Об утверждении Статуса ордена Азербайджанской Республики «Знамя Азербайджана» и его описания
Release date: 06.12.1993
Azərbaycan Respublikasının
«Azərbaycan Bayrağı»
ordeninin
statutunun və təsvirinin təsdiq edilməsi haqqında
Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeninin statutu və təsviri təsdiq edilsin (əlavə olunur).
Azərbaycan Respublikasının Prezidenti
Heydər ƏLİYEV.
Bakı şəhəri, 6 dekabr 1993-cü il.
№ 756.
Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
756
saylı Qanunu ilə
təsdiq
edilmişdir.
Azərbaycan Respublikasının
«Azərbaycan Bayrağı»
ordeninin
Statutu
1. Azərbaycan Respublikasının «Azərbaycan Bayrağı» ordeni Azərbaycan Respublikasının vətəndaşlarına, əcnəbi vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə aşağıdakılara görə verilir:
- Azərbaycan Respublikasında milli azadlıq hərəkatında və ictimai-siyasi fəaliyyətdə xüsusi xidmətlərinə görə;
- hərb elminin və hərbi texnikanın inkişafında xüsusi xidmətlərinə görə;
- Azərbaycan Respublikasının müstəqilliyinin və ərazi bütövlüyünün qorunub saxlanmasında xüsusi xidmətlərinə görə;
- respublikada əmin-amanlığın tə’min edilməsində, asayişin qorunmasında və hərbi xidmətdə xüsusi xidmətlərinə görə;
- dövlət sərhədinin mühafizəsinin tə’min edilməsində xüsusi xidmətlərinə görə.
2. «Azərbaycan Bayrağı» ordeni döşün sol tərəfinə, Azərbaycan Respublikasının digər orden və medalları olduqda «Şah İsmayıl» ordenindən sonra taxılır.
Azərbaycan Respublikasının
1993-cü il 6 dekabr tarixli
756
saylı Qanunu ilə
təsdiq
edilmişdir.
«Azərbaycan Bayrağı» ordeninin təsviri
«Azərbaycan Bayrağı» ordeni qızıldan və gümüşdəndir, qızılı konturlu və mavi minalı düzgün səkkizguşəli ulduzdan ibarətdir. Ulduz növbə ilə dörd dairəvi və dörd iti bucaqlı sağanağa dirənən gümüşü şüaların fonunda təsvir edilmişdir. Səkkizguşəli ulduzun ortasında göstərilən sağanaqlara paralel qızılı ornamentli lent Azərbaycan Respublikasının Dövlət bayrağının təsvirini əhatəyə almışdır. Bayrağın təsvirinə mavi, qırmızı və açıq yaşıl rəngli, ayparanın və səkkizguşəli ulduzun təsvirinə ağ mina çəkilmişdir.
Ulduzun iki əks ucu arasında ordenin ölçüsü 57 mm-dir.
Orden ilgək və halqa ilə dördbucaqlı qəlibə birləşir. Qəlib 19 mm enində mavi lentlə birləşən ornamentli iki hissədən ibarətdir.
Qəlibin ölçüsü 54 mm x 22 mm-dir.
© LegalActs