaliyyəti lisenziyanın sahibinin müraciətinə əsasən bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

6.6. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-in rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-in qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyətə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra — «ərizəçilər») qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-ə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin — adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxslərin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxslərin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.6. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.7. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyəti lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqların olması barədə arayış;

2.1.8. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.2. Lisenziya almaq üçün fiziki şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir.

2.2.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • fiziki şəxsin adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir), ünvanı, fəaliyyət növü;

2.2.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.2.3. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.2.4. fiziki şəxsin QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsinin surəti.

2.3. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.5. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.5.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.5.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 il vaxt keçməmişdirsə;

2.5.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.5.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.6. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7. Hüquqi şəxs ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir), ünvanı;

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 2 (iki) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. lisenziyası olan hüquqi şəxslərin ştatında QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olmalıdır;

5.1.2. ərizəçinin fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələri və digər müvafiq avadanlıqlar olmalıdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Qiymətli kağızların sahiblərinin
reyestrinin aparılması üzrə fəaliyyətə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.6. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.7. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.8. QKDK tərəfindən təsdiq edilmiş «Qiymətli kağız sahiblərinin reyestrinin aparılması standartları»nın tələblərinə uyğun hazırlanmış müvafiq Standartların surəti;

2.1.9. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağızların sahiblərinin reyestrinin aparılması üzrə fəaliyyəti lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə, ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 5 (beş) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. lisenziyası olan hüquqi şəxslərin ştatında QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olmalıdır;

5.1.2. lisenziya olan hüquqi şəxsin fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqlar olmalıdır

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Depozitar fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və depozitar fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») depozitar fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.6. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.7. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.8. QKDK tərəfindən təsdiq edilmiş «Depozitar fəaliyyətinin həyata keçirilməsi standartları»nın tələblərinə uyğun hazırlanmış müvafiq Standartların surəti;

2.1.9. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada depozitar fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçinin lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququ vardır.

2.6. Hüquqi şəxs ləğv edildikdə, ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya müddətsiz verilir.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. depozitar fəaliyyətini göstərən hüquqi şəxslərin ştatında QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olmalıdır;

5.1.2. depozitar fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqlar olmalıdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Diler fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və diler fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») diler fəaliyyəti həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.6. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.7. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada diler fəaliyyətini həyata keçirmək üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış;

2.1.8. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə, ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 2 (iki) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. lisenziyası olan hüquqi şəxsin ştatında QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olmalıdır;

5.1.2. lisenziyası olan hüquqi şəxsin fəaliyyətini lazımi səviyyədə təmin yer, proqram təminatı, texniki vasitələri və digər müvafiq avadanlıqlar olmalıdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Broker fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və broker fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra — «ərizəçilər») broker fəaliyyəti həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontrakt) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxslər QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.6. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.7. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada broker fəaliyyətini həyata keçirmək üçün müvafiq şəraitə malik olan yerin, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış;

2.1.8. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.2. Lisenziya almaq üçün fiziki şəxslər QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir.

2.2.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • fiziki şəxsin adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2.2.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.2.3. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.2.4. fiziki şəxsin QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsinin surəti.

2.3. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün digər əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydada göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.5. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.5.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.5.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.5.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.5.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.6. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7. Hüquqi şəxs ləğv edildikdə yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən dövlət qeydiyyatı şəhadətnaməsi qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin şəxsiyyətini təsdiq edən sənədin məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri);

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya broker fəaliyyətinə 2 (iki) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. lisenziyası olan hüquqi şəxsin ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olsun;

5.1.2. ərizəçinin fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələri və digər müvafiq avadanlıqların olması lazımdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə, bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə qüvvəsini itirdikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Qiymətli kağızlar bazarında
ticarətin təşkili üzrə fəaliyyətə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyətlə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyəti həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.6. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.7. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyəti həyata keçirmək üçün müvafiq şəraiti olan yerin, proqram təminatının, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış;

2.1.8. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.9. QKDK tərəfindən təsdiq edilmiş «Qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyətin həyata keçirilməsi qaydaları»nın tələblərinə uyğun hazırlanmış müvafiq Qaydaların surəti;

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 2 (iki) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. lisenziya almış hüquqi şəxslərin ştatında QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olmalıdır;

5.1.2. lisenziyası olan hüquqi şəxsin fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələri və digər müvafiq avadanlıqlar olmalıdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (müəssisənin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Qarşılıqlı öhdəliklərin
müəyyən edilməsi üzrə fəaliyyətə (klirinq)
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətlə (klirinqlə) məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyəti (klirinqi) həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. sonuncu hesabat tarixi üçün tərtib olunmuş mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.6. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.7. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada klirinq fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələrin və digər müvafiq avadanlıqların olması barədə arayış;

2.1.8. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.9. QKDK tərəfindən təsdiq edilmiş «Qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyətin (klirinqin) həyata keçirilməsi qaydaları»nın tələblərinə uyğun hazırlanmış müvafiq Qaydaların surəti;

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 2 (iki) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. klirinq fəaliyyətini göstərən hüquqi şəxslərin ştatında QKDK tərəfindən verilmiş ixtisas şəhadətnaməsi olan ən azı 3 (üç) əməkdaşı olmalıdır;

5.1.2. klirinq fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələri və digər müvafiq avadanlıqlar olmalıdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şərait və şərtlər pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növləri ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Fond birjası fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və fond birjası fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət formasından asılı olmayaraq hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») fond birjası fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş təsis sənədlərinin surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. QKDK tərəfindən təsdiq edilmiş standartlara uyğun olaraq:

  • qiymətli kağızlarla ticarətin Qaydalarını;
  • qiymətli kağızların hərraca buraxılması və qiymətləndirilməsi qaydalarını;
  • qiymətli kağızların ticarətə buraxılması (listinq) və ticarətdən çıxarılması (delistinq) qaydalarını;
  • birjada aparılmış əqdlər üzrə hesablaşmaların və uçotun həyata keçirilməsi qaydalarını.

2.1.6. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. sonuncu hesabat tarixinə mühasibat balansı və maliyyə təsərrüfat fəaliyyəti haqqında hesabat;

2.1.8. ən azı 3 (üç) əməkdaşın QKDK tərəfindən verilmiş ixtisas şəhadətnamələrinin surətləri;

2.1.9. mövcud qanunvericiliyə uyğun olaraq QKDK tərəfindən müəyyən olunmuş qaydada birja fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələr və digər müvafiq avadanlıqların olması barədə arayış;

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 15 (on beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya müddətsiz verilir.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. fond birjası qapalı tipli səhmdar cəmiyyəti şəklində yaradılmalıdır;

5.1.2. birja üzvlərinin maksimum sayı məhdudlaşdırılmır;

5.1.3. dövlət hakimiyyəti və idarəetmə orqanları, hüquq-mühafizə orqanları, onların vəzifəli şəxsləri və mütəxəssisləri fond birjasının üzvü ola bilməzlər;

5.1.4. fond birjasının qulluqçuları qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının təsisçiləri və iştirakçıları ola bilməzlər, həmçinin fond birjasının fəaliyyətində sahibkarlar sifətində sərbəst iştirak edə bilməzlər;

5.1.5. fond birjasının fəaliyyətini lazımi səviyyədə təmin edən yer, proqram təminatı, texniki vasitələri və digər müvafiq avadanlıqlar olmalıdır.

5.1.6. fond birjası yalnız birja üzvləri arasında ticarəti təşkil etməlidir.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Dövlət özəlləşdirmə paylarının (çeklərinin)
alqı-satqısı üzrə fəaliyyətə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və dövlət özəlləşdirmə paylarının (çeklərinin) alqı-satqısı ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra — «ərizəçilər») dövlət özəlləşdirmə paylarının (çeklərinin) (bundan sonra — «özəlləşdirmə çekləri») alqı-satqısını həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan (lisenziyanın surətindən) yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü.

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. ərizədə göstərilən fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçiriləcəkdirsə, ərizədə həmin obyektlərin sayı və ünvanı da göstərilməklə obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.6. özəlləşdirmə çeklərinin alqı-satqısı ilə məşğul olmaq üçün lazımi şəraitin və ləvazimatın olması (təcrid olunmuş otaq, kassa aparatı, özəlləşdirmə çeklərinin həqiqiliyini yoxlamaq üçün aparat, dəmir seyf) haqqında arayış.

2.2. Lisenziya almaq üçün fiziki şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.2.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • fiziki şəxsin adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir), ünvanı, fəaliyyət növü.

2.2.2. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxsin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.2.3. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.2.4. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.2.5. özəlləşdirmə çeklərinin alqı-satqısı ilə məşğul olmaq üçün lazımi şəraitin və ləvazimatın olması (təcrid olunmuş otaq, kassa aparatı, özəlləşdirmə çeklərinin həqiqiliyini yoxlamaq üçün aparat, dəmir seyf) haqqında arayış.

2.3. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.4. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.5. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.5.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.5.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.5.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.5.4. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.5.5. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.5.6. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.6. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.7. Hüquqi şəxs ləğv edildikdə yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən dövlət qeydiyyatı şəhadətnaməsi qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin pasport məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. hüququ şəxslər üçün — lisenziya verilən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir), ünvanı;

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya özəlləşdirmə çeklərinin dövriyyəsi üçün qanunvericiliklə müəyyən edilmiş müddətə verilir.

4.2. Müddəti bitmiş lisenziya və onun surətləri etibarsız sayılır.

5. Lisenziyanın surəti

5.1. Lisenziyalaşdırılan fəaliyyət növü ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirildiyi halda, ərizəçiyə lisenziya ilə birlikdə ərizədə göstərilən hər bir obyekt üçün onun ünvanı göstərilməklə lisenziyanın surəti təqdim olunur.

5.2. Ərizəçi lisenziya aldıqdan sonra öz fəaliyyətini ərazi baxımından ayrı-ayrı obyektlərdə həyata keçirmək və ya belə obyektlərin sayını artırmaq istədikdə təzə obyektlərə lisenziyanın surətlərini almaq üçün QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

5.2.1. verilmiş lisenziyanın qeydiyyat nömrəsi, tarixi, fəaliyyətin növü, təzə obyektlərin sayı və ünvanı göstərilməklə ərizə;

5.2.2. obyektlər barədə bu Qaydaların 2.1.5 və 2.2.4 yarımbəndlərində tələb olunan sənədlər.

5.3. QKDK lisenziyanın surətlərinin verilməsi məsələsinə dair müraciətə bu qaydaların 2.4 və 2.5 bəndlərinə əsasən baxır və müvafiq qərar qəbul edir.

5.4. Lisenziyanın surəti lisenziyanın sahibinə hər bir obyekt üçün lisenziya blankında verilmiş lisenziyada əks edilən göstəricilər yazılmaqla, blankın yuxarı sağ küncünə «Surəti» sözü və ünvan qrafasına obyektin ünvanı da əlavə edilmədikdə doldurulmuş, orqanın rəhbəri və ya rəhbər olmadıqda müavini tərəfindən imzalanan və orqanın möhürü ilə təsdiq edilən və həmin obyektə bu fəaliyyət növü ilə məşğul olmağa icazə verən rəsmi sənəddir.

5.5. Lisenziyaların surəti QKDK tərəfindən qeydə alınır.

5.6. Lisenziyanın surəti itirildikdə lisenziya sahibi lisenziyanın yeni surətini rəsmiləşdirmək üçün QKDK-nə müraciət edir.

5.7. Lisenziyanın surətinin verilməsi və yenidən rəsmiləşdirilməsi üçün rüsum alınmır.

6. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

6.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

6.1.1. özəlləşdirmə çeklərinin alqı-satqısı ilə bağlı fəaliyyətlərinə dair aylıq hesabatlarını (QKDK tərəfindən müəyyən edilmiş formada) QKDK-nə təqdim etməlidirlər;

6.1.2. QKDK-nin razılığı olmadan Azərbaycan Respublikası ərazisində dövriyyəyə buraxılmış özəlləşdirmə çeklərinin 5 (beş) faizindən çoxunu ala və ya öz aktivində saxlaya bilməzlər;

6.1.3. alqı-satqı zamanı təqdim edilən özəlləşdirmə çeklərinin həqiqiliyini yoxlamalı və ödəmələr tutulduqdan sonra satın alınmış özəlləşdirmə çeklərini qeydə almalıdırlar;

6.1.4. alqı-satqı zamanı özəlləşdirmə çeklərinin alqı-satqısı haqqında qəbzi 2 (iki) nüsxədə yazıb, bir nüsxəsini müştəriyə verməlidirlər.

6.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

6.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

6.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

6.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

6.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

6.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

6.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

6.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

6.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

6.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

7. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

7.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

7.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

7.1.3. hüquqi və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

7.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

7.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

7.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

7.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

7.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

7.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

7.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

7.3.5. hüquqi şəxs ləğv edildikdə və ya sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

7.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

7.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

7.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

7.6. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

8. Məsuliyyət

8.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

8.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

8.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

İxtisaslaşdırılmış çek investisiya fondlarının
fəaliyyətinə xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və ixtisaslaşdırılmış çek investisiya fondlarının fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya hüquqi şəxslərə (bundan sonra — «ərizəçilər») ixtisaslaşdırılmış çek investisiya fondlarının fəaliyyətini həyata keçirməyə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. Lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

    • hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;

2.1.2. hüquqi şəxsin təsis sənədlərinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.3. hüquqi şəxsin dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin notarial qaydada təsdiq edilmiş surəti;

2.1.4. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.5. fondun QKDK tərəfindən təsdiq edilmiş Nümunəvi Emissiya Prospektinə müvafiq olaraq hazırlanmış emissiya prospekti;

2.1.6. ərizədə göstərilən obyekt üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. fondun əvvəl buraxdığı səhmlər haqqında hesabat;

2.1.8. QKDK tərəfindən təsdiq edilmiş «Depozitar müqaviləsinin əsas müddəalarına dair tövsiyyələr«ə uyğun olaraq bağlanmış depozitar müqaviləsinin surəti;

2.1.9. QKDK tərəfindən təsdiq edilmiş «Çek investisiya fondunun idarə edilməsi barəsində müqaviləyə dair tövsiyələr«ə müvafiq olaraq çek investisiya fondunun idarə olunması barəsində fond müdiri ilə bağlanmış müqavilənin surəti;

2.1.10. fond müdirinin qiymətli kağızların idarə olunmasına dair lisenziyasının notarial qaydada təsdiq edilmiş surəti;

2.1.11. müstəqil auditor ilə bağlanmış müqavilənin surəti.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydalarda göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə ona verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. lisenziya verilən hüquqi şəxsin adı və ünvanı;

3.1.3. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.4. lisenziyanın qüvvədə olma müddəti;

3.1.5. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya 3 (üç) il müddətinə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. fondun fəaliyyət göstərdiyi dövr ərzində ixtisaslaşdırılmış çek investisiya fondunun müdirinin qiymətli kağızların idarə olunmasına dair lisenziyası olmalıdır;

5.1.2. ixtisaslaşdırılmış çek investisiya fondunda xalis aktivlərinin qiymətləndirilməsi QKDK-nin müəyyən etdiyi qaydalara uyğun aparılmalıdır.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq etmək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və digər vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Bütün növ lotereyaların buraxılması,
təşkili və keçirilməsi fəaliyyətinə
xüsusi razılıq (lisenziya) verilməsi
Qaydaları

1. Ümumi müddəalar

1.1. Bu Qaydalar «Sahibkarlıq fəaliyyəti haqqında» Azərbaycan Respublikasının Qanununa, «Qiymətli kağızlar haqqında» Azərbaycan Respublikasının Qanununa, Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 27 yanvar tarixli 543 nömrəli «Bəzi sahibkarlıq fəaliyyəti növlərinə xüsusi razılıq (lisenziya) verilməsi haqqında», 1997-ci il 4 oktyabr tarixli 637 nömrəli «Xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növlərinin siyahısının təsdiq edilməsi haqqında» və 1999-cu il 26 iyul tarixli 161 nömrəli «Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin fəaliyyətinin təmin edilməsi haqqında» Fərmanlarına əsasən hazırlanmışdır və bütün növ lotereyaların buraxılması, təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olmaq üçün xüsusi razılıq (lisenziya) verilməsi (bundan sonra — «lisenziya») qaydalarını müəyyən edir.

Bu Qaydalara müvafiq olaraq «bütün növ lotereya» dedikdə, müəyyən edilmiş tələblərə cavab verən blank şəklində buraxılan və ya başqa formada olan (elektron və sair), satış vasitəsi ilə və ya digər yollarla yerləşdirilən, əvvəlcədən müəyyən edilmiş uduş fondunun lotereyanın keçirilməsində iştirak edib uduşlar arasında bölüşdürülməsi və yaxud uduşun başqa formada müəyyənləşdirilməsi və ödənilməsi şəklində keçirilən oyundur.

1.2. Bu Qaydalara əsasən Azərbaycan Respublikasının Prezidenti yanında Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (bundan sonra — «QKDK») tərəfindən verilən lisenziya mülkiyyət və təşkilati-hüquqi formasından asılı olmayaraq hüquqi şəxslərə, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (bundan sonra «ərizəçilər») bütün növ lotereyaların buraxılmasına, təşkilinə və keçirilməsinə icazə verən rəsmi sənəddir.

1.3. Ərizəçilər yalnız bu Qaydalara əsasən lisenziya aldıqdan sonra həmin lisenziyada göstərilən sahibkarlıq fəaliyyəti növü ilə müəyyən edilmiş qaydada və müddətdə məşğul ola bilərlər.

Xarici hüquqi və fiziki şəxslər öz ölkələrində bu qaydalarda göstərilən fəaliyyət növü ilə məşğul olmaq üçün aldıqları lisenziyaların Azərbaycan Respublikasında tanınmasını müəyyən edən dövlətlərarası saziş olmadığı halda, həmin fəaliyyət növü ilə məşğul olmaq üçün bu Qaydalara uyğun olaraq lisenziya almadırlar.

1.4. Lisenziyanın sahibi verilən lisenziyadan yalnız özü istifadə edə bilər, onu başqa şəxslərə verə bilməz və bu lisenziyanın qüvvəsi lisenziya sahibinin təsisçisi olduğu hüquqi şəxslərə, lisenziyanın sahibi ilə birgə fəaliyyət, o cümlədən onunla əməkdaşlıq barədə bağlanmış müqavilə əsasında fəaliyyət göstərən başqa şəxslərə şamil edilmir.

Fərdi əmək müqaviləsi (kontraktı) və ya tapşırıq müqaviləsi əsasında lisenziya sahibinin adından hərəkətlər edən şəxsə müvəqqəti olaraq lisenziyanın verilməsi lisenziyanın başqa şəxsə verilməsi sayılmır.

2. Lisenziyanın verilməsi qaydası

2.1. Lisenziya almaq üçün hüquqi şəxs QKDK-nə aşağıdakı sənədləri təqdim etməlidir:

2.1.1. lisenziya almaq üçün ərizə.

Ərizədə aşağıdakılar öz əksini tapmalıdır:

  • hüquqi şəxslər üçün - hüquqi şəxsin adı, təşkilati-hüquqi forması, hüquqi ünvanı, hesablaşma hesabının nömrəsi və bankın adı, fəaliyyət növü;
  • fiziki şəxslər üçün - adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, nə vaxt və kim tərəfindən verilmişdir, ünvanı), fəaliyyət növü;

2.1.2. hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş təsis sənədlərinin surəti;

2.1.3. hüquqi şəxsin notarial qaydada təsdiq edilmiş dövlət qeydiyyatı haqqında şəhadətnaməsinin surəti;

2.1.4. sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin vergi orqanları tərəfindən uçota alınması haqqında şəhadətnamə;

2.1.5. lisenziya almaq üçün dövlət rüsumunun ödənildiyini təsdiq edən sənəd;

2.1.6. ərizədə göstərilən obyektlərdən hər biri üçün ərizəçinin istifadə hüququnu (mülkiyyət hüququ, icarə, istifadə və s. əsasları) təsdiq edən sənədin surəti;

2.1.7. Lisenziya verilməsi üçün tələb olunan zəruri şərait və şərtlər haqqında:

  • ərizəçinin kreditor borcu (maliyyə vəziyyəti) barədə müvəkkil bankların arayışı;
  • lotereya biletlərinin və ya lotereya keçirilməsində istifadə edilən digər vasitələrin nümunəsi və buraxılışının ümumi məbləği barədə məlumat;
  • lotereya biletlərinin və digər istifadə olunan vasitələrin sayı və nömrələri;
  • lotereya oyununun keçirilməsi üsulu;
  • lotereya oyununun keçirilməsi müddəti;
  • uduş tirajının keçirilməsi tarixi;
  • uduş fondunun tərkibi (uduşların dəyəri göstərilməklə);
  • uduşun ödənilmə tarixi.

Bütün növ lotereyaların buraxılmasına, təşkilinə və keçirilməsinə dair tələblər QKDK tərəfindən müəyyən edilir.

2.2. Ərizəçidən bu Qaydalarda nəzərdə tutulmayan sənədlərin tələb olunması qadağandır.

2.3. Lisenziya almaq üçün təqdim olunan ərizə və bu Qaydalarda nəzərdə tutulan digər sənədlər QKDK tərəfindən xüsusi kitabda qeydə alınmaqla qəbul edilir, baxılır, çatışmazlıqlar və ya imtina üçün əsas olmadıqda qeydə alındığı gündən başlayaraq 15 (on beş) gündən gec olmamaqla lisenziya verilməsi haqqında qərar qəbul edilir.

Təqdim olunmuş sənədlərdə çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçiyə yazılı məlumat verilir, onlar aradan qaldırıldıqdan və sənədlər təkrar təqdim edildikdən sonra onlara 5 (beş) gün müddətində baxılır və müvafiq qərar qəbul edilir.

Bu bənddə göstərilən müddətlərin son günü qeyri iş gününə düşərsə, ondan sonrakı iş günü müddətin qurtarma günü hesab olunur.

Bu Qaydada göstərilən əsaslarla lisenziya verilməsindən imtina olunduğu halda, bu barədə ərizəçiyə imtinanın əsasları göstərilməklə yazılı məlumat verilir.

2.4. Lisenziya verilməsindən aşağıdakı hallarda imtina edilir:

2.4.1. bu Qaydalarda nəzərdə tutulmuş sənədlər təqdim edilmədikdə;

2.4.2. ərizəçinin təqdim etdiyi sənədlərdə qeyri-dürüst və ya təhrif olunmuş məlumatlar olduqda;

2.4.3. fəaliyyət növünün həyata keçirilməsi üçün ərizəçinin bu Qaydalarda nəzərdə tutulan zəruri şəraiti olmadıqda;

2.4.4. ərizəçi və ya cəlb ediləcək mütəxəssislər bu Qaydalarda nəzərdə tutulan fəaliyyətlə məşğul olmaq üçün müvafiq ixtisasa malik olmadıqda;

2.4.5. ərizəçinin əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın lisenziya verən orqanın təşəbbüsü ilə ləğv edilməsindən 2 (iki) il vaxt keçməmişdirsə;

2.4.6. ərizəçi, əvvəllər bu fəaliyyət növü üçün aldığı lisenziyanın fəaliyyəti lisenziya verən orqanın təşəbbüsü ilə dayandırıldığı dövrdə müraciət etdikdə;

2.4.7. qanunvericilikdə nəzərdə tutulan digər hallarda.

2.5. Ərizəçi lisenziya verilməsindən imtinaya əsas olmuş halları aradan qaldırdıqdan sonra lisenziya almaq üçün bu Qaydalara uyğun olaraq QKDK-nə müraciət etmək və ya imtina barədə qərarla razılaşmadıqda məhkəməyə müraciət etmək hüququna malikdir.

2.6. Hüquqi şəxs ləğv edildikdə, yaxud sahibkar kimi fəaliyyət göstərmək üçün fiziki şəxsə verilən şəhadətnamə qüvvədən düşdükdə, hüquqi və fiziki şəxslərə verilən lisenziya da öz qüvvəsini itirir.

Hüquqi şəxs yenidən təşkil edildikdə, onun adı dəyişdirildikdə, fiziki şəxsin pasport məlumatları dəyişdikdə, lisenziya itirildikdə ərizəçi 5 (beş) gün müddətində lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün ərizə təqdim etməlidir.

Lisenziyanın yenidən rəsmiləşdirilməsi onun verilməsi üçün müəyyən edilmiş qaydada həyata keçirilir.

Lisenziyanın yenidən rəsmiləşdirildiyi müddətdə ərizəçi öz fəaliyyətini əvvəlki lisenziya (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında, lisenziya itirildikdə isə QKDK-nin verdiyi müvəqqəti icazə (ayrı-ayrı obyektlər üçün verilmiş lisenziyanın surətləri) əsasında həyata keçirir. QKDK-nin rəhbəri tərəfindən imzalanmış və möhürlə təsdiq edilmiş müvəqqəti icazə lisenziyanın yenidən rəsmiləşdirilməsi üçün bütün sənədlər təqdim edildikdə verilir.

3. Lisenziya

3.1. Lisenziyada aşağıdakılar göstərilir:

3.1.1. QKDK-nin adı;

3.1.2. hüquqi şəxslər üçün — lisenziya verən hüquqi şəxsin adı və hüquqi ünvanı;

3.1.3. fiziki şəxslər üçün — adı, atasının adı, soyadı, şəxsiyyətini təsdiq edən sənədin məlumatları (seriya, nömrə, kim tərəfindən və nə vaxt verilmişdir, yaşayış yeri)

3.1.4. həyata keçirilməsinə lisenziya verilən fəaliyyət növü;

3.1.5. lisenziyanın qüvvədə olma müddəti;

3.1.6. lisenziyanın qeydiyyat nömrəsi və verilmə tarixi.

3.2. Lisenziya QKDK-nin rəhbəri (o olmadıqda, rəhbərin müavini) tərəfindən imzalanır və QKDK-nin möhürü ilə təsdiq olunur.

4. Lisenziyanın müddəti

4.1. Lisenziya müddəti lotereyanın keçirilməsi müddəti ilə eyni olan, ancaq 5 (beş) ildən artıq olmayan müddətə verilir.

4.2. Lisenziyanın qüvvədə olma müddətinin uzadılması onun verilməsi üçün müəyyən olunmuş qaydada həyata keçirilir.

4.3. Müddəti bitmiş lisenziya etibarsız sayılır.

5. Lisenziyanın qüvvədə olma qaydaları və nəzarət

5.1. Bu Qaydalara əsasən lisenziya sahibləri fəaliyyət növünü həyata keçirərkən aşağıdakı qaydalara riayət etməlidirlər:

5.1.1. lotereyaların buraxılışı, təşkili və keçirilməsi şərtlərinə əməl etmək.

5.2. Lisenziyanın qüvvədə olma qaydalarına nəzarəti QKDK həyata keçirir.

5.3. Nəzarət qaydasında QKDK-nin səlahiyyətlərinə aşağıdakılar daxildir:

5.3.1. lisenziyada göstərilən fəaliyyət növünün həyata keçirilməsini tənzimləyən normativ-hüquqi aktlara və lisenziya qaydalarına riayət edilməsini yoxlamaq;

5.3.2. yoxlama zamanı ortaya çıxan suallara aid lisenziya sahibindən məlumatlar, arayışlar istəmək və almaq;

5.3.3. yoxlamanın nəticələrinə dair pozuntuları və onların aradan qaldırılması müddətini göstərməklə akt tərtib etmək;

5.3.4. müəyyən edilmiş pozuntuların aradan qaldırılması barədə lisenziya sahibinə xəbərdarlıq vermək;

5.3.5. lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi barədə məsələyə baxmaq.

5.4. Lisenziya sahibi aparılan yoxlama zamanı QKDK-nin nümayəndələrinə yoxlanılacaq obyektlərə daxil olmağa, yoxlamanın aparılması üçün zəruri olan normal şərait yaratmağa və tələb olunan sənədləri onlara təqdim etməyə borcludur.

5.5. Yoxlamanın nəticəsi barədə 2 (iki) nüsxədən ibarət akt tərtib edilir. Akt QKDK-nin nümayəndələri və lisenziya sahibi (hüquqi şəxsin rəhbəri) tərəfindən imzalanır. Aktı imzalamaqdan imtina edildikdə bu barədə aktda qeyd edilir. Akta lisenziya sahibinin (hüquqi şəxsin rəhbərinin) izahatı əlavə edilir. Aktın bir nüsxəsi lisenziya sahibində qalır.

5.6. QKDK zəruri olduqda müvafiq təşkilatların nümayəndələrini bu Qaydalara uyğun nəzarət qaydasında aparılan yoxlamalara cəlb edə bilər.

6. Lisenziyanın fəaliyyətinin dayandırılması və ya ləğv edilməsi

6.1. QKDK lisenziyanın fəaliyyətini aşağıdakı hallarda dayandırır:

6.1.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.1.2. ərizəçi tərəfindən normativ aktlara əməl edilmədikdə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq müvafiq dövlət orqanları tərəfindən ərizəçinin fəaliyyəti dayandırıldıqda;

6.1.3. hüquqi şəxsin və ya fiziki şəxsin müflisləşməsi faktı Azərbaycan Respublikasının qanunvericiliyi ilə təsdiq edildikdə;

6.1.4. fəaliyyət növünün həyata keçirilməsi üçün bu Qaydalarla tələb olunan zəruri şəraitin və şərtlərin pozulduğu aşkar edildikdə;

6.1.5. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.2. QKDK lisenziyanın fəaliyyətinin dayandırılması haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

Lisenziyanın fəaliyyətinin dayandırılmasına səbəb olan hallar dəyişildikdə lisenziyanın sahibinin müraciətinə əsasən lisenziyanın fəaliyyəti bərpa edilə bilər. QKDK tərəfindən bu barədə qərar qəbul edildikdə lisenziya bərpa edilmiş hesab olunur, həmin qərar qəbul edilmiş andan 5 (beş) gün müddətində lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verilir.

6.3. QKDK lisenziyanı aşağıdakı hallarda ləğv edir:

6.3.1. ərizəçi tərəfindən müvafiq ərizə təqdim edildikdə;

6.3.2. lisenziya verilməsi üçün təqdim edilən sənədlərdə düzgün olmayan məlumatlar aşkar edildikdə;

6.3.3. lisenziyanın qüvvədə olma qaydaları ərizəçi tərəfindən pozulduqda;

6.3.4. məhkəmənin müvafiq qərarı olduqda;

6.3.5. hüquqi şəxs ləğv edildikdə və sahibkar kimi fəaliyyət göstərən fiziki şəxsə verilən şəhadətnamə qüvvəsini itirdikdə;

6.3.6. Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulan digər hallarda.

6.4. QKDK lisenziyanın ləğv edilməsi haqqında qərar qəbul etdiyi andan 5 (beş) gün müddətində yazılı şəkildə lisenziyanın sahibinə və dövlət vergi xidməti orqanlarına məlumat verir.

6.5. Lisenziyanın fəaliyyətinin dayandırılması, ləğv edilməsi və ya bərpası haqqında qəbul edilmiş qərar lisenziyanın bu Qaydalara əsasən ayrı-ayrı obyektlər üçün verilmiş surətlərinə də şamil olunur.

6.6. QKDK verdiyi, qeydə aldığı, dayandırdığı, bərpa etdiyi və ləğv etdiyi lisenziyaların reyestrini aparır.

7. Məsuliyyət

7.1. QKDK-nin rəhbərləri və vəzifəli şəxsləri lisenziyalaşdırma haqqında Azərbaycan Respublikasının qanunvericiliyinin pozulması, yaxud onun lazımi şəkildə icra olunmamasına görə mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

7.2. QKDK-nin qərarlarından və hərəkətlərindən müəyyən olunmuş qaydada məhkəməyə şikayət oluna bilər.

7.3. Bu Qaydalarda göstərilən fəaliyyət növü ilə lisenziyasız məşğul olanlar mövcud qanunvericiliyə uyğun məsuliyyət daşıyırlar.

Azərbaycan Respublikası Prezidentinin
1999-cu il 8 noyabr tarixli
202 nömrəli fərmanı ilə
təsdiq edilmişdir.

Qiymətli kağızlarla fəaliyyət sahəsində
bəzi fəaliyyət növlərinə
xüsusi razılıq (lisenziya) alınması üçün
ödənilən dövlət rüsumunun məbləği və
rüsumun ödənilməsi qaydası

I. Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün ödənilən dövlət rüsumunun aşağıdakı məbləğləri müəyyən edilsin:

Sıra №-si

Fəaliyyət növlərinin adı

Məbləğ (min manat)

1.

Fond birjası fəaliyyəti

40000

2.

Bütün növ lotereyaların buraxılışı, təşkili və keçirilməsi

uduş fondunun 10%-i həcmində, (5000 min manatdan az olmamaq 20000 min manatdan çox olmamaq şərti ilə)

3.

Qiymətli kağızlar bazarının peşəkar iştirakçılarının fəaliyyəti:

a)

broker fəaliyyəti

5000

b)

diler fəaliyyəti

5000

c)

qiymətli kağızların idarə edilməsi üzrə fəaliyyət

5000

ç)

qarşılıqlı öhdəliklərin müəyyən edilməsi üzrə fəaliyyət (klirinq)

20000

d)

depozitar fəaliyyəti

20000

e)

qiymətli kağızların sahiblərinin reyestrinin aparılması

5000

ə)

qiymətli kağızlar bazarında ticarətin təşkili üzrə fəaliyyət

40000

4.

İxtisaslaşdırılmış çek investisiya fondlarının fəaliyyəti

20000

5.

Dövlət özəlləşdirmə paylarının (çeklərinin) alqı-satqısı üzrə fəaliyyəti

3000

6.

Bütün növ qiymətli kağızların blanklarının hazırlanması

20000

II. Qiymətli kağızlarla fəaliyyət sahəsində bəzi fəaliyyət növlərinə xüsusi razılıq (lisenziya) alınması üçün dövlət rüsumunun ödənilməsi qaydası aşağıdakı kimi müəyyən edilsin:

Dövlət rüsumu nağd və ya köçürmə yolu ilə dövlət büdcəsinə kredit təşkilatlarında və ya onların şöbə və filiallarında ödənilir.

Dövlət rüsumu nağd pul ilə ödənildikdə rüsumla ödənilən sənədə tədiyəni qəbul etmiş kredit idarəsinin qəbzi, tədiyəçinin hesabından köçürüldükdə isə tədiyə tapşırığı əlavə edilir.

© LegalActs