О Государственной комиссии по делимитации и демаркации государственной границы между Азербайджанской Республикой и Республикой Грузия


«Azərbaycan» qəzetində dərc edilmişdir (19 yanvar 1999-cu il, № 14). «Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1999-ci il, № 1, maddə 41)

Release date: 15.01.1999

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyası haqqında

Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyası haqqında

Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

1. Azərbaycan Respublikası ilə Gürcüstan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyası aşağıdakı tərkibdə təsdiq olunsun:

Komissiyanın sədri:
Xələfov Xələf Alı oğlu xarici işlər nazirinin müavini
Komissiyanın sədr müavini:
Sultanov Adil Sultan oğlu Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsinin sədri
Komissiyanın üzvləri:
Məmmədov Qərib Şamil oğlu Dövlət Torpaq Komitəsinin sədri
Novruzov Abbasəli Ramazan oğlu milli təhlükəsizlik nazirinin müavini
Rəfiyev Akif Bəşir oğlu ədliyyə nazirinin müavini
Nağıyev Azad Sabir oğlu Dövlət Geodeziya və Xəritəçəkmə Komitəsi sədrinin müavini
Zalov Oruc İbrahim oğlu daxili işlər nazirinin müavini
Məmmədov Hacırəhim Səməd oğlu Silahlı Qüvvələrin Baş Müfəttişliyinin rəisi

2. Azərbaycan Respublikası Prezidentinin «Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin delimitasiyası və demarkasiyası üzrə Dövlət komissiyasının yarıdması haqqında» 1995-ci il 3 yanvar tarixli 140 nömrəli sərəncamı qüvvəsini itirmiş hesab edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabinetinə tapşırılsın ki, bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

Azərbaycan Respublikasının Prezidenti

Heydər ƏLİYEV.

Bakı şəhəri, 15 yanvar 1999-cu il.

№ 60.

«Azərbaycan» qəzetində dərc edilmişdir (19 yanvar 1999-cu il, № 14) («LegalActs» LLC).

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 yanvar 1999-ci il, № 1, maddə 41) («LegalActs» LLC).

30 iyun 2002-ci il tarixli 966 nömrəli Sərəncama əsasən qüvvədən düşmüşdür ( «LegalActs» LLC).

© LegalActs LLC