О некоторых вопросах применения Закона Азербайджанской Республики «О внесении дополнений и изменений в некоторые законодательные акты Азербайджанской Республики в связи с применением Водного кодекса Азербайджанской Республики»


«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 491)

Release date: 19.08.1999

«Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında

«Azərbaycan Respublikası Su Məcəlləsinin tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsinin bəzi məsələləri haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Müəyyən edilsin ki, inzibati hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 227-ci maddəsinin dördüncü hissəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanları»nın səlahiyyətlərini müvafiq olaraq aşağıdakılar həyata keçirirlər:

    • Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Meliorasiya və Su Təsərrüfatı Komitəsi — içməli sudan təyinatsız istifadə edilməsi üzrə;
    • Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Mənzil Kommunal Təsərrüfatı Komitəsi — kommunal su təsərrüfatı ilə bağlı məsələlər üzrə;
    • Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi — içməli su mənbələrinin, sutəmizləyici qurğuların, su kəmərlərinin sanitariya-mühafizə zonalarının tələblərinin pozulması, içməli suyun keyfiyyətinin sanitariya tələblərinə və standartlarına uyğun gəlməməsi üzrə;
    • yerli icra hakimiyyəti orqanları — içməli sudan yaşıllıqların suvarılması və nəqliyyat vasitələrinin yuyulması, içməli, məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması üzrə.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhər, 19 avqust 1999-cu il

№ 181

«Azərbaycan Respublikası Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 491) («LegalActs» LLC).

24 avqust 2002-ci il tarixli, 767 nömrəli Fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs» LLC).

© LegalActs LLC