О применении Закона Азербайджанской Республики «О внесении изменений и дополнений в некоторые законодательные акты Азербайджанской Республики в связи с применением Закона Азербайджанской Республики «О производственных и бытовых отходах»


«Azərbaycan» qəzetində dərc olunmuşdur (11 avqust 1999-cu il, № 181). «Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 485).

Release date: 04.08.1999

«İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

«İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin Fərmanı

«İstehsalat və məişət tullantıları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun qüvvəyə minməsi ilə əlaqədar həmin Qanunun icrasını təmin etmək məqsədi ilə qərara alıram:

Müəyyən edilsin ki, İnzibati Hüquqpozmalar haqqında Azərbaycan Respublikası Məcəlləsinin 233-9-cu maddəsində nəzərdə tutulmuş «müvafiq icra hakimiyyəti orqanı»nın səlahiyyətlərini Azərbaycan Respublikasının Dövlət Ekologiya və Təbiətdən İstifadəyə Nəzarət Komitəsi həyata keçirir.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 4 avqust 1999-cu il.

№ 175.

«Azərbaycan» qəzetində dərc olunmuşdur (11 avqust 1999-cu il, № 181).

«Azərbaycan Respublikası Qanunvericilik Toplusunda» dərc edilmişdir (31 avqust 1999-cu il, № 8, maddə 485).

24 avqust 2002-ci il tarixli, 767 nömrəli fərmana əsasən qüvvədən düşmüşdür («LegalActs»).

© LegalActs