Об утверждении Статуса ордена Азербайджанской Республики «Слава» и его описания


«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) «Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 680)

Release date: 06.12.1993

Azərbaycan Respublikasının «Şöhrət» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Şöhrət» ordeninin
statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Şöhrət» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 6 dekabr 1993-cü il.

№ 757.

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) ( «LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (1993-cü il, № 23-24, maddə 680) («LegalActs» LLC).


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
757 saylı Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Şöhrət» ordeninin
Statutu

1. Azərbaycan Respublikasının «Şöhrət» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:

    • iqtisadi, elmi-texniki, sosial-mədəni inkişafda xüsusi xidmətlərinə görə;
    • sülhün və xalqlar arasında dostluğun möhkəmləndirilməsində və əməkdaşlığın inkişafında xüsusi xidmətlərinə görə;
    • sənaye, nəqliyyat, rabitə, tikinti sahələrində və xalq təsərrüfatının digər sahələrində görkəmli əmək nəticələrinə görə;
    • elm, təhsil və səhiyyə sahəsində xüsusi xidmətlərinə görə.

2. «Şöhrət» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Azərbaycan Bayrağı» ordenindən sonra taxılır.


Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
757 saylı Qanunu ilə
təsdiq edilmişdir.

«Şöhrət» ordeninin təsviri

«Şöhrət» ordeni qızıldandır, düzgün səkkizguşəli ulduz fonunda ornamentli medalyondan ibarətdir. Qızılı konturlu ulduzun səthinə yaşıl-mavi mina çəkilmişdir. Medalyonun ortasında dairə yerləşdirilmiş, dairənin içərisində mavi minalı fonda açıq yaşıl rəngli, qızılı konturlu dəfnə budaqlarının arasında qızılı rəngli quş təsvir edilmişdir. Medalyonun yuxarı hissəsində aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Medalyonun aşağı hissəsində lentin üstündə «Şöhrət» sözü yazılmışdır.

Bütün yazılar və təsvirlər qabarıqdır.

Ulduzun iki əks ucu arasında ordenin ölçüsü 57 mm-dir.

Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib 19 mm enində mavi lentlə birləşən ornamentli iki hissədən ibarətdir.

Qəlibin ölçüsü 54 mm x 22 mm-dir.


© LegalActs LLC