ИНСТРУКЦИЯ по сертификации обслуживания на хозяйствующих субъектах (их объектах), действующих в сфере торговли, бытовых и иных видов услуг в Азербайджанской Республике
Release date: 25.05.1998
«Qeydiyyata alınıb» Ədliyyə Nazirliyi Nazir 30 may 1998-ci il |
«Təsdiq edirəm» Azərbaycan
Respublikası Birinci müavin 25 may 1998-ci il |
Azərbaycan
Respublikasında ticarət, məişət və digər növ
xidmət sahələrində fəaliyyət göstərən
təsərrüfat subyektlərində (onların
obyektlərində) xidmətin sertifikatlaşdırılması
üzrə
TƏLİMAT
Bu Təlimat «İstehlakçıların hüquqlarının müdafiəsi haqqında» Azərbaycan Respublikası Qanununa və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il tarixli, 80 saylı qərarına uyğun olaraq hazırlanmışdır.
I. Ümumi müddəalar
1.1. Təlimatda göstərilən ticarət (topdan, pərakəndə), məişət və digər növ xidmət sahələrində xidmətin sertifikatlaşdırılması qaydası mülkiyyət formasından asılı olmayaraq bu sahələrdə fəaliyyət göstərən hüquqi şəxslərə və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərə (sonradan «təsərrüfat subyektləri»), onların obyektlərinə (fəaliyyətin birbaşa icra olunduğu yer) şamil edilir.
1.2. Ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət, hüquqi dövlət sənədlərinə (qeydiyyat haqqında şəhadətnaməyə, xüsusi razılığa, lisenziyalara və s.) və xidmət sertifikatına əsasən həyata keçirilir.
1.3. Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmətlərin sertifikatlaşdırılması üzrə normativ sənədlər:
a) «Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektlərinin təsnifatı» (Əlavə 1);
b) «Ticarət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional-kommersiya xüsusiyyətləri» (Əlavə 2);
v) «Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektləri üzrə əsas tələblər» (Əlavə 3);
q) «Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin təsnifatı» (Əlavə 4);
d) «Məişət və digər xidmət obyektlərinin əsas növlərinin xarakteristikası» (Əlavə 5);
e) «Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblər» (Əlavə 6) əsasında həyata keçirilir.
1.4. Təsərrüfat subyektlərinə (onların obyektlərinə) hər bir növ ticarət, xidmət obyekti üçün müəyyən edilmiş tələblər əsasında bu təlimata uyğun olaraq 7 №-li Əlavədə nəzərdə tutulmuş formada «Sertifikat» verilir.
1.5. Fəaliyyətdə olan, həmçinin fəaliyyətə başlayacaq obyekt onun aid olduğu hüquqi və ya fiziki şəxs tərəfindən, ona (obyektə) xidmət sertifikatı verilməsi haqqında məsələ qaldırır.
Ticarət, məişət və digər növ xidmət sahələrində fəaliyyət göstərən təsərrüfat subyektlərinə xidmət sertifikatı qüvvədə olan qanunvericiliyə uyğun olaraq Ticarət Nazirliyi tərəfindən verilir.
1.6. Təsərrüfat subyektlərinə sertifikatlar, onların (sertifikatların) hazırlanmasına çəkilmiş xərclər ödənilməklə verilir.
1.7. Əgər obyekt əvvəllər ona verilmiş sertifikat üzrə mövcud olan əsas tələblərə cavab vermirsə, sertifikat vermiş orqan aşkara çıxarılmış çatışmazlıqların aradan qaldırılması üçün obyektə 1 aydan çox olmayaraq müvafiq müddət müəyyən edir. Bu müddət ərzində mövcud çatışmazlıqlar aradan qaldırılmazsa, obyektin sertifikatdan məhrum edilməsi haqda məsələ qaldırılır.
II. Ticarət, məişət və digər növ xidmət obyektlərinə xidmət sertifikatının verilməsi qaydası
2.1. Obyektə sertifikat verilməsi üçün, onun mülkiyyətçisi və ya rəhbəri sertifikatlaşmanı həyata keçirən orqana 8 №-li əlavəyə uyğun formada müraciət təqdim edir.
2.2. Sertifikatlaşma komissiyası, müraciətçi tərəfindən və ya qarşılıqlı razılıq əsasında müəyyən edilmiş vaxtda sertifikatlaşdırılacaq obyektdə Ticarət Nazirliyi tərəfindən təsdiq edilmiş ticarət, məişət və digər növ xidmət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional kommersiya xüsusiyyətlərinə; Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət, məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblərə uyğun olaraq baxış keçirir və nəticə üzrə rəy verir.
2.3. Obyektə sertifikat verilməsi haqqında qərar sertifikatlaşma komissiyasının rəyi əsasında verilir.
Qərar müəyyən edilmiş sənədlər paketi təqdim edildiyi tarixdən 15 gün müddətində qəbul edilir.
2.4. Sertifikat iki nüsxədə tərtib edilir. Onlardan biri qərar qəbul edildikdən sonra 5 gündən gec olmayaraq müraciətçiyə verilir, digəri isə sertifikat verən orqanda qalır.
Sertifikat verildiyi gündən 2 il müddətində etibarlıdır.
III. Sertifikat verilməsi üzrə komissiyanın tərkibi və vəzifələri
3.1. Ticarət, məişət və digər növ xidmət sertifikatı verilməsi üzrə komissiyalar Ticarət Nazirliyi nəzdində onun qərarına əsasən, qeyd edilən sahələr (ticarət, məişət və digər növ) üzrə iş təcrübəsi olan 3-5 nəfər tərkibində yaradılır.
Komissiyaların tərkibinə yerli icra hakimiyyəti orqanlarının və istehlakçıların hüquqlarının müdafiəsi ilə məşğul olan ictimai təşkilatların nümayəndələri daxil edilə bilər.
3.2. Komissiya aşağıdakı əsas vəzifələri yerinə yetirir:
- obyektə xidmət sertifikatı verilməsi haqqında sənədlərin tərtib edilməsi üzrə hüquqi və fiziki şəxslərə metodoloji məsləhətlər verir;
- obyektin növündən asılı olaraq onun üçün müəyyən edilmiş əsas tələblərə uyğunluğunu yerində araşdırır;
- araşdırmanın nəticələri üzrə rəy verir və burada ona sertifikat verilməsi haqqında nəticə çıxarır: ya sertifikat verilməsi üçün yerinə yetirilməli olan tələbləri (yeni fəaliyyətə başlayacaq obyekt üzrə) və ya obyektin sertifikatının geri alınması səbəblərini (sertifikatlı fəaliyyətdə olan obyekt üzrə) əsaslandırır;
- obyektlərə, onlar üzrə müəyyən edilmiş əsas tələblərə uyğunluğu üzrə xidmət sertifikatı verir, onların uçot və qeydiyyatını aparır, ləğv edilmiş sertifikatları geri alır.
«Azərbaycan Respublikası Nazirliklərinin, Dövlət Komitələrinin və başqa Mərkəzi İcra hakimiyyəti orqanlarının normativ-hüquqi Aktlarının Bülleteni»ndə dərc edilmişdir (1999-cu il, № 4, səh. 37) («LegalActs» LLC).
Əlavə №1
Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektlərinin təsnifatı
Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən pərakəndə ticarət obyektlərinin aşağıdakı növləri vardır:
1. İri ticarət mərkəzləri:
- supermarket;
- yarmarka;
- ticarət cərgəsi;
- mini-market;
2. Dükanlar:
- qeyri-ərzaq malları;
- mebel;
- təsərrüfat malları;
- inşaat və tikinti materialları;
- maşınlar və onlar üçün ehtiyat hissələri;
- məktəb və məktəb ləvazimatları;
- ayrı-ayrı qeyri-ərzaq malları üzrə ixtisaslaşmış (ayaqqabı, paltar, ətriyyat və s.);
- qızıl və qızıl məmulatları;
- kitablar;
- texniki-mürəkkəb mallar;
- uşaqlar üçün mallar;
- ərzaq malları;
- meyvə-tərəvəz;
- çörək və çörək-bulka məmulatları;
- qənnadı malları;
- ayrı-ayrı ərzaq malları üzrə ixtisaslaşmış (süd məhsulları, balıq, ət və s.);
- gündəlik tələbat malları;
3. Köşklər:
- xırdavat;
- qəzet və jurnallar;
- avtodükanlar;
- səyyar ticarət vahidləri;
- güllər.
Əlavə №2
Ticarət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional-kommersiya xüsusiyyətləri
1. Supermarket —
ticarət sahəsi 1000 kv.m-dən yuxarı olub, ən müasir ticarət avadanlıqları ilə təmin edilmiş, geniş çeşiddə ərzaq, qeyri-ərzaq mallarının satışı ilə məşğul olan və istehlakçılara yüksək səviyyədə ticarət xidməti göstərən obyektdir.Obyekt mal satışından əlavə, istehsal sahələrinə malik olmaqla bir sıra yarım fabrikatlar, qənnadı məhsulları və s. istehsal edə bilər. Alıcılara bir sıra xidmətlər göstərir (avtomobil dayanacağı, malların sifariş edilməsi və evlərə daşınması, iri həcmli malların göstərilən ünvanlara çatdırılması, obyektdən alınmış qeyri-ərzaq mallarının, geyimlərin alıcının ölçüsünə əsasən düzəldilməsi və s.).
Satış özünəxidmət üsulu və satıcı-məsləhətçilərin köməyi ilə həyata keçirilir. Ticarət sahəsindən asılı olaraq alıcı ilə hesablaşmaq üçün çıxışda bir neçə kassa aparatları quraşdırılır.
2. Yarmarka —
təsərrüfat subyekti (hüquqi və ya fiziki şəxs) tərəfindən təşkil edilərək ayrı-ayrı hüquqi və fiziki şəxslərə icarəyə verilmiş köşklər və ticarət yerlərindən ibarətdir.Geniş çeşiddə ərzaq və qeyri-ərzaq mallarının pərakəndə və topdan satışı ilə məşğul olur. Alıcılara bir sıra əlavə xidmətlər göstərir.
3. Ticarət cərgəsi —
bir hüquqi və ya fiziki şəxsə məxsus bir sıra dükanlar cərgəsindən ibarət olub, əsasən müxtəlif cür mallar satır.Bu növdən olan ticarət obyektlərinə «pasaj» deyilir.
4. «Mini market» —
ticarət sahəsi 100 kv.m-dən 1000 kv.m-dək olub, ərzaq və qeyri-ərzaq üzrə gündəlik tələbat malları satışı ilə məşğul olan ticarət obyektidir. Əsasən qablaşdırılmış ərzaq mallarının satışı ilə məşğul olur. İri həcmli, texniki-mürəkkəb malların satışına icazə verilmir. Alıcılara yüksək səviyyədə ticarət xidməti göstərilir və hesablaşmalar kassa aparatı vasitəsilə həyata keçirilir.5. Ərzaq malları dükanı —
ticarət sahəsi 100 kv.m-dən yuxarı olub, ticarətin təşkili üçün lazım olan avadanlıqlarla təchiz edilmiş ticarət obyektidir.Bu obyektlərdə malların mövcud çeşiddə nümayiş etdirilməsi üçün açıq və qapalı soyuducu vitrinlər, piştaxtalar, elektron tərəzilər, xüsusi qablar və s. olmalıdır. Satış özünəxidmət və ya satıcı vasitəsi ilə həyata keçirilir.
6. Qeyri-ərzaq malları dükanı —
ticarət sahəsi 100 kv.m-dən yuxarı olub, müvafiq ticarət avadanlıqları ilə təchiz edilmiş ticarət obyektidir. Onlar ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşa bilərlər (paltar, ayaqqabı, ətriyyat, kişi və qadın geyimləri və s.).Alıcılar tərəfindən alınmış (və ya alınacaq) geyimlərin geyinilərək baxılması üçün xüsusi kabinələr olmalıdır. Alıcı ilə hesablaşma kassa vasitəsi ilə aparılır.
7. Ayrı-ayrı mal qrupları üzrə ixtisaslaşmış dükanlar —
ticarət sahəsi 100—1000 kv.m-dək olub, ayrı-ayrı qeyri-ərzaq mallarının satışı ilə məşğul olur. İxtisaslaşmasına uyğun olaraq avadanlıqlarla təmin olunur (mebel, tikinti materialları, paltar, ayaqqabı, təsərrüfat malları, ətriyyat və s.).8. Meyvə-tərəvəz dükanı —
ticarət sahəsi 50 kv.m-dən yuxarı olub, meyvə-tərəvəz satışı üçün lazım olan avadanlıqlara malik olan ticarət obyektidir. Tez xarab olan meyvələrin saxlanılması üçün bu obyektlər anbarlara və xüsusi soyuducu avadanlıqlara malik olmalıdırlar. Anbar sahəsində iri həcmli soyuducular (2—4—6 t) qurulmalıdır. Alıcılarla hesablaşmalar kassa vasitəsi ilə aparılır. Ticarət zalında onların fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar olmalıdır.9. Kitab dükanı —
dərsliklərin, bədii və siyasi kitabların, məktəb ləvazimatlarının satışı ilə məşğul olan, ticarət sahəsi 50 kv.m-dən az olmayan ticarət obyektidir. Alıcılarla hesablaşmalar kassa aparatı vasitəsi ilə aparılır.10. Qəzet və jurnal satan köşk —
qəzet və jurnallarla yanaşı bəzi malların (qələm, kağız, dəftər, bəzi qeyri-ərzaq, xırdavat malları) satışı ilə məşğul olan ticarət vahididir.Ticarət sahəsi 6 kv.m-ə qədər olan köşklərdə satış zamanı kassa aparatlarından istifadə edilmir.
11. Xırdavat malları satan köşk —
belə köşklər ərzaq və qeyri-ərzaq malları satışı ilə məşğul ola bilər.Lazımi şəraiti olmayan köşklərdə, tez xarab olan ərzaq mallarının satışına icazə verilmir.
Köşklərdə yalnız qablaşdırılmış ərzaq məhsulları satıla bilər.
12. Malların topdansatışı ilə məşğul olan dükanlar —
malların iri partiyalarla satışı ilə məşğul olan ticarət obyektləridir. Bu obyektlər ərzaq və qeyri-ərzaq mallarının topdan satışı üzrə ixtisaslaşa bilərlər. Topdan ticarət obyektlərində malların pərakəndə satışı qadağandır.Topdansatış obyektləri mal ehtiyatlarının saxlanılması üçün xüsusi avadanlıqlarla təmin edilməlidirlər. Alıcılarla hesablaşmalar qeyri-nağd və ya nağd formada kassa vasitəsi ilə həyata keçirilir.
Qeyd:
Bütün ticarət obyektlərində qiymət kağızları Azərbaycan dilində tərtib edilməlidir. Obyektlərin önündə onun iş rejimini, adını, sahibkarın (mülkiyyətçinin) ünvanını göstərən lövhə asılmalıdır. Həmçinin obyektlərdə alıcılar üçün görünməsi mümkün yerdə ticarət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar olmalıdır.Əlavə №3
Azərbaycan Respublikasında fəaliyyət göstərən ticarət obyektləri üzrə əsas tələblər
Obyektlərin növləri |
||||||||||||
№ |
Obyekt üzrə əsas tələblər |
Supermarket |
Yarmarka |
Ticarət cərgəsi |
Minimarket |
Qeyri-ərzaq dükanı |
İri ərzaq dükanı |
İxtisaslaşmış ərzaq və q/ərzaq dükanı |
Meyvə-tərəvəz dükanı |
Kitab dükanı |
Köşklər |
Topdan ticarətlə məşğul olan baza və dükanlar |
1 |
Ümumi ticarət sahəsi (kv.m) | 1000—5000 |
2000—10000 |
500—2000 |
50—250 |
100—1000 |
100—1000 |
100—1000 |
50—300 |
50—100 |
6—20 |
50—200 |
2 |
Anbar sahəsi (kv.m) | 1000—3000 |
1000—3000 |
100—500 |
50—150 |
100—300 |
100—300 |
100—300 |
100—200 |
50—60 |
— |
100—500 |
3 |
İstehsal sahələri | + |
— |
+ |
— |
— |
+ |
— |
— |
— |
— |
— |
4 |
Soyuducular (şkaflar, açıq və qapalı vitrinlər) | + |
+ |
+ |
+ |
— |
+ |
+ |
+ |
— |
— |
+ |
5 |
Mal ehtiyatları üçün iri həcmli soyuducular (2, 4, 6 və ya çox ton) | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
— |
+ |
6 |
Kassa aparatları | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
+ |
7 |
Elektron tərəzilər | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
— |
— |
8 |
Avtomobil dayanacağı | + |
+ |
+ |
— |
— |
— |
— |
— |
— |
— |
— |
9 |
Satılan mallara uyğun olaraq müasir ticarət avadanlıqları | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
10 |
Texniki mürəkkəb malların satışqabağı yoxlanılması (ticarətqabağı servis) | + |
+ |
+ |
— |
+ |
— |
+ |
— |
— |
— |
— |
11 |
Geyim və paltarların ölçüyə görə istehlakçı tərəfindən yoxlanılması üçün kabinələr | + |
+ |
+ |
— |
+ |
— |
+ |
— |
— |
— |
— |
12 |
Ticarət obyekti işçilərinin xüsusi geyim formaları ilə təmin edilməsi | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
13 |
İstehlakçıya əlavə xidmətlərin göstərilməsi | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
— |
+ |
14 |
Ticarət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
15 |
Vergi orqanlarında qeydiyyatı haqqında sənəd (qeydiyyat şəhadətnaməsi, xüsusi razılıq, lisenziya, VÖİN) | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
16 |
Xidmət sertifikatı | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
17 |
Hava dəyişmə sistemi | + |
+ |
+ |
— |
— |
— |
— |
— |
— |
— |
— |
18 |
İşçi heyəti üçün otaq | + |
+ |
+ |
— |
— |
— |
— |
— |
— |
— |
— |
19 |
Taraların və tullantıların saxlanılması üçün otaq | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
— |
— |
— |
20 |
Malların saxlanılması qaydalarına riayət | + |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
+ |
21 |
Ticarət prosesləri qaydalarına riayət |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
— |
— |
22 |
Yanğın və texniki təhlükəsizlik qaydalarına riayət |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
Qeyd:
Əlavə №4
Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin təsnifatı
Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektlərinin aşağıdakı növləri vardır:
1. Bərbərxana.
2. Dərzixana.
3. Camaşırxana.
4. Emalatxanalar:
- ayaqqabıların təmiri və tikişi;
- məişət maşınlarının və cihazlarının təmiri;
- oyma;
- tikili malların və xəz-dəri məmulatlarının təmiri;
- zərgərlik məmulatlarının düzəldilməsi və təmiri;
- dəmir, metal məmulatlarının hazırlanması və təmiri;
- paltarların kimyəvi təmizlənməsi.
5. Sexlər:
- mebellərin hazırlanması və təmiri;
- nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət;
- şüşə və güzgü.
6. Digər xidmət obyektləri:
- şəkilçəkmə və şəkil kino laboratoriyası;
- səsyazma studiyası və audio-video kassetlərin kirayəsi, satışı;
- əşyaların kirayə verilməsi;
- sənədlərin surətlərinin çıxarılması;
- toy və digər mərasimlərin keçirilməsi üçün zal;
- avtomobillər üçün dayancaq.
Əlavə №5
Məişət və digər xidmət obyektlərinin əsas növlərinin xarakteristikası və funksional kommersiya xüsusiyyətləri
1. Bərbərxana (kişi, qadın) —
saçların qırxılması (düzəldilməsi), yuyulması və rənglənməsi, parik və şinyonların qoyulması, dırnaqların təmizlənməsi, pedikür və manikür olunması üçün müvafiq avadanlıqlarla təmin olunmuş məişət xidməti obyektidir. Bu obyektlərdə istehlakçıların gözləməsi və üst geyimlərinin saxlanılması üçün xüsusi sahələr ayrılmalıdır.2. Dərzixana —
sifariş əsasında üst geyimlərin (kostyumlar, şalvarlar, palto və gödəkçələr, köynəklər, baş geyimləri və s.) tikişi və təmiri ilə məşğul olan, müvafiq avadanlıqlarla (tikiş maşınları, biçim-kəsici maşınlar və s.) təmin olunmuş məişət obyektidir. Müştərilərə mədəni xidmət göstərilməsini təmin etmək məqsədilə obyektlər geyinib-soyunma kabinələrinə, gözləmə otaqlarına və müasir dəbləri əks etdirən jurnallara və eskizlərə malik olmalıdırlar.3. Camaşırxana —
xidmət obyekti olub xüsusi avadanlıqlarla təmin olunmaqla sifariş əsasında paltarların, yataq ləvazimatlarının, iaşə obyektləri üçün süfrələrin, əl dəsmallarının və s. yuyulması ilə məşğul olur.4. Ayaqqabıların təmiri və tikişi üzrə emalatxana —
sifariş əsasında ayaqqabıların tikilməsi, təmiri, təmizlənilməsi, rənglənməsi və onların ayrı-ayrı hissələrinin hazırlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu növ obyektlər qanunla müəyyən olunmuş qaydada xüsusi ayrılmış sahələrdə köşklər şəklində və ya binaların birinci mərtəbələrində, yaxud məişət evlərində yerləşdirilir.5. Məişət maşın və cihazlarının təmiri emalatxanası —
məişət maşın və cihazlarının (soyuducuların, tozsoranların, televizorların, saçqurudanların, velosipedlərin, musiqi alətlərinin, şirə və ət çəkən maşınların, hesablama və yazı maşınlarının və s.) təmiri, silinməsi və yağlanması ilə məşğul olan məişət xidməti obyektidir. Bu obyektlər ayrı-ayrı maşın, cihaz və məişət texnikalarının təmiri üzrə ixtisaslaşa bilər. Onlar müvafiq avadanlıqlarla təmin edilməlidirlər.6. Oyma emalatxanası —
xidmət obyekti olub, sifariş əsasında hədiyyələrin üzərini, təbriklərin, dəvətnamələrin və s. oyma yolu ilə yazılmasını həyata keçirir.7. Tikili malların və xəz-dəri məmulatlarının təmiri emalatxanası —
paltarların, baş geyimlərinin və xəz-dəri məmulatlarının təmiri və yenidən bərpası ilə məşğul olan xidmət obyektidir.8. Zərgərlik məmulatlarının düzəldilməsi və təmiri emalatxanası —
Sifariş əsasında qızıl, gümüş və digər qiymətli daş-qaşlardan ziynət əşyalarının (üzük, sırğa, qolbaq və s.) düzəldilməsi və təmiri ilə məşğul olan xidmət obyektidir. Bu növ obyektlər müvafiq avadanlıq və təhlükəsizlik sistemləri ilə təmin edildikdən sonra fəaliyyət göstərir.9. Dəmir, metal məmulatlarının hazırlanması və təmiri emalatxanası —
onlar müvafiq ev və təsərrüfat inventarı üçün dəmir, metal məmulatların hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Obyektlər görülən işlərin (xidmətlərin) xüsusiyyətlərinə görə lazımi avadanlıq və otaq sahələri ilə təmin olunduqdan sonra fəaliyyət göstərirlər.10. Paltarların kimyəvi təmizlənməsi emalatxanası —
xidmət obyekti olub, paltarlardan və digər əşyalardan ləkələrin, çirklərin təmizlənməsi, həmçinin boyama üzrə xidmətlər göstərir.11. Mebellərin hazırlanması və təmiri sexi —
yeni mebel dəstləri, ayrı-ayrı mebellərin (çarpayı, divan, şkaf və s.), döşəklərin hazırlanması və onların təmiri ilə məşğul olan xidmət obyektidir. Bu obyektlər lazımi bina və avadanlıqlarla, dəzgahlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.12. Nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət —
avtomobillərin, motosikletlərin və digər nəqliyyat vasitələrinin bütün və ayrı-ayrı hissələrinin təmiri, onlara texniki (yağlama, yuyulma və s.) xidmətlər göstərən obyektdir. Bu növ xidmətlər müvafiq şərait (binalar, avadanlıqlar, çilingərlər və s.) olduqda həyata keçirilir.13. Şüşə və güzgü sexi —
sifariş əsasında şüşələrin və güzgülərin ölçülər üzrə kəsilməsi, rənglənməsi və yerlərdə qoyulması ilə məşğul olan xidmət obyektidir.14. Şəkilçəkmə və şəkil kino laboratoriyası —
istənilən ölçüdə şəkil çəkilməsi və ya çəkilmiş lentlərin fotokağızlara köçürülməsi, yaxud lentlərin fotokağızlara köçürülməsi üçün kimyəvi maddələrin və materialların alıcılara satılması, həmçinin toyların, ad günlərinin və s. mərasimlərin lentə çəkilməsi üzrə xidmətlər göstərən məişət obyektidir. Obyektlər qeyd edilən işlərin yerinə yetirilməsi üçün müvafiq avadanlıqlarla təchiz edilməlidir.15. Səsyazma studiyası və audio-video kassetlərin kirayəsi, satışı —
məişət obyekti olub, musiqi və mahnıların növlərinin kasetlərə, disklərə köçürülməsi və satışı, film və konsertlərin videokasetlərə köçürülməsi, onların kirayəyə verilməsi və satışı ilə məşğul olur. Konsert və filmlərin audio-video kasetlərə köçürülməsi və satışını xüsusi razılığa (patentə) əsasən həyata keçirir. Obyektlər xüsusi avadanlıqlarla təmin edildikdən sonra fəaliyyət göstərir.16. Əşyaların kirayə verilməsi obyekti —
toy və digər şənliklər, yas mərasimləri və s. üçün lazım olan qab-qacaqların, mizlərin, çadırların və s. kirayə verilməsi ilə məşğul olur.17. Sənədlərdən surətlərin çıxarılması üzrə məntəqə —
sifariş əsasında sənədlərdən surətlərin çıxarılması və əlavə xidmətlərin göstərilməsi ilə məşğul olan xidmət obyektidir.18. Toy və digər mərasimlərin keçirilməsi üçün zal —
sifarişçilərə toy mərasimləri, ad günləri, banketlər və s. keçirilməsi üçün müəyyən müddətə kirayəyə verilən xidmət obyektidir. Bu növdən olan obyekt mərasim üçün nəzərdə tutulan avadanlıq, inventar və qab-qacaqlarla təmin edildikdən sonra fəaliyyət göstərirlər.19. Avtomobillər üçün dayancaq —
avtomobillərin xüsusi ayrılmış yerlərdə saxlanılaraq qorunması üzrə xidmət göstərən obyektdir. Bu növ obyektlər xüsusi razılıq və vergi orqanlarında qeydiyyat haqqında sənədlərə malik olduqdan sonra fəaliyyət göstərirlər.Əlavə №6
Azərbaycan Respublikasında fəaliyyət göstərən məişət və digər növ xidmət obyektləri üzrə əsas tələblər
Obyektlərin növləri | ||||||||||||||||||||
№ |
Obyekt üzrə əsas tələblər |
Bərbərxana |
Dərzixana |
Camaşırxana |
Ayaqqabıların tikişi və təmiri |
Məişət maşın və cihazların təmiri |
Oyma emalatxanası |
Tikiş və xəz-dəri məmulatlarının təmiri |
Zərgərlik məmulatlarının düzəldilməsi və təmiri |
Dəmir, metal məmulatlarının hazırlanması və təmiri |
Paltarların kimyəvi təmizlənməsi |
Mebellərin hazırlanması və təmiri |
Nəqliyyat vasitələrinin təmiri və onlara texniki xidmət |
Şüşə sexi |
Şəkilçəkmə və şəkil-kino laboratoriyası |
Səs yazma studiyası və audio-video kasetlərin kirayəsi, satışı |
Əşyaların kirayəyə verilməsi |
Sənədlərin surətlərinin çıxarılması |
Toy və digər mərasimlərin keçirilməsi üçün zal |
Avtomobillər üçün dayanacaq |
1 |
Xüsusi avadanlıq və alətlərlə təminat |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
+ |
+ |
+ |
— |
— |
— |
— |
— |
+ |
+ |
2 |
Gözləmə otaqları |
+ |
+ |
+ |
— |
— |
— |
— |
— |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
+ |
+ |
+ |
— |
3 |
Xidmət işçilərinin xüsusi geyim formaları ilə təmin edilməsi |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
— |
+ |
— |
+ |
— |
4 |
İsti su təminatı, kanalizasiya xətlərinin olması |
+ |
— |
+ |
— |
— |
— |
— |
— |
— |
+ |
— |
— |
— |
+ |
— |
— |
— |
— |
— |
5 |
Paltarların soyunub-geyilməsi üçün kabinələr |
— |
+ |
— |
— |
— |
— |
+ |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
6 |
Müasir dəbləri əks etdirən jurnal, eskiz və nümunələr |
+ |
+ |
— |
+ |
— |
+ |
+ |
+ |
— |
— |
— |
— |
— |
+ |
— |
— |
+ |
— |
— |
7 |
Xidmət göstərilməsi üçün xüsusi razılıq (patent) |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
— |
+ |
— |
— |
— |
— |
8 |
Köşk şəklində xidmət göstərən obyektlərin fəaliyyəti və yerləşdirilməsi üçün icazə sənədləri |
+ |
+ |
— |
+ |
+ |
+ |
— |
+ |
— |
— |
— |
— |
+ |
+ |
— |
— |
— |
— |
+ |
9 |
Əlavə xidmətlərin göstərilməsi |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
10 |
İlk tibbi yardım üçün dərman qutusu |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
11 |
Sanitar və yanğından mühafizə üçün ləvazimatlar |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
12 |
Xidmət fəaliyyətini nizamlayan qanun və qaydalardan çıxarışlar |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
13 |
Vergi orqanlarında qeydiyyat haqqında sənəd |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
14 |
Xidmət sertifikatı |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
+ |
Əlavə №7
Azərbaycan Respublikası Ticarət Nazirliyi
Xidmət
SERTİFİKATI
№
____
_________________________________ ş.(r) |
______________________________________ |
(şəhər, rayon) |
(küçə, ev, qəsəbə, kənd) |
______________________________________________________________________________ ünvanda yerləşən ___________________________________________ kv.m. (cəmi) sahəsi, o cümlədən ______________________________________________________ kv.m. ticarət, xidmət zalı olan _____________________________________________________________ ______________________________________________________________________________ (təsərrüfat subyekti və onun obyektinin adı, təşkilati-hüquqi forması, növü) Xidmət üzrə normativ sənədlərin tələblərinə cavab verir: ______________________ ______________________________________________________________________________ (sənədin adı) Sertifikatın verilməsi üçün əsas: Azərbaycan Respublikası Nazirlər Kabinetinin 15 aprel 1998-ci il, 80 saylı qərarı ilə təsdiq edilmiş «Azərbaycan Respublikasında ticarət, məişət və digər növ xidmət (iş görülməsi, xidmət göstərilməsi) Qaydaları»; Sertifikatı verən orqanın qərarı: №______ «____»__________________ 1998-ci il. Sertifikat verildiyi gündən 2 il müddətində etibarlıdır. |
Sertifikat verən orqanın rəhbəri | |
İmza | adı, soyadı |
M.Y. |
«___» |
_____________________ |
199_____il | |
(gün) |
(ay) |
(il) |
Əlavə №8
Ticarət, məişət və digər növ
xidmətlərin sertifikatlaşdırılması haqqında ______________________________________ (sertifikat verən orqanın adı) ______________________________________ |
MÜRACİƏTİ
______________________________________________________________________________ (müraciətçi təsərrüfat subyektinin ünvanı) ünvanında yerləşən ______________________________________________ fəaliyyəti ilə məşğul olan __________________________________________________________________
_______________________________________________________ şəxsində təmsil olunan (soyadı, adı, atasının adı) ______________________________________________________________________________ (müraciətçi — təsərrüfat subyektinin və onun obyektinin adı) ________________________________________________________________________ əsasən (sənədin adı, №-si, tarixi) ticarət, xidmət obyekti üzrə əsas tələblərə uyğunluğunun sertifikatlaşdırılmasını təmin etməyinizi xahiş edirik. Sertifikatlaşdırma _____________________________________________ aparılsın.
Təsərrüfat subyekti və onun obyektinə dair aşağıdakı məlumatları təqdim edirik: 1. Təsərrüfat subyekti və onun obyektinin tam adı, növü, təşkilat-hüquqi forması______________________________________________________________________________ ______________________________________________________________________________ 2. Obyektin ünvanı ____________________________________________________________ 3. Təsərrüfat subyekti rəhbərinin soyadı, adı, atasının adı ____________________ ______________________________________________________________________________ 4. Telefonu __________________________________________________________________5. Obyektin sahəsi (kv.m) _______________________________ o cümlədən:
Müraciətə əlavə olunur: a) müraciətçi təsərrüfat subyektinin qeydiyyatı haqqında şəhadətnamənin surəti; b) ticarət və ya xidmət sahəsində fəaliyyət göstərmək üçün hüquqi dövlət sənədinin (lisenziyasının, qərarın və s.) surəti; v) sanitar-epidemioloji xidmət orqanının rəyinin surəti; q) identifikasiya (VÖİN) nömrəsi. |
Təsərrüfat subyektinin rəhbəri | |
İmza | adı, soyadı |
Baş mühasib | |
İmza | adı, soyadı |
M.Y. | |
Tarix «___»________________199_____ il |
© LegalActs LLC