Об утверждении статуса ордена Азербайджанской Республики «Шах Исмаил» и его описания


Release date: 18.12.2015

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutunun və təsvirinin təsdiq edilməsi haqqında

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV

Bakı şəhəri, 6 dekabr 1993-cü il

№ 755

«Azərbaycan» qəzetində dərc edilmişdir (18 dekabr 1993-cü il, № 245) («LegalActs» LLC).

«Azərbaycan Respublikası Ali Sovetinin Məlumatı»nda dərc edilmişdir (31 dekabr 1993-cü il, № 23—24 (900—901) maddə 678) («LegalActs» LLC).

6 fevral 1998-ci il tarixli, 429-IQD nömrəli; 18 dekabr 2015-ci il tarixli, 64-VQD nömrəli Qanunlara əsasən dəyişikliklərlə («LegalActs» LLC).


Azərbaycan Respublikasının 1993-cü il
6 dekabr tarixli, 755 nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin
Statutu

1. Azərbaycan Respublikasının ali hərbi ordeni olan «Şah İsmayıl» ordeni ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ali zabitləri, hərbi hissələrin və birləşmələrin komandirləri təltif edilirlər.

2. «Şah İsmayıl» ordeni aşağıdakılara görə verilir:

    • Azərbaycan Respublikası Silahlı Qüvvələrinin təşkilində və möhkəmləndirilməsində xüsusi xidmətlərinə görə;
    • Azərbaycan Respublikasının ərazi bütövlüyünün və təhlükəsizliyinin təmin edilməsində xüsusi xidmətlərinə görə;
    • görkəmli sərkərdəlik fəaliyyətinə görə;
    • respublikada fövqəladə halların nəticələrinin aradan qaldırılmasında xüsusi xidmətlərinə görə.

3. «Şah İsmayıl» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «İstiqlal» ordenindən sonra taxılır.


Azərbaycan Respublikasının 1998-ci il
6 fevral tarixli, 429-IQD nömrəli Qanunu ilə
təsdiq edilmişdir.

«Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeninin təsviri

Maddə 1. Ordenin ümumi təsviri

Azərbaycan Respublikasının «Şah İsmayıl» ordeni (bundan sonra - orden) biri digərinin üzərində yerləşdirilmiş, biri digərinə nisbətən ox ətrafında dönmüş iki səkkizguşəli ulduzdan ibarətdir. Arxa şüalar platindən, ön şüalar qızıldandır.

Maddə 2. Ordenin ön tərəfi

Üst hissədə olan ulduz daha uzun şüalıdır, mərkəzində qızıldan girdə lövhə yerləşir. Həmin lövhənin üzərində Şah İsmayılın əksi profildən qabarıq təsvir olunmuşdur. Girdə lövhənin aşağısında çevrə boyunca «Şah İsmayıl» sözləri yazılmışdır.

Maddə 3. Ordenin arxa tərəfi

Ordenin arxa tərəfi hamar səthlidir, ortasında ordenin seriyası və nömrəsi həkk olunmuşdur.

Maddə 4. Ordenin elementləri

4.0. Təltif dəstinə aşağıdakılar daxildir:

4.0.1. boyundan asmaq üçün 37 mm enində, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı lenti olan 50 mm qabarit ölçülü orden;

4.0.2. paltara bərkidilmək üçün elementi olan, aşağıya doğru bucaq altında kəsilən, qırmızı çalarlı, kənarlarından 1 mm aralı mərkəzə doğru hər tərəfdən ardıcıl olaraq, bir-birindən 2 mm aralı, biri 3 mm, digəri isə 2 mm enində qızılı zolaqlı, 37 mm x 50 mm ölçüdə lentə halqa və ilgək vasitəsilə birləşdirilən 35 mm qabarit ölçülü orden. Xara lentin yuxarı hissəsinə 40 mm x 5 mm ölçülü qızılı təbəqə bərkidilmişdir;

4.0.3. paltara bərkidilmək üçün elementi olan, xara lentə uyğun, ölçüsü 37 mm x 10 mm olan 2 ədəd qəlib. Qəlibin birinin üzərinə 17 mm x 6 mm ölçüdə sarı rəngli metal lövhə bərkidilmişdir. Metal lövhənin üzərində qoşa sarı xətli qırmızı rəngli dairəvi element vardır.


Şah İsmayıl» ordeni

© LegalActs LLC